E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Mədəniyyət və istirahət parkı 1967-ci ildə Azərbaycan SSR Mədəniyyət nazirliyinin 16 mart tarixli 64 saylı əmrinə əsasən yaradılıb. Parka 17 avqust 1978-ci ildə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı verilib.

Nəsimi adına mədəniyyət və istirahət parkı yaz-yay mövsümündə mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün əsas mərkəzdir. Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgilərin nümayişi, şair və yazıçılarla görüşlərin təşkili, əmək, ədəbiyyat və incəsənət günləri ilə əlaqədar keçirilən ənənəvi tədbirlərin əsas ünvanı məhz İ.Nəsimi adına mədəniyyət və istirahət parkıdır.

Parkın giriş hissəsinin qarşısında 2003-cü ildə o vaxtlar şəhərin baş rəssamı Vaqif Nəzirov, rəssam Aqil Quliyevlə birgə müəllifliyi ilə İ. Nəsiminin abidəsi qoyulub.

Sumqayıtın əsas magistral yolu olan Səməd Vurğun küçəsindən tutmuş Xəzərin ləpədöyəninə qədər əraini əhatə edən parkın hazırda ümumi sahəsi 80 hektardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 saylı qərarına əsasən
 

<< Geri