Nəsir müəllimin o illərdə qələmə aldığı
məsələlər bu gün də aktualdır. Onun fəaliyyəti jurnalistika
fakultəsində geniş tədris olunmalıdır.
ƏBÜLFƏS QARAYEV,
Azərbaycan Respublikasının
Mədəniyyət və Turizm naziri
|
Nəşr olunduğu lk gündən elm, sənət
adamlarını, cavan istedadları başına toplayan “Bakı” qəzeti xoş
məramlı, ideyası çevik, operativ, peşəkar yazıları, məlumatları
ilə Nəsir müəllimim mənəi aləminə ayna olmuşdu.
BƏKİR NƏBİYEV,
Akademik
|
Nəsir müəllimin vətənpərvər olmasının kökü
onun qanında idi.
BUDAQ BUQAQOV,
Akademik
|
Nəsir müəllim gözəl bir ata, qayğıkeş
valideyn və ailə başçısı idi.
FUAD QASIMZADƏ,
Akademik
|
Sözün əsl mənasında yetim-yesir atası
Nəsir müəllim işdə çox tələbkar, həyatda öz işçilərinin
qayğısına qalan, onların çətinliklərini həll edən, ehtiyaclarını
təmin edən bir insan idi.
VASİM MƏMMƏDƏLİYEV,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
|
Bəli, Nəsir müəllim jurnalistikada yeni
bir məktəb – “Nəsir İmanquliyev məktəbi” yaratmışdı.
AKİF ƏLİZADƏ,
Akademik
|
“Bakı”
qəzeti nəinki Azərbaycan mətbuatında, bütövlükdə götürdükdə
mədəniyyət tariximizdə böyük hadisə idi, bu nəşr sadəcə bir
qəzet deyil, əksinə, ölkəmizdə ilk şəhər qəzeti olaraq böyük
şəhər mədəniyyətimizin təcəssümü, əksi idi.
AKİF HACIYEV,
Akademik
|
Nəsir İmanquliyev peşəkar jurnalist
olmaqla yanaşı, həm də böyük alim, gözəl tərcüməçi idi.
ARİF MEHDİYEV,
Akademik
|
İllərin arxasında qalaraq xatirəyə
çevrilən o günlərə qayıdıb Nəsir müəllimim həmişə parlaq, xoş və
gülümsər çöhrəsini, yaddaşımıza əbədi həkk olan nəsihətlərini
xatırlayanda bu gözəl insanın cismani yoxluğuna təəssüflənir,
onu minnətdarlıqla xatırlayaraq deyirəm ki, Nəsir müəllim bizə
sadə, mənalı, gözəl yazmağı öyrətmişdi.
AZAD
NƏBİYEV,
Azərbaycan Milli Elmlər
Akademiyasınıln
müxbir üzvü
|
Mən cəsarətlə deyə bilərəm ki, professor
Nəsir İmanquliyev böyük jurnalistlər ordusunun müəllimi idi və
onun yaratdığı, bizə irs olaraq qoyub getdiyi ədəbi-publisist
məktəb yaşayır, Nəsir müəllim jurnalistikasının gözəl ənənələri
müstəqillik əldə etmiş suveren Azərbaycanımızın mədəni quruculuq
işlərində yenə də yaxından iştirak edir.
İZZƏT RÜSTƏMOV,
Fəlsəfə elmləri doktoru,
professor
|
Nəsir müəllim adının mənası ilə (”Nəsir”
ərəbcədən tərcümədə “kömək edən” deməkdir) əməlləri arasında
qəribə bir uyğunluq vardı.
NƏSİR ƏHMƏDLİ,
Bakı Dövlət Universitetinin
beynəlxalq
jurnalistika kafedrasının dosenti
|
Olduqca təvazökar, sadə, səmimi,
insanlara qayğı və məhəbbətlə yanaşan, böyüklə böyük, kiçiklə
kiçik olmağı bacaran, insanlar arasında fərq qoymayan,
tələbələrin belə, istək və arzularını canla-başla həyata
keçirən, cavanların qeydinə qalan bir şəxsiyyət, sözün əsl
mənasında böyük insan idi.
ABUZƏR XƏLƏFOV,
Əməkdar elm xadimi
|
Bu adam o zamanlar çoxunda olmayan
cəsarətin simvolu idi.
BƏXTİYAR VAHABZADƏ,
Xalq şairi
|
Biz – o dövrün “Bakı”lıları sonralar
müstəqil vəzifələrdə çalışanda, hər yerdə qürürla “Nəsir
müəllimin yetirmələriyik” demişik.
CABİR NOVRUZ,
Xalq şairi
|
O, mənim könül dostum, arxa-dayağım, yer
üzündə təmənnasızlıq, xeyirxahlıq nümunəsi kimi tanıdığım,
kübarlığı, müdrikliyi ilə öyündüyüm ən yaxın adamım idi.
NƏBİ XƏZRİ,
Xalq şairi
|
Nəsir İmanquliyev öz fədakarlığına,
əməksevərliyinə, təşəbbüskarlığına və təəssübkeşliyinə görə
Mətbuat Abidəsidir.
NƏRİMAN HƏSƏNZADƏ,
Xalq şairi
|
Tədbirli, hər işin yerini bilən, sözünü
vaxtında deyən, hər sahədə, hər işdə mövqe nümayiş etdirməyi
bacaran bütöv şəxsiyət Nəsir İmanquliyev qılınc kimi kəsərli
sözü sevirdi.
SABİR RÜSTƏMXANLI,
Xalq şairi
|
50-ci illərdən sonrakı quruculuq tarixini,
intibah mərhələsini məhz iki dildə şəhər sakinlərinin görüşünə
gələn “Bakı” qəzeti və onun memarı, peşəkar jurnalist, ictimai
xadim, pedaqoq, kübarlıq, zadəganlıq nümünəsi olan Nısir
İmanquliyev yazdı.
OQTAY MİRQASIMOV,
Xalq artisti
|
Nəsir müəllim bütün insani keyfiyyətləri,
güclü xarakteri, zəngin mənəvi aləmi ilə böyük istəyə layiq
ziyalı, əsl vətəndaş idi.
ZEYNƏB XANLAROVA,
Xalq artisti
|
|
<< Geri |
|