Azərbaycan əsilli müğənni Sami Yusuf azərbaycanlı
şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam”
qəzəli əsasında yeddi dəqiqəlik kompozisiya
hazırlayıb.
“Report”
xəbər verir ki, kompozisiya Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Sami
Yusuf kompozisiyanı Bakıda Heydər Əliyev Mərkəzində
keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasının açılış mərasimində canlı ifa edib.
Müğənnini azərbaycanlı muğam ifaçısı Təyyar Bayramov
və aşıq Samirə müşayiət edib.
Ekran
işinin yaradıcı prodüseri və rejissoru Andrey
Boltenko, kompozisiyanın bəstəkarlığını isə Sami
Yusuf özü edib.