E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Janr - Sənədli, Qısametrajlı, Bioqrafik
Rejissor - Nazim Abbas
Ssenari müəllifi - Rasim İsmayılov, Semyon Kuşner
Operator - Georgi Şiryayev
İstehsalçı - "Azərbaycantelefilm"
Filmin növü - Qısametrajlı Sənədli,  Televiziya Filmi
Rəng - Rəngli
İl - 1973

Məzmun
Film dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur. Burada şairin həyat və yaradıcılığından söhbət açılır. Film şairin doğulduğu Şamaxı, Naxçıvan, Bakı və Dəməşq şəhərlərində, Nəsiminin yaşadığı və yaradıcılıqla məşğul olduğu Hələb şəhərində çəkilmişdir. Şairin yaradıcılığı barədə şair N. Tixonov, yazıçı Mirzə İbrahimov, şair S. Vasilyev, kinorejissor və yazıçı Həsən Seyidbəyli söz deyirlər. Filmdə Nəsiminin qəzəlləri, lirik şerləri və fəlsəfi fikirləri səslənir. Nəsiminin yubileyini keçirən komissiyanın gördüyü tədbirlərdən danışılır. Nəsiminin müəllimi Fəzlullah Nəiminin adı ilə bağlı olan yerlər filmdə öz əksini tapmışdır.
 

<< Geri