E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

(Fotoqalereya)


2018-ci il 27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanda ilk Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı” keçirilmişdir

Şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçirilib.

Nəsimi festivalı Nəsimi sənətinin ölməzliyini bir daha sübut etməklə bərabər, həm də bu zəngin bədii irsin tədqiqat və təbliğat baxımından geniş imkanlara malik olduğunu nümayiş etdirmişdir. Festivalın dünyanın müxtəlif ölkələrindən gəlmiş elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilməsi, tədbirlərin Bakı şəhəri ilə yanaşı şairin vətəni Şamaxı şəhərini də əhatə etməsi İmadəddin Nəsimini Azərbaycana və cahana bəxş etmiş bu qədim diyarın özünün böyük oğlu qarşısında mənəvi borcunu ifadə edən möhtəşəm hesabat olmuşdur.

26 apreldə 2019-cu ildə "Nəsimi - şeir, incəsənət və mənəviyyat” Festivalı Avropa Festivallar Assosiasiyasına üzvlüyə qəbul edilmişdir.

2019-cu ilin sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci “Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi heykəl instalyasiyasının açılışı olmuşdur (müəllif Rəşad Ələkbərov)

<< Geri