Nəsimi
adına Dilçilik İnstitutu Azərbaycan
Milli Elmlər
Akademiyasının strukturuna daxil olan elmi təşkilat.
1932-ci ildə
Azərbaycan
Dövlət
Elmi-Tədqiqat
İnstitutunun bazasında müstəqil
Dil,
Ədəbiyyat
və
İncəsənət
İnstitutu, 1936-cı ildə
birləşmiş
Ədəbiyyat
və
Dil İnstitutu yaradılmışdır. Azərbaycan
Respublikasında dilçilik sahəsində
başlıca elmi-tədqiqat
mərkəzi kimi tanınan Dilçilik
İnstitutu Azərbaycan
Milli Elmlər
Akademiyası ilə
bir gündə
— 1945-ci il martın 27-də
yaradılmış, həmin
il mayın 21-də
təsdiq edilmiş və
İctimai Elmlər
Bölməsində
yaradılmış dörd elmi tədqiqat
institutundan biri olmuşdur.
1973-cü ildə
Dilçilik İnstitutuna görkəmli
Azərbaycan
şairi Nəsiminin
adı verilmişdir.
Fəaliyyətə başladığı zaman dörd şöbədən (Müasir Azərbaycan
dili, Azərbaycan
dili tarixi, Azərbaycan
dialektologiyası və
Lüğətçilik
şöbələrindən)
ibarət
olan Dilçililik İnstitutunun ilk
direktoru Miryusif Mirbabayev
olmuşdur . 1950-ci ildə
Dilçilik İnstitutu
Ədəbiyyat
İnstitutu ilə
birləşdirilmiş,
1960-cı ildə
İnstitutun direktoru akademik
M.Ş.Şirəliyev
olmuşdur.
1969-cu ildə
Dilçilik İnstitutu
Ədəbiyyat
İnstitutundan ayrılaraq müstəqil
fəaliyyətə başlamış və
həmin
ildən
1987-ci ilədək İnstituta akademik
M.Ş.Şirəliyev
rəhbərlik etmişdir.
1988-ci ildə
İnstitutun direktoru vəzifəsinə Azərbaycan
MEA-nın müxbir üzvü fıl.e.d.,
prof. Zərifə
İsmayıl qızı Budaqova seçilmiş və
iki il müddətində
bu zəngin
tarixi olan elmi-tədqiqat
müəssisəsinə rəhbərlik
etmişdir. 1990-2011-ci illərdə
isə Dilçilik İnstitutunun
direktoru AMEA-nın həqiqi
üzvü,
əməkdar elm xadimi, Dövlət mükafatı laureatı
fil.e.d., professor Ağamusa
Ağası oğlu Axundov olmuşdur.
2012-2013-cü illərdə İnstitutun direktoru vəzıfəsini fil.e.d., prof.Fəxrəddin
Yadigar oğlu Veysəlli
icra etmişdir.
2013-2015-ci illərdə
Dilçilik İnstitutuna görkəmli
türkoloq-dilçi, AMEA-nın həqiqi
üzvü,
əməkdar
elm xadimi, filologiya elmləri
doktoru, professor Tofiq İsmayıl
oğlu Hacıyev rəhbərlik
edib.
2015-ci ildən
Nəsimi
adına Dilçilik İnstitutuna
filologiya üzrə
elmlər
doktoru, akademik Möhsün
Nağısoylu rəhbərlik
edir.
Azərbaycan
dilçiliyinin formalaşması və
inkişafı problemləri
üzərində
işləyən İnstitut fəaliyyət
göstərdiyi
müddətdə 600-dan çox monoqrafiya və
kollektiv elmi-tədqiqat
əsərləri,
məcmuələr çap etdirmiş və onların bir çoxu ölkədə,
eləcə
də xaricdə
yüksək
qiymətləndirilmişdir.
Azərbaycan
dilinin fundamental tədqiqatlarının
mərkəzi,
dilçilik problemlərinin
aparıcı təşkilatçısı
Milli Elmlər
Akademiyasının Dilçilik
İnstitutudur. Azərbaycan
dilinin və
dilçiliyinin inkişafına təkan
verən
“Azərbaycan
dilinin qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə və
ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı haqqında” Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
dilçiliyinin Avropa və
dünya elminə
inteqrasiyasına, ölkənin
dilçi-alimlərinin
beynəlxalq
nüfuz qazanmasına yol açır.
Dilçilərimizin
əsas vəzifələri
bu siyasi sənəddən irəli
gələn
məsələləri qısa müddətdə
ləyaqətlə
həyata keçirməkdir.
Azərbaycan
dili və
Azərbaycan
dilçiliyinin dünya miqyasında
tanınması, bəşəri
nüfuz qazanması öz şanlı
keçmişindən
qaynaqlanıb bu günününü
yaratmaqdan və
gələcəyinə
inamla addımlaya bilməkdən
asılıdır. Buna görə
də dilimizin və
dilçiliyimizin tarixinin dərindən
araşdırılması, müasir
qloballaşma şəraitində
Azərbaycan dilinin həyatın bütün sahələrinə nüfuzetmə
qabiliyyətinin
gücləndirilməsi,
dünya dilçiliyinə
inteqrasiya məqsədilə
qədim
dillər
və mədəniyyətlərin öyrənilməsi,
psixolinqvistik, sosiolinqvistik
və
linqvokulturoloji aspektdə
intensiv tədqiqatların
aparılması, eləcə
də kompüter dilçiliyinin
inkişaf etdirilməsi
institutumuzun qarşısında duran
zəruri
məsələlərdir.
Azərbaycan
dilinin nüfuz dairəsinin
daha da genişləndirilməsi,
tətbiq
səviyyəsinin
yüksəldilməsi,
onun dövlət
dili funksiyasının tam şəkildə
reallşdırılması üçün monitorinqlərin
keçirilməsi
də
institutun fəaliyyətində
aparıcı istiqamətlərdəndir.
Azərbaycan
Respublikasının Prezidenti cənab
İlham
Əliyevin “Azər-baycan dilinin
qloballaşma şəraitində
zamanın tələblərinə
uyğun istifadəsinə və
ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı haqqında” sərəncamından
irəli
gələn vəzifələri həyata
keçirmək
məqsədi ilə
2013-cü ilin noyabrında AMEA-nın
İ.Nəsimi
adına Dilçilik İnstitutunda
struktur dəyişiklikləri
aparılmış, nəticədə
bəzi
şöbələr bağlanmış və
ya birləşdirilmiş,
müasir elmi tələblərə
uyğun bir sıra yeni şöbələr
yaradılmışdır.