E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Janr - Sənədli, Qısametrajlı, Bioqrafik
Rejissor - Xamiz Muradov
Ssenari müəllifi - Anar
Operator - Əlihüseyn Hüseynov
Bəstəkar - Əziz Əzizov
İstehsalçı - "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü - Qısametrajlı Sənədli Film
Rəng - Rəngli
İl - 1971

Məzmun
Tarixi-inqilabi film XIV əsr görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuşdur.
Qədim Şirvan torpağı-gözəl Şamaxı, şair Nəsiminin vətəni. Onun həyatı haqqında məlumatımız çox azdır. Lakin şairin şeirləri qalmışdır. Bizdən bir çox əsrlər əvvəl yaşamış şairin ürəyindəkiləri necə dərk etməli? O uzaq epoxanı necə bərpa etməli, onu bizim müasirlərimizə necə yaxınlaşdırmalı?
Nəsimi hürufiliyin banisi Nəiminin görüşlərini qəbul edərək, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. O, ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilmişdir.
Filmdə insanı həyəcana gətirən bir çox kadrlar Nəsiminin vətəni Şamaxı şəhərində lentə alınmışdır.
Şairin zəngin yaradıcılığı və fəlsəfi baxışları barədə danışmaq üçün sənədli material kifayət qədər olmadığından filmdə bədii kino fəndlərindən də yeri gəldikcə istifadə olunmuşdur.

<< Geri