Nəsimikənd — Azərbaycan Respublikasının
Saatlı rayonunun inzibati ərazi vahidində
kənd.
Əhalisinin sayı 3496 nəfərdir.
Kənddə etnik azlıqlardan olan Axısqa
türkləri yaşayır.
Saatlı rayonunun Kirovkənd i.ə.v.-də kənd.
Muğan düzündədir.
Yaşayış məntəqəsini 1944—cü ildə qanunsuz
olaraq Gürcüstandan Orta Asiyaya (əsasən
Özbəkistana) sürgün edilmiş, 1959-cu ildə
isə Azərb.-na gəlmiş türk (axıska türkləri)
ailələri salmışlar.
Kəndə 1976-cı ildə Azərb. şairi Nəsiminin
adı verilmişdir. Memorial toponimdir.