İmadəddin Nəsimi (Seyid Əli ibn Seyid Məhəmməd) 1369-cu ildə Şamaxı şəhərində tanınmış şəxsiyyətlərdən biri olan Seyid Məhəmmədin ailəsində anadan olmuşdur. |
|
İlk
təhsilini Şamaxıda mədrəsədə almış, ana dilindən başqa fars
və ərəb dillərini mükəmməl öyrənmişdir. Məktəb illəri
Şamaxının Məlhəm kəndində məşhur şair Xaqani Şirvaninin
əmisi - alim və həkim Kafiəddin tərəfindən yaradılmış
Dar-üş-şəfa tibb akademiyasının fəaliyyət göstərdiyi dövrə
təsadüf etmişdir;
|
|
Klassik
Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını
dərindən mənimsəmiş, İslamın və xristianlığın əsaslarına
yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya,
riyaziyyat və məntiq elmlərinə yiyələnmişdir; |
|
Şair
hürufi Fəzlullah Nəiminin tərbiyə və təlimlərindən
bəhrələnmiş, səfərlərinin hamısında onunla yol yoldaşı
olmuşdur;.
|
|
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin təlimini davam etdirir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. |
1394 |
Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. |
1417
|
Suriyanın Hələb şəhərində yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək edam edilmişdir.
|
1546 |
Şair haqqında ilk dolğun məlumat Qəstimonlu Lətifinin “Məşairüş-şüəra” adlı təzkirəsində verilmişdir.
|
1548 |
İtaliya
tədqiqatçısı Antonino Menavino Florensiyada nəşr etdirdiyi
“Traktat” adlı əsərində Nəsimi haqqında ilk dəfə ətraflı
məlumat vermişdir. |
1700 |
Naməlum
rəssam tərəfindən “Nəsiminin edamı” əsəri çəkilmişdir. |
1844 |
Türkcə
divanı ilk dəfə İstanbulda “Təsviri-Əfkar” mətbəəsində çap
edilmişdir. |
1869 |
Divanı
İstanbulda təkrar çap edilmişdir. |
1880 |
Türkcə
divanı İstanbulda ikinci dəfə “Əxtər” mətbəəsində çap
edilmişdir.r. |
1896
|
Lətifi
Qəstimonlunun İstanbulda çapdan çıxan “Təzkireyi-Lətifi”
kitabında Nəsimi haqqında məlumat və şeirləri verilmişdir. |
1921 |
Yusif Vəzir
Çəmənzəminli “Azərbaycan ədəbiyyatına bir nəzər” kitabının
“Yazılı ədəbiyyatımız” bölməsində “Nəsimi” adlı məqalə
vermişdir |
1923 |
Maarif və mədəniyyət” jurnalının birinci nömrəsində Salman
Mümtazın “Azərbaycan şairlərindən Nəsimi” adlı məqaləsi çap
olunmuşdur. |
1926 |
Salman
Mümtaz tərəfindən “Seyid İmadəddin Nəsimi” adı ilə
“Azərbaycan ədəbiyyatı” kitabının 10-cu cildi nəşr
edilmişdir. |
1928 |
Türk alimi
İ.Hikmətin Bakıda çapdan çıxan “Azərbaycan ədəbiyyatı tarixi”
kitabının 1-ci cildində Nəsimiyə həsr olunmuş oçerki
verilmişdir. |
1941
|
Məşhur Azərbaycan rəssamı Əzim Əzimzadə “Nəsiminin edamı”
rəsmini çəkmişdir.. |
1942 |
Nizami
adına Ədəbiyyat və Dil İnstitutunda Həmid Araslının şairin
həyat və yaradıcılığı haqqında yazdığı “Fədakar şair (İmadəddin
Nəsimi)” adlı kitabı Bakıda çapdan çıxmışdır. |
1943
|
Rəssam
Sadıq Şərifzadə “İmadəddin Nəsiminin portreti”ni çəkmişdir.. |
1955
|
Görkəmli
fransız alim və şairi Lui Araqon Parisdə çap etdirdiyi
“Sovet ədəbiyyatı” adlı əsərində şairin həyat və
yaradıcılığı haqqında geniş məlumat vermişdir. |
1962 |
M.Quluzadə
şairin azərbaycanca şeirlərinin bir qismini “Seçilmiş
şeirlər” adı ilə ayrıca kitab şəklində çap etdirmişdir. |
1967 |
Leypsiqdə
alman dilində çapdan çıxan Sovet xalqları ədəbiyyatı
kitabında Nəsiminin həyat və yaradıcılığı işıqlandırılmışdır.
|
1968 |
Hüseyn
Ahinin səyi ilə divanı İranda çap edilmişdir..
|
1969 |
Azərbaycan
SSR Ali Soveti Bakı şəhərində Nəsimi rayonunun yaradılması
haqqında 13 iyun 848 №-li fərman imzalamışdır. |
Heykəltəraş
Aslan Rüstəmov Nəsiminin stolüstü büstünü yaratmışdır. |
1970 |
Cahangir
Qəhrəmanovun “Nəsimi divanının leksikası” adlı fundamental
tədqiqat əsəri çap edilmişdir; |
Azərbaycanın Xalq rəssamı Lərif Kərimov tərəfindən “Seyid
İmadəddin Nəsimi” xalçası hazırlanmışdır; |
Xalq şairi
Qabilin “Nəsimi” poeması çap olunmuşdur. |
1971 |
Türk alimi
İ.Olğun “Seyid Nəsimi üzərinə notlar” əsərini yazmışdır; |
Xalq yazıçısı Anarın ssenarisi əsasında “Nəsimi” sənədli
filmi çəkilmişdir. |
1972
|
Divan”ı
Bakıda Həmid Məhəmmədzadənin müqəddiməsilə fars dilində çap
olunmuşdur; |
Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadə “İmadəddin Nəsimi”
tablosunu yaratmışdır. |
Cəlal
Pendərinin səyi ilə İranda “Nəşri Nei”də divanı çap
edilmişdir; |
1973 |
600 illik
yubileyi YUNESKO-nun “Görkəmli şəxsiyyətlərin və əlamətdar
hadisələrin yubileyləri” siyahısına daxil edilmiş, dünya
miqyasında qeyd edilmişdir; |
Əsərləri”
ərəb əlifbası ilə 3 cilddə Bakıda nəşr olunmuşdur; |
“Seçilmiş
əsərləri” Azərnəşrdə çapdan çıxmışdır. |
600 illiyi
şərəfinə hazırlanan yük gəmisinə şairin adı verilmişdir; |
“İmadəddin
Nəsimi – anadan olmasının 600 illiyi” SSRİ poçt markası
buraxılmışdır; |
Sentyabr
ayının 12-də Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR
Elmlər Akademiyasının Dilçilik İnstitutuna Nəsiminin adının
verilməsi və Şamaxı rayonundakı “Şirvan Buketi” sovxozunun
Nəsimi adına sovxoz adlandırılması haqqında 321 №-li qərar
imzalanmışdır. |
SSRİ Xalq
rəssamı Mikayıl Abdullayev “Nəsimi” bədii portretini
çəkmişdir; |
SSRİ Xalq
artisti, bəstəkar Fikrət Əmirov “Nəsimi dastanı”
balet-poemasını yazmışdır; |
Sentyabr
ayının 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrında Fikrət Əmirovun “Nəsimi dastanı” balet-poeması
(libretto müəllifi Anar) ilk dəfə nümayiş etdirilmişdir; |
Fikrət
Əmirovun “Nəsimi dastanı” balet-poeması ikinci dəfə Moskvada
– Böyük Teatrda YUNESKO-nun iştirakı ilə Nəsiminin 600 illik
yubiley tədbirləri çərçivəsində nümayiş etdirilmişdir; |
“İmadəddin
Nəsimi” medalı təsis edilmişdir (müəllifi Aslan Rüstəmov); |
Xalq
yazıçısı İsa Hüseynovun (Muğanna) ssenarisi əsasında,
görkəmli rejissor, Xalq artisti Həsən Seyidbəylinin
rejissorluğu ilə “Nəsimi” tarixi-bioqrafik bədii filmi
çəkilmişdir; |
Xalq
rəssamı Altay Hacıyev Nəsiminin “Lirika” kitabına rəsm
çəkmişdir; |
Xalq
rəssamı Oqtay Sadıqzadə Nəsiminin “Seçilmiş əsərləri”
kitabına illüstrasiyalar çəkmişdir; |
Əməkdar
incəsənət xadimi Nəcəfqulu İsmayılov “Nəsimi” portretini və
süjetli tablosunu yaratmışdır; |
İ.Kərimova
“Nəsimi” xalça-portretini yaratmışdır; |
Moskvada
“Lirika” kitabı nəşr edilmişdir; |
Moskvada fransız dilində “Poeziya” kitabı çap edilmişdir. |
1974 |
Xalq
rəssamı Kamil Əliyev “İmadəddin Nəsimi” xalça-portretini
yaratmışdır;. |
Polşa
heykəltəraşı Qustav Zemla şairin faciəli taleyini əks
etdirən əsərini – Nəsimi heykəlini yaratmışdır. |
1976
|
Xalq şairi
Qabilin “Nəsimi” poeması Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin birinci katibi Heydər Əlirza oğlu
Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət mükafatına layiq
görülmüşdür. |
1977
|
“Fars
divanı: Seçilmiş əsərləri” Azərbaycan dilində Bakıda çap
olunmuşdur |
1978 |
Avqust
ayının 17-də Sumqayıt şəhərində fəaliyyət göstərən
Mədəniyyət və İstirahət parkına dahi Azərbaycan şairi
Nəsiminin adı verilmişdir.. |
İsa
Hüseynovun (Muğanna) Nəsimi haqqında tarixi-bioqrafik
“Məhşər” romanı çap edilmişdir. |
1979
|
Bakıda
Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində
heykəli ucaldılmış (heykəltəraşlar Tokay Məmmədov,
İbrahim Zeynalov), fevral ayının 20-də abidənin açılışı
olmuşdur; |
1979
|
Bakıda
Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində
heykəli ucaldılmış (heykəltəraşlar Tokay Məmmədov,
İbrahim Zeynalov), fevral ayının 20-də abidənin açılışı
olmuşdur; |
1980 |
Divanı
İranda “Foruği” nəşriyyatında çap edilmişdir. |
1987 |
Qəzənfər
Paşayevin tərtibi əsasında şairin “İraq divanı” işıq üzü
görmüşdür |
1990 |
Şamaxı
şəhərində heykəli ucaldılmışdır (heykəltəraş Cavanşir
Dadaşov). |
1993 |
Xalq
rəssamı Səlhab Məmmədov “Nəsiminin məzarı” əsərini və mis
üzərində döymə nümunəsini yaratmışdır. |
1995 |
Xalq şairi
Bəxtiyar Vahabzadə Nəsimiyə həsr edilmiş “Fəryad” poemasını
yazmışdır. |
2001 |
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli
132 saylı qərarına əsasən Sumqayıt şəhərindəki İ.Nəsimi
adına mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix
və mədəniyyət abidələri siyahısına daxil edilmişdir |
2003 |
Sumqayıtda
İ.Nəsimi adına mədəniyyət və istirahət parkında abidəsi
ucaldılmışdır (heykəltəraş- rəssamlar Vaqif Nəzirov, Asim
Quliyev). |
2005 |
Aprel
ayının 26-da Şamaxıda heykəlinin açılış mərasimi olmuş,
tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev çıxış etmişdir. |
2008 |
Bakıda yeni
inşa edilmiş metro stansiyasına Nəsiminin adı verilmişdir.. |
2012 |
Alman
dilində “Şərq-Qərb” nəşriyyatında “Şeirləri” və “Seçilmiş
şeirləri” kitabları nəşr edilmişdir. |
2014 |
Bakıda
Heydər Əliyev Fondu tərəfindən fransız və ingilis dillərində
Nəsiminin “Poeziya” kitabı nəşr edilmişdir |
2017 |
Vəfatının
600 illiyi YUNESKO səviyyəsində qeyd olunmuşdur;. |
Xalq artisti, professor Firəngiz Əlizadə şairin vəfatının
600 illiyinə həsr etdiyi xor, ifaçı və simfonik orkestr üçün
“Nasimi Passion” əsərini bəstələmiş, aprel ayının 17-də
Amsterdamda əsərin premyerası olmuşdur; |
UNESCO-nun Parisdəki mənzil-qərargahında vəfatının 600
illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində
Firəngiz Əlizadənin musiqisi əsasında daha bir əsər ‒
“Nəsimiyə ithaf” tamaşası təqdim olunmuşdur. |
2018 |
Noyabr
ayının 15-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
“Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik
yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır; |
Noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda büstünün açılış mərasimi keçirilmişdir; |
Göyçay rayonunda Əli Kərim adına şəhər parkında Azərbaycanın
şair və yazıçılarının xatirəsinin əbədiləşdirilməsi üçün “Əbədiyaşar
ədiblər” kompleksi yaradılmış, burada İmadəddin Nəsiminin
də büstü qoyulmuşdur; |
Sentyabr ayının 27-30-da Heydər Əliyev Fondunun
təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə
“Azərbaycanda ilk Nəsimi – şeir, incəsənət və mənəviyyat
Festivalı” keçirilmişdir |
Tanınmış xəttat-rəssam Yavər Əsədov yazı ilə ‒ ərəb
qrafikası ilə Nəsimiyə həsr etdiyi portretlərini cəkmişdir. |
2019 |
Yanvar
ayının 11-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan
edilməsi haq-qında” Sərəncam imzalamışdır |
Nazirlər
Kabinetinin 7 may tarixli 211 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin
və dövlət varidatı elan edilən filmlərin siyahısına”
İmadəddin Nəsiminin adı salınmışdır; |
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi
münasibətilə “Bir gündə 650 min ağac əkək” aksiyasına start
verilmişdir; |
TÜRKSOY
2019-cu ili “Nəsimini anma ili” elan etmişdir; |
TÜRKSOY
şairin qəzəllərini 15 dildə tərcümədə Ankarada nəfis
tərtibatla və yüksək poliqrafik səviyyədə nəşr etdirmişdir; |
Beynəlxalq
Türk Akademiyasının təşəbbüsü ilə Qazaxıstanın paytaxtı Nur-Sultan
şəhərində “Beynəlxalq Avrasiya Kitab Sərgisi 2019”
çərçivəsində “Nəsimi ili”nin açılışı olmuşdur; |
AMEA
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor
müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara
Milli Kitabxanasından İmadəddin Nəsiminin anadilli divanının
iki nüsxəsinin surətini əldə etmişdir; |
Aprel
ayının 10-da Vyanada yerləşən Azərbaycan Mədəniyyət
Mərkəzində Nəsimiyə həsr olunmuş məruzə axşamı keçirilmişdir; |
Aprel
ayının 26-da “Nəsimi - şeir, incəsənət və mənəviyyat
Festivalı” Avropa Festivallar Assosiasiyasına üzvlüyə qəbul
edilmişdir; |
May ayının
24-də Kiyev şəhərində abidəsi qoyulmuşdur (heykəltəraş
Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov); |
May ayının
25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Fikrət Əmirovun “Nəsimi dastanı” balet-poeması (libretto-müəllifi
Anar) yeni fərqli quruluşda “Nəsimi” adı ilə təqdim
edilmişdir; |
Xaçmazda
“Çənlibel” parkında abidəsi ucaldılmışdır; |
İyun ayının
3-də şairin 650 illiyi ilə əlaqədər Beynəlxalq Astronomiya
İttifaqının qərarı ilə Mars və Yupiter planetlərinin
arasında yerləşən 1995 UN2 asteroidinə “Nəsimi” adı
verilmişdir; |
İyun ayının
18-də Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü və
Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzinin dəstəyi ilə Nəsiminin serb dilinə tərcümə edilmiş
seçmə şeirlərindən ibarət kitabının təqdimatı keçirilmişdir; |
Sentyabr
ayının 27-də M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanasında Bakı VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası
çərçivəsində “Mədəni sərvətlərimizin vətənə qayıdışı”
layihəsindən “Nəsimi Əlyazmaları dünya kitabxanalarında”
adlı kitab sərgisinin açılış mərasimi olmuş, Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak
etmişdir; |
Sentyabrın
29-da Şamaxının Meysəri kəndində ikinci “Nəsimi – şeir,
incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi
heykəl instalyasiyasının açılışı olmuşdur (müəllif Rəşad
Ələkbərov); |
Oktyabr
ayının 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvadakı
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat
Kitabxanasının Atriumunda heykəlinin açılışı olmuşdur; |
“Serbiya
Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi
İmadəddin Nəsiminin adına yubiley medalının təsis edilməsi
barədə qərar qəbul etmişdir; |
Nəsimi ili”
ilə əlaqədar Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi
“Məndə sağar iki cahan” adlı poeziya müsabiqəsi elan
etmişdir; |
Azərbaycanın Belarusiyadakı səfirliyi tərəfindən Minskdəki
“Dostluq evi”ndə şairin yubileyinə həsr edilmiş
bədii-musiqili tədbir keçirilmişdir; |
Helsinkidə
fin dilində “Gövhəri-laməkan mənəm” adlı Azərbaycan poeziya
antologiyası çapdan çıxmışdır; |
Bişkek
şəhərindəki Manas Universitetində Nəsiminin yubileyinə həsr
olunmuş tədbir keçirilmişdir. Universitetin foyesində
Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil olunmuş
Nəsiminin əsərlərindən ibarət kitab sərgisi açılmışdır; |
Azərbaycan
Dövlət Tərcümə Mərkəzi tərəfindən Nəsiminin 200-ə yaxın
qəzəl və rübailərindən ibarət kitab Moskvada rus dilində
nəşr olunmuşdur; |
Türkiyədə
Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə Nəsiminin
650 illiyinə həsr olunan 2,5 lirəlik bürünc xatirə sikkəsi
buraxılmışdır; |
Türkiyədə,
Tacikistanda, Türkmənistanda, Bolqarıstanda, Moldovada və
başqa xarici ölkələrdə kitabları nəşr ediilmişdir; |
Rəsul
Rzanın Nəsimiyə həsr olunmuş poemasının motivləri əsasında
ölməz şairin edamından əvvəlki son gecə haqqında “Son gecə”
adlı televiziya filmi çəkilmişdir (quruluşçu rejissorları
Xalq artisti Ramiz Həsənoğlu və Nazim Məmmədov); |
Yazıçı
Hüseynbala Mirələmovun Nəsimiyə həsr etdiyi “Son səfər”
povesti çapdan çıxmışdır; |
Xalq
rəssamı Eldar Mikayılzadənin “Nəsimi” xalçası hazırlanmışdır; |
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi ‒
650” adlı metodik tövsiyələr hazırlanıb nəşr edilərək
respublikanın bütün kitabxanalarına göndərilmişdir; |
Yubileyi
münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
“Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından
“İmadəddin Nəsimi. Biblioqrafiya” kitabını nəşr etmişdir; |
M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanası tərəfindən “İmadəddin
Nəsimi” Elektron Məlumat Bazası hazırlanıb İnternetdə
yerləşdirilmişdir; |
Milli
Kitabxanada böyük Azərbaycan şairi İmadəddin Nəsiminin
anadan olmasının 650 illik yubileyinə həsr olunmuş
beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. |