Nəsrulla Əsədulla oğlu İmanquliyev
1911-ci il dekabrın 22-də Bakı şəhərində anadan olmuşdur.
|
1925-1926
Bakı şıhərində Peşə Məktəbini bitirmişdir.
|
1926
Komsomol sıralarına qəbul edilmişdir
|
1998
Nəsir
Əsədulla
oğlu
İmanquliyev: [Nekroloq] //Xalq
qəzeti.-
1998.-
8
mart.- S.
7.
|
1934
Bakı şəhərində Lassal
adına Neft Texnikumuna daxil olmuşdur.
|
1934-1952
“Kommunist”, “Yeni yol”,
“Gənc işçi”, “Vətənin səsi” qəzetlərində
ədəbi işçi, ədəbi
şöbənin müdir
müavini, şöbə müdiri, məsul katib, redaktor
vəzifəsində çalışmişdir.
|
1942
Böyük Vətən müharibəsi
illərində siyasi işçi
kimi Krım cəbhəsinə
göndərilib. “Döyüşən Krım” qəzetində məsul
katib və hərbi hissədə tərcüməçi kimi
fəaliyyət göstərmişdir.
|
1943
Arxa cəbhədə “Kommunist” qəzetində məsul
katib vəzifəsində işləmişdir.
|
1944
Sov.İKP sıralarına qəbul olunmuşdur.
|
1946
Moskvada Mərkəzi Qəzet kursunu
bitirmişdir.
|
1947-1998
Azərbaycan Dövlət Universitetində
“Jurnalistika” fakultəsinin “Jurnalistikanın nəzəriyyəsi və
təcrübəsi” kafedrasında dərs demişdir.
|
1948-1950
Azərbaycan Dövlət Universitetində Filologiya
fakültəsində təhsilni iki ilə
müvəffəqiyyətlə başa vurmuşdur. |
|
1948-1955
Moskva Ali Partiya Məktəbində qiyabi
təhsil almıdır.
|
1952
Azərbaycan KP Bakı Şəhər Komitəsində
Təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
|
1952-1956
Azərbaycan KP MK-nın Təbliğat-təşviqat şöbəsinin
müdir müavini vəzifəsində işləmişdir.
|
1956
Azərbaycan Mədəniyyət Nazirliyinin
Radiolaşdırma Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.
|
1957
Azərbaycan SSR Nazirlər Soveti yanında
Radio və Televiziya erilişləri Komitəsi
sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.
|
1958-1988
“Bakı”qəzetinin yaradıcısı və baş
redaktoru olmuşdur.
|
1963-1988
Rus dilində capdan cıxan “Baku”qəzetinin
yaradıcısı və baş redaktoru olmuşdur.
|
1965
“Böyük
Vətən müharibəsi illərində (1941-1945) Azərbaycanda sənaye və
nəqliyyat işçilərinin əmək fəallığının sürətləndirilməsi uğrunda
mübarizədə “Kommunist” qəzetinin rolu” mövzusunda tarix elmləri
namizədi alimlik dərəcəsi almışdır.
|
1976
“Azərbaycan
SSR Əməkdar mədəniyyət işçisi”
fəxri adına layiq görülmüşdür.
|
1990
“Əməkdar jurnalist” fəxri adına layiq
görülmışdür.
|
1998
Mart ayının 7-də Bakı şəhərində vəfat etmişdir.
|
2006
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “N.Ə.İmanquliyevin xatirəsinin
əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır.
|
2006
Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur
(müəllifi Ömər Eldarov)
|
2007
Bakı Dövlət Universitetində xatirə lövhəsi
açılmışdır. |
|
<< Geri |