E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Məndə sığar iki cahan,
Mən bu cahanə sığmazam


***

Dünya duracaq yer deyil, ey can, səfər eylə!
Aldanma anın halına, andan həzər eylə!
 

***

Əfsun və əfsanələrdə kimsə həqiqi insan rütbəsinə yuksələ bilməz!
 

***

Zahidin bir barmağın kəssən dönüb Həqqdən qaçar,
Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz.
 

***

İşin qalsa Əzrailə, qızılının nə faydası,
Gərək nağdı can verəsən, qızıl orda çətin keçər.

 

***

Öz gözündə tiri qoyub, özgə gözdə tükü görmə,
Uzaq görər öz eybini görən, tükü tükdən seçər.
 

***

Qafil olan öz ömrünü var yığmağa sərf eyləyər,
Öləndəsə Əzrailin hüzurunda boyun bükər.

 

***

Qəmindir könlümün təxtində sultan,
Bir iqlimə iki sultan gərəkməz.
 

***

Zər eşqiylə tanrı eşqi sığışmayır bir araya,
Ölkə necə abad olar, iki şahı varsa əgər?!
 

***

Sən bir tikə çörək üçün minnət çəkmə alçaqlardan,
Qəflətdəsən, ruzi, nemət aşiq kimi səni sevər.

<< Geri