|
1826-1828 |
Rusiya-Qacar müharibəsi dövründə rus qoşunları tərəfindən
işğal olunub. Türkmənçay müqaviləsinə əsasən xanlığın
ərazisi çar Rusiyasına ilhaq edilib. 1828-ci ildə Erməni
vilayətinin tərkibinə verilib. |
|
1840 |
Aprel ayının 10-da çar Rusiyası hökumətinin Qafqazda
apardığı inzibati islahata əsasən Gürcüstan-İmeretiya
quberniyasının tərkibində Naxçıvan qəzası kimi təşkil
edilib. |
|
1849 |
İrəvan quberniyasının tərkibinə keçirilib. |
|
1882 |
Tanınmış ziyalı Eynəli Sultanovun təşəbbüsü ilə əsas üzvləri
müəllimlərdən ibarət olan “Müsəlman şiə dram incəsənəti
cəmiyyəti” və “Ziyalı məclisi” təşkil olunub. |
|
1896 |
Naxçıvanda ilk dünyəvi qız məktəbi açılıb. Vənənd ibtidai
məktəbi fəaliyyətə başlayıb. |
|
1905-1907 |
Ermənilərin Naxçıvan əhalisinə qarşı soyqırımları başlayıb.
Naxçıvan qəzasında ermənilərin milli qırğın cinayətlərinin
nəticəsi olaraq 1897-ci ilə nisbətən 1907-ci ildə burada
azərbaycanlı əhalinin sayı 31279 nəfər və ya 34,6%, əhalinin
təbii artımı da nəzərə alınmadıqda isə iki dəfədən çox
azalıb. |
|
1906 |
“Hümmət” təşkilatının Naxçıvan şöbəsi yaradılıb; |
|
1908 |
Uluxanlı və Culfa stansiyalarını birləşdirən dəmiryolu
xəttinin çəkilişi başa çatdırılıb. |
|
1910
|
Culfada Azov-Don kommersiya bankının şöbəsi yaradılıb. |
|
1912 |
H.Z.Tağıyevin Bakıda qız məktəbinin məzunu,
tanınmış maarif
fədaisi Nazlı xanım Tahirova Naxçıvan şəhərində qız məktəbi
açıb. |
|
1914 |
I
Dünya müharibəsi başladığı zaman Naxçıvan bölgəsi çarizmin
Qafqazdakı əsas dayaqlarından biri kimi bölgədə rus əsgər və
zabitlərinin çoxluğu və onların hərəkətlərinə qarşı yerli
ziyalılardan M.Mirheydərzadə, K.Camalbəyov, Ə.Yüzbaşov və b.
fəaliyyəti nəticəsində Naxçıvanda və Culfada “Hümmət”
təşkilatı əhalini çar mütləqiyyətinə qarşı mübarizəyə
hazırlayıb. |
|
1917 |
Fevral ayında Rusiyada çar mütləqiyyəti devrildikdən sonra
martın 9-da diyarda mülki hakimiyyət yeni yaradılmış Xüsusi
Zaqafqaziya Komitəsinə verilib. B.Maqsudov və Mxitaryants
Naxçıvana müvəkkil təyin ediliblər; Mart-aprel aylarından
başlayaraq Xüsusi Zaqafqaziya Komitəsi Naxçıvan və
Şərur
qəzalarında ictimai təşkilatların icraiyyə komitələri və
komissarlıqlar yaradıb; May ayında Xüsusi Zaqafqaziya
Komitəsi Naxçıvanda yerli hakimiyyət orqanlarının təşkilinə
başlayıb. Müvəqqəti hökumətin yerli hakimiyyət orqanları
yaradılıb. Fevral inqilabından sonra Naxçıvanda Milli
komitələr yaradılıb; Dekabr ayının 18-də Ərzincan barışığı
imzalandıqdan sonra rus qoşunları Naxçıvanı tərk edib.
Onların malik olduqları silah-sursatı erməni daşnakları ələ
keçirib. |
|
1918 |
Ermənilərin Naxçıvana qarşı ərazi iddialarının
xüsusilə güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə
çevrilib, nizami daşnak silahlı dəstələri Naxçıvanın bir çox
kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutub; May ayının
17-də erməni daşnakları Naxçıvan qəzasının bir sıra
kəndlərini və Culfanı işğal edən zaman, kapitan Xəlil bəyin
başçılığı ilə türk hərbi heyəti Naxçıvana gələrək erməni
təcavüzündən qorunmaq üçün könüllü müdafiə hissələri təşkil
etməyə başlayıb; May ayının 26-28-də Gürcüstan, Azərbaycan
və Ermənistan öz müstəqilliklərini elan etdikdən sonra
Ermənistanın daşnak hökuməti Naxçıvanı özünə ilhaq etmək
siyasəti yeritməyə, Naxçıvanda dinc azərbaycanlı əhaliyə
divan tutmağa başlayıb. Yerli əhalinin inadlı müqaviməti və
türk əsgərlərinin bölgəyə daxil olması onların bu məkrli
niyyətlərini həyata keçirmələrinə imkan verməyib; IX Ordunun
tərkibində olan XI Qafqaz diviziyası iyulun əvvəlində erməni
dəstələrini məğlub edərək Naxçıvan şəhərinə yaxınlaşıb.
İyulun 20-21-də baş vermiş döyüşlərdən sonra şəhər erməni
qüvvələrindən təmizlənib, Culfa azad edilib; Avqust ayının
1-də Osmanlı imperatorluğunda kolorduların təşkili və
cəbhələrdə aparılan yerdəyişmələrlə əlaqədar Naxçıvan
bölgəsinin müdafiəsi Kazım Qarabəkir paşanın komandanlığı
altında olan I Qafqaz kolordusuna tapşırılıb və bununla da
erməni silahlı qüvvələrinin yenidən Naxçıvana hücumunun
qarşısı alınıb; Noyabr ayının 3-də Mudros barışığına
əsasən türk qoşunları bölgədən çıxarıldıqdan sonra,
erməni-daşnak quldurlarından qorunmaq məqsədilə Araz-Türk
Respublikası yaradılıb. |
|
1918-1921 |
İrəvan quberniyasında, Naxçıvan, Şərur, Dərələyəz və Ordubad
bölgələrində ermənilərin törətdikləri terror hadisələrinə
qarşı qırmızı partizan hərəkatı fəaliyyət göstərib. |
|
1919 |
Naxçıvanı tutan ingilislər Araz-Türk Respublikasını
tanımaqdan imtina edirlər; Fevral ayının 26-da Milli şuranın
sədri Cəfərqulu xan və üzvləri general-qubernator F.Lautenə
məktub göndərərək etiraz edib göstərirdilər ki, heç bir
halda Naxçıvanın Ermənistanın tərkibinə verilməsinə razı
deyillər; Yay aylarında ingilislərin bölgədə
mövqelərinin zəiflədiyini görən ABş burada daha fəal siyasət
yürütməyə başlayır. Sentyabr ayında Paris konfransının
Ermənistana Ali komissar təyin etdiyi polkovnik V.Haskel
Naxçıvan və Şərur-Dərələyəz torpaqlarını əhatə edən “bitərəf
zona” yaradılması layihəsini Azərbaycan hökumətinə təqdim
edir. Bu layihəyə görə zona onun təyin etdiyi amerikalı
qubernatorun idarəsində olmalı idi. Əhalinin güclü
müqaviməti ilə rastlaşan və məqsədlərinə nail ola bilməyən
Amerika nümayəndələri 1919-cu ilin sonu – 1920-ci ilin
əvvəllərində Naxçıvanı tərk edirlər; |
|
1920 |
May ayının
26-dan iyun ayının 20-dək antimilli siyasətə etiraz əlaməti
olaraq bir çox rayonda, eləcə də Naxçıvanda silahlı üsyanlar
baş verib; İyul ayının 19-da XI Qızıl Ordu hissələrinə
Naxçıvanı tutmaq əmri verilir. İyulun 27-də gecə XI Qızıl
Ordunun birinci Qafqaz polkundan olan 30 nəfərdən ibarət
süvari dəstəsi, iyulun 28-də 106-cı polkun süvari dəstələri
Gorus, şahbuz və Cəhridən keçərək Naxçıvan şəhərinə daxil
olur. Həmin gün bölgənin ali hakimiyyət orqanı – Naxçıvan
İnqilab Komitəsi yaradılıb; İyulun 29-da Naxçıvan şəhərində
Hərbi İnqilab Komitəsi və Hərbi Əmək Müdafiə şurası
yaradılıb; Sentyabrda erməni daşnakları Naxçıvan diyarına
hücuma keçir. Ordubad bölgəsində yüzlərlə insan qətlə
yetirilir. Sentyabrın 18-də türk qoşunlarının və yerli hərbi
birləşmələrin köməyi ilə ermənilərin özbaşınalıqlarına son
qoymaq üçün Ordubada hücum edilir və şəhər düşməndən azad
olunur; |
|
1921
|
Naxçıvan
əhalisinin inadlı mübarizəsi, əhali arasında keçirilən rəy
sorğusunun nəticələri, həmçinin Moskva və Qars müqaviləsinin
şərtlərinə əsasən Naxçıvan əhalisi Azərbaycanın tərkibində
muxtariyyət statusu alıb Aprel ayının 19-da Azərbaycan
İnqilab Komitəsinin iclasında B.şahtaxtinskinin “Naxçıvanın
siyasi və iqtisadi vəziyyəti haqqında” məruzəsi dinlənilib.
İnqilab Komitəsi İrandan satın almaq yolu ilə Naxçıvan
əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək üçün
pul vəsaiti ayırıb; İyul ayının 1-də Naxçıvandakı ağır
iqtisadi vəziyyətlə əlaqədar şahtaxtı stansiyasında Naxçıvan
İnqilab Komitəsinin, Qırmızı Ordunun Qafqaz cəbhəsi Hərbi şurasının Naxçıvanda olan nümayəndəsinin, Sentrosoyuzun,
RSFSR-in Ermə-nistandakı nümayəndələrinin və Maku xanı
Murtuzaqulu xan başda olmaqla İran nümayəndələrinin iştirakı
ilə müqavilə imzalanıb; Sentyabr ayının 15-də Ermənistan SSR
ilə Naxçıvan SSR arasında ticarət münasibətlərini nizama
salmaq və ticarəti inkişaf etdirmək haqqında müqavilə
im-zalanıb; Ardı-arası kəsilmədən Zəngəzur, Vedi, Sisyan və
Ermənistanın digər bölgələrindən daşnaklar tərəfindən
dağıdılmış azərbaycanlı kəndlərindən qaçqınlar axışaraq
Naxçıvana yerləşdirilib və torpaqla təmin ediliblər.
Qaçqınlarla bağlı yaranan problemlər və cinayət hallarını
aradan qaldırmaq məqsədilə sentyabr ayının 25-də Naxçıvan
SSR Xalq Komissarları Sovetinin göstərişilə Naxçıvan
fövqəladə komissi-yası nəzdində oğrularla, möhtəkirlərlə,
qaçaqmalçılarla mübarizə aparan Yol şöbəsi yaradılıb; |
|
1922 |
Yanvar ayında Əziz şərif Gürcüstan SSR-də Naxçıvanın
nümayəndəsi təyin edilib;Aprel ayında Naxçıvanın ilk mətbu
orqanı ‒ “şərq qapısı” qəzeti çap edilməyə başlayıb.
“Canavar həyatı” adı ilə nəşrə başlayan, az sonra “Füqəra
səsi” adlanan qəzet qədim diyarda ədəbi-elmi mühitin
işıqlandırılmasında xüsusi rol oynayıb; Noyabr ayının
1-də Naxçıvan Müəllimlərinin I Qurultayında verilən qərara
əsasən Naxçıvanda Müəllimlər Seminariyası yaradılıb;
Dekabrda I Zaqafqaziya Sovetlər Qurultayı Naxçıvan məsələsi
üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanın muxtariyyət
statusunda Azərbaycan SSR- in ayrılmaz tərkib hissəsi
olduğunu təsdiq edib; |
|
1923 |
May ayının 10-da Naxçıvan şəhərində dahi dövlət xadimi,
ümummilli lider Heydər Əliyev anadan olub.Dekabr ayının
31-də Azərbaycan SSR MİK Naxçıvan diyarının Azərbaycan SSR
tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qəti qərar
qəbul edib və Cənubi Qafqaz MİK-dən bu qərarın təsdiq
olunmasını xahiş edib. |
|
1924 |
Yanvar ayının 8-də Cənubi Qafqaz MİK-in birinci plenumunda
Naxçıvan Muxtar Diyarının muxtar respublikaya çevrilməsi
haqqında qərar qəbul edib; Fevral ayının 9-da Azərbaycan
MİK-in dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar
Sovet Sosialist Respublikasına çevrilməsi təsbit olunub;
İyul ayınadək Türkiyənin Naxçıvanda hərbi nümayəndəliyi
fəaliyyət göstərib; Naxçıvan və Şərur (Noraşen)
pambıqtəmizləmə zavodu tikilməyə başlayıb, 1926-cı ildə
istismara verilib. |
|
1925 |
Qəzalar ləğv edilib, dairələrin sayı 8-ə endirilib. Baş
Noraşen, Qıvraq, Tumbul, Əbrəqunus, Nərimanov, Culfa, Parağa
və Ordubad dairələri qalıb. 3 milyon ədəd kərpic buraxmaq
gücünə malik kərpic zavodu, sonra isə şahtaxtı və Ordubad
gəc, əhəng və kərpic zavodları tikilərək istifadəyə verilib;
May ayının 21-də “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”
fəaliyyətə başlayıb; |
|
1926 |
Aprel ayının 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayı
Naxçıvan Respublikasının ilk Konstitusiyasını yekdilliklə
qəbul edib; Ordubad şəhərində barama toxumu istehsal edən
zavod, ipək fabrikləri tikilib istifadəyə verilib. Xam ipək
materialları əsasında corab-kəlağayı fabriki də açılıb;
|
|
1927 |
Naxçıvan Zikur Texnikumunun (pedaqoji) ilk buraxılışı olub.
|
|
1929 |
Fevral ayının 18-də Zaqafqaziya MİK totalitar
inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin
– Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, şahbuz
nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran
kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə
Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri
və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi
haqqında qərar qəbul edib; |
|
1930 |
Fevral ayında Naxçıvanın Keçili kəndinin sakinlərinin sovet
hökumətinə qarşı qaldırdığı üsyana qonşu Badamlı, Sələsüz,
Tırkeş, Cəhri və b. kəndlərin əhalisi də qoşulub;
Aldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri
Ermənistana verilib və həmin ərazilərdə Ermənistan SSR-in
Mehri rayonu yaradılıb; Avqust ayının 8-də şahbuz rayonu
təşkil olunub; Naxçıvan şəhərində tibb texnikumu yaradılıb. |
|
1931-1932 |
Təkcə Şərur rayonundan antisovet təbliğatı aparan onlarla şəxs repressiyaya məruz qalıb. |
|
1932 |
Ordubad rayonunda 7-8 bal gücündə zəlzələ baş verib;
Naxçıvan MSSR MİK-in 1 aprel tarixli qərarı ilə Naxçıvan
MSSR Nazirlər Soveti Naxçıvan MSSR MİK-in 1 aprel tarixli
qərarı ilə Naxçıvan MSSR Nazirlər Soveti yanında Radio
Verilişləri Komitəsi yaradılıb. |
|
1935 |
Naxçıvan şəhərinə 12 km uzunluğunda su kəməri çəkilib,
Naxçıvançay üzərində körpü tikilib, şəhərdə kanalizasiya
xətləri inşa edilib, mehmanxana, çamaşırxana, yanğından
mühafizə binaları istifadəyə verilib. |
|
1936 |
SSRİ Konstitusiyasının qəbulundan sonra həm Azərbaycan SSR,
həm də Naxçıvan SSR Konstitusiyaları birbaşa SSRİ
Konstitusiyası əsasında hazırlanıb və qəbul edilib. |
|
1937 |
Sentyabr ayının 17-də Naxçıvan MSSR-in X fövqəladə Sovetlər
Qurultayında Naxçıvan MSSR-in ikinci Konstitusiyası qəbul
olunub; Ü.Hacıbəyovun təşəbbüsü ilə Naxçıvanda Musiqi
Məktəbi (indiki Musiqi kolleci) açılıb; |
|
1938 |
Noyabr
ayının 17-dək İranın Naxçıvandakı konsulluğu fəaliyyət
göstərib; Dekabr ayının 26-da Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Dövlət Dram Teatrına
M.F.Axundovun adı verilib. |
|
1939 |
Avqust ayının 14-də Naxçıvan MSSR Xalq Komissarları
Sovetinin qərarı ilə Cəlil Məmmədquluzadə adına ikiillik
Naxçıvan Dövlət Müəllimlər İnstitutu fəaliyyətə başlayıb
(1954-cü ilədək fəaliyyət göstərib); |
|
1941 |
Bakı-Ələt-Culfa dəmiryolu çəkilişi başa çatdırılıb. |
|
1948 |
Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra,
Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan
(1978-ci ildən Babək), Şərur, şahbuz, Culfa və Ordubad)
bölünüb. |
|
1958 |
Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblı (1983-cü ildən
Naxçıvan Dövlət Filarmoniyası) yaradılıb. |
|
1963 |
şahbuz rayonu ləğv edilərək ərazisi Naxçıvan (1978-ci ildən
Babək) rayonuna verilib; Muxtar Respublikanın Nazirlər
Sovetinin qərarı ilə yerli radionun bazasında Naxçıvan
MR Televiziya və Radio Verilişləri Komitəsi yaradılıb; |
|
1965 |
şahbuz rayonu yenidən müstəqil rayon olub. |
|
1967 |
Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı yaradılıb. 5
il sonra isə müstəqil ali məktəbə çevrilərək, Naxçıvan
Dövlət Pedaqoji İnstitutu kimi fəaliyyət göstərib. |
|
1971 |
Babək rayonunda Azərbaycan SSR ilə İran arasındakı razılaşma
əsasında Araz Su Elektrik Stansiyası inşa edilərək istismara
verilib; Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatı
fəaliyyətə başlayıb. Təşkilatın ilk sədri Naxçıvan MR
Əməkdar incəsənət xadimi Məmməd Qasımov olub. |
|
1972 |
Naxçıvan Elm Mərkəzi yaradılıb; AMEA Naxçıvan Bölməsinin
Elmi Kitabxanasının əsası qoyulub. |
|
1974 |
Fevral ayının 21-22-də Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Naxçıvan MSSR-ə “Xalqlar dostluğu” ordenini
təqdim etmək üçün Naxçıvana gəlib; Oktyabr ayının 4-5-də
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Naxçıvan
MSSR-in 50 illik yubiley tədbirlərində iştirak və “Oktyabr
inqilabı” ordenini təqdim etmək üçün ikinci dəfə Naxçıvana
səfər edib; Naxçıvan şəhərində Heydər Əliyev prospekti
və İstiqlal küçələrinin paralelində böyük dramaturq və
ictimai xadim Cəlil Məmmədquluzadənin heykəli ucaldılıb (heykəltaraş
M.Mirqasımov). |
|
1977 |
Ulu öndər Heydər Əliyevin göstərişi ilə 150 milyon kubmetr
tutumu olan Arpaçay Su Anbarı istismara verilib. |
|
1978 |
May ayının 30-da Naxçıvan MSSR Ali Sovetinin IX
çağırış
növbədənkənar VIII sessiyası üçüncü Konstitusiyanı qəbul
edib; Oktyabr ayında Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Naxçıvana üçüncü dəfə səfər edib; Oktyabr
ayının 23-də Babək rayonu yaradılıb; |
|
1979 |
Babək rayonunun Sirab kəndində kənd təsərrüfatı torpaqlarını
su ilə təmin etmək məqsədilə Sirab su anbarı istismara
verilib; Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə
Respublika xəstəxanasının tikintisinə başlanıb və 1987-ci
ildə istifadəyə verilib. |
|
1980 |
May ayının 21-24-də Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Naxçıvana dördüncü dəfə səfər edib; |
|
1982 |
Oktyabr ayının 1-2-də Azərbaycan KP MK-nın birinci katibi
Heydər Əliyev Naxçıvana beşinci dəfə səfər edib.Ulu öndər
Heydər Əliyevin xüsusi göstərişi və nəzarəti sayəsində
müasir memarlıq üslubunun nümunələrindən biri olan “Təbriz”
mehmanxanası tikilib. |
|
1986 |
İyul ayının 31-da Naxçıvan
şəhərində ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin büstünün təntənəli
açılış mərasimi keçirilib. |
|
1989 |
Azərbaycan hökumətinin 14 sentyabr tarixli qərarı ilə
Naxçıvan Dövlət Kukla Teatrı yaradılıb.Culfa rayonunda
Bənəniyar su anbarı istismara verilib; Dekabr ayının 31-də
Naxçıvanda ürəyi güney sevgisiylə yanan minlərlə
soydaşımızın Azərbaycan xalqının müstəqillik arzularını
təcəssüm etdirən sərhəd hərəkatına – Araz çayı boyunca
tikanlı məftillərin sökülməsinə başlanılıb. |
|
1990 |
Yanvar ayının 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə
Nazirliyinin 7-ci ordusunun köməyilə ermənilər Sədərək
rayonunun Kərki kəndini işğal ediblər; Yanvar ayının 19-da
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasında,
muxtariyyətin Konstitusiyasının 81-ci maddəsinə əsaslanaraq
SSRİ-nin tərkibindən ayrılması barədə qərar qəbul edib; İyul
ayının 22-də Ulu öndər Heydər Əliyev Azərbaycana qayıdaraq
Naxçıvana İyul ayının 22-də Ulu öndər Heydər Əliyev
Azərbaycana qayıdaraq Naxçıvana gəlib; Avqust ayının 28-də
Sədərək rayonu yaradılıb; Sentyabr ayının 30-da Heydər
Əliyev Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən
seçkilərdə 340 nömrəli Nehrəm Seçki Dairəsindən Azərbaycan
parlamen-tinə, 2 nömrəli Seçki Dairəsindən isə Naxçıvan
parlamentinə deputat seçilib; Noyabr ayının 17-də Heydər
Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin
birinci sessiyası öz işinə başlayıb, Naxçıvan MSSR Naxçıvan
Muxtar Respublikası adlandırılıb; Noyabr ayının 21-də
Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı
“1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət
verilməsi haqqında” qərarı qəbul edib; Dekabr ayının 29-da
Naxçıvan Dövlət Pedaqoji İnstitutu Azərbaycan SSR Nazirlər
Sovetinin qərarı ilə Naxçıvan Dövlət Universiteti
adlandırılıb. |
|
1991 |
Mart ayının 14-də Naxçıvan Ali Məclisinin sessiyasında
SSRİ-nin saxlanılmasına dair ümumittifaq referendumunda
Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul edilib;
Sentyabr ayının 3-də Naxçıvan MR Ali Məclisinin fövqəladə
sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri
seçilib;Dekabr ayının 16-da “Dünya Azərbaycanlılarının
Birliyi və Həmrəyliyi Günü”nün qeyd edilməsi haqqında
Naxçıvan MR Ali Məclisi qərar qəbul edib. |
|
1991-2001 |
Muxtar respublikada 45 yeni məktəb binası inşa edilib, 18
məktəb binası isə əsaslı təmir edilərək yenidən qurulub. |
|
1992 |
Mart ayının 22-25 tarixlərində Naxçıvan MR Ali Məclisinin
Sədri Heydər Əliyev Türkiyəyə rəsmi səfər edib; May ayının
28-də Naxçıvanla Türkiyə arasında inşa edilən “Ümid”
körpüsünün açılışı olub; Avqust ayının 10-14-də Naxçıvan MR
Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyəyə rəsmi səfər
edib; Avqust ayının 18-də Sovet İttifaqının Naxçıvanın
ərazisində böyük hərbi hissəsi –75-ci motoatıcı diviziya
yola salınıb; Avqust ayının 22-26-sı tarixlərində Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyev İrana səfər edib;
Noyabr ayının 21-də Naxçıvan şəhərində Heydər Əliyevin
sədrliyi ilə Yeni Azərbaycan Partiyası yaradılıb; Naxçıvanda
ilk milli sərhəd dəstəsi təşkil edilib. |
|
1993 |
Fevral ayının 5-də Türkiyə Respublikasının Konsulluğu
fəaliyyətə başlayıb; Mart ayının 8-də İran İslam
Respublikasının Konsulluğu açılıb; Mart ayının 16-19-da
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev İrana rəsmi
səfər edib; Aprel ayının 19-25-i tarixlərində Naxçıvan MR
Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyəyə rəsmi səfər
edib; İyun ayının 9-da Naxçıvan MR Ali Məclisinin Sədri
Heydər Əliyev Bakıya səfər edib; İyun ayının 15-də Naxçıvan
MR Ali Məclisinin Sədri Heydər Əliyev xalqın tələbi ilə
ikinci dəfə siyasi hakimiyyətə qayıdıb – Azərbaycan Ali
Sovetinin Sədri seçilib. |
|
1995 |
Noyabr ayının 12-də Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasında mövcud siyasi-coğrafi mövqeyi beynəlxalq
Moskva və Qars müqavilələri nəzərə alınmaqla Naxçıvan Muxtar
Respublikasına “Muxtar” Dövlət statusu verilib; |
|
1996 |
Oktyabr ayının 29-31-i tarixlərində Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan
ədəbiyyatının klassiki Hüseyn Cavidin abidəsinin açılışında
iştirak etmək üçün Naxçıvana səfərə gəlib; Naxçıvan şəhər
İcra Hakimiyyətinin “Nuh yurdu” adlı qəzeti dərc edilməyə
başlayıb. |
|
1997 |
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 20
sentyabr “Naxçıvan Muxtar Respublikasının Konstitusiyası”
layihəsinin müzakirəsinə həsr olunmuş Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan
komissiyanın iclasını keçirib; Sentyabr ayının 29-da
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Yusif
Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin 30 illik
yubileyi münasibətilə təbrik məktubu imzalayıb; |
|
1998 |
Yanvar ayının 14-də Azərbaycan Prezidenti Heydər Əliyevin
sədrliyilə keçirilmiş Azərbaycan Respublikası Konstitusiya
Komissiyasının iclasında Naxçıvan Muxtar Respublikasının
Konstitusiya layihəsinin müzakirəsi keçirilib; Mart ayının
13-də C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının
açılıb; Aprel ayının 28-də Naxçıvan Muxtar Respublikasının
yeni Konstitusiyası Naxçıvan Muxtar Respublikası Ali
Məclisində qəbul edilib; |
|
1999 |
Yanvar ayının 8-də Naxçıvan Muxtar Respublikasının
Konstitusiyası qüvvəyə minib; Fevral ayının 4-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan Muxtar
Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında
fərman imzalayıb; Fevral ayının 18-də Naxçıvanda Heydər
Əliyev Muzeyi yaradılıb; Oktyabr ayının 10-15-i tarixlərində
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Naxçıvan
Muxtar Respublikasının 75 illik yubiley tədbirlərində
iştirak etmək üçün Naxçıvana səfər edib; Naxçıvan Elm və
Texnika Mərkəzi yaradılıb; |
|
2000 |
Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il
tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar
Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati
ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi
Heydərabad qəsəbəsi adlandırılıb; Naxçıvan MR-də 55
xəstəxana müəsissəsi, 5 poliklinika, 49 ambulatoriya, 123
feldşer-mama məntəqəsi, 8 gigiyena və epidemiologiya mərkəzi,
3 təcili-tibbi yardım stansiyası və 62 aptek fəaliyyət
göstərib. |
|
2002 |
İyun ayının 15-19-u tarixlərində Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev Naxçıvana səfərə edib; İyun ayının
18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Naxçıvan şəhərində görkəmli Azərbaycan rəssamı Bəhruz
Kəngərlinin xatirəsinə yaradılmış muzeyin təntənəli açılış
mərasimdə nitqi söyləyib; Avqust ayının 7-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev “Azərbaycan MEA
Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncam
im-zalayıb; Avqust ayının 10-da Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev Naxçıvana səfər edib; Avqust ayının
13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Naxçıvan MR-nın Ali Məclisində Vayxır su anbarının
tikintisinə həsr olunmuş müşavirədə giriş nitqi söyləyib;
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Naxçıvanda Olimpiya İdman Kompleksinin açılış mərasimində
nitq söyləyib; Oktyabr ayının 11-də Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev Nərimanov rayonu
ərazisində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi
nümayəndəliyinin yeni binasının açılış mərasimində iştirak
edib. |
|
2004 |
– Fevral
ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ―Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin
keçirilməsi haqqında‖ Sərəncam imzalayıb;
– Fevral ayının 27-də Heydər Əliyev adına Hərbi Lisey
yaradılıb;
– Mart ayının 19-da Kəngərli rayonu təşkil edilib;
– May ayının 12-14-ü tarixlərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan MR-ə birinci tarixi
səfərini edərək Naxçıvan beynəlxalq hava limanının təntənəli
açılış mərasimində, Respublika Xəstəxanasında Kompüter
Tomoqrafiyası kabinetinin, MEA Naxçıvan bölməsinin yeni
korpusunun, İqtisadi İnkişaf Nazirliyinin inşa etdirdiyi
Naxçıvan Yeyinti Sənaye Kompleksinin, Əlillərin Bərpa
Mərkəzinin, Naxçıvan Dövlət Universitetinin İnternet
Kitabxanası binasının təntənəli açılış mərasimlərində
iştirak edib, Naxçıvan şəhərində Üzgüçülük Mərkəzinin
tikintisi ilə tanış olub;
– May ayının 14-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Naxçıvan MR-nın 80 illik yubileyi münasibətilə
təntənəli mərasimdə iştirak edib və nitq söyləyib;
– Sentyabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Naxçıvana ikinci dəfə səfər edərək, Naxçıvanda
Mülki Müdafiə Mərkəzinin, ümummilli lider Heydər Əliyevin
adını daşıyan orta məktəbin, Naxçıvan şəhərindəki Üzgüçülük
Mərkəzinin açılış mərasimində iştirak edib; |
|
2005 |
Oktyabr
ayının 31-də Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin Naxçıvan MR-da İdarəsi yaradılıb;
– Dekabr ayının 19-20-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına
səfərə edərək Gənclik Mərkəzinin, Naxçıvan şəhərində Kitab
evinin, Əlillərin Bərpa Mərkəzinin açılışında, Heydər Əliyev
Su Anbarının istifadəyə verilməsi, Diaqnostika-Müalicə
Mərkəzinin təməlinin qoyulması mərasimlərində və b.
tədbirlərdə iştirak edib. |
|
2006 |
İyun ayının
28-də Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi
bərpa edilib;
– Dekabr ayının 20-21-i tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar
Respublikasına səfər edərək, Naxçıvan şəhərinin mərkəzində
xalqımızın Ümummilli liderinin abidəsinin və Heydər Əliyev
muzeyinin, Naxçıvan şəhər 7 nömrəli orta məktəbin yeni
binasının, Ordubad şəhərində internatməktəb kompleksinin
açılışında, Babək rayonunda ―Duzdağ sanatoriyasının
təməlqoyma mərasimində, Naxçıvan Modul Tipli Elektrik
Stansiyasının istifadəyə verilməsi mərasimində, Naxçıvan
şəhərində Qaz-Turbin Elektrik Stansiyasının işə salınmasında
iştirak edib;
2007 Oktyabr ayının 17-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan MR-ə səfər edərək Naxçıvan
Dövlət Universitetinin incəsənət binasının –
konservatoriyasının, Naxçıvan şəhərindəki 14 nömrəli orta
məktəb binasının əsaslı təmirdən sonra açılışında,
Azərbaycan ilə İran arasında İahtaxtı-Poldəşt sərhəd-keçid
məntəqəsinin, İərur rayonunda mərkəzi xəstəxananın təntənəli
açılış mərasimində və b. tədbirlərdə iştirak edib. |
|
2008 |
Yanvar ayının
31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram
Teatrının 125 illik yubileyinin keçirilməsi haqqında
Sərəncam imzalayıb;
– İyun ayının 3-4-ü tarixlərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
Naxçıvan MR-ə səfər edərək Tibb Məktəbinin yenidən qurulmuş
binasının, Əyləncəİdman Mərkəzinin, Culfa Rayon Mərkəzi
Xəstəxanasının açılış mərasimində, Naxçıvan şəhərində Doğum
Mərkəzinin təməlinin qoyulması, İahbuz rayonunda hərbçilər
üçün tikilmiş binanın istifadəyə verilməsi mərasimində
iştirak edib;
– İyun ayının 4-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Naxçıvan MR-ın Ali Məclisində Türkiyə
Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi
qarşılanma mərasimi keçirilib;
– Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş naziri
Rəcəb Tayyib Ərdoğanla Naxçıvan MR-nın Babək rayonunda ―Duzdağ Fizioterapiya Mərkəzinin açılış mərasimində iştirak edib;
– Naxçıvan MR-də ―İnkişaf və tərəqqi ili elan edilib. |
|
2009 |
Fevral ayının
6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ―Naxçıvan
Muxtar Respublikasının 85 illik yubileyinin keçirilməsi
haqqında‖ Sərəncam imzalayıb;
– Avqust ayının 3-5-i tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan MR-ə səfər
edərək Heydər Əliyev Sarayının əsaslı yenidənqurmadan sonra
açılış mərasimində, Naxçıvan şəhərində ―Badamlı mineral sular zavodunun, yeni inşa olunmuş
Şahmat Mərkəzinin,
Sədərək avtomobil yolunun, Şərur rayonunda Olimpiya-İdman
Kompleksinin, Şahbuz rayon mərkəzi xəstəxanasının yeni
binasının açılışında iştirak edib;
– Prezident İlham Əliyev Naxçıvan MR-nın 85 illiyinə həsr
olunmuş təntənəli mərasimdə çıxış edib;
– Oktyabr ayının 2-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkdilli ölkələrin dövlət başçılarının IX
Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana səfər edib;
– Oktyabr ayının 3-də Naxçıvanda Türkdilli ölkələrin dövlət
başçılarının IX Zirvə görüşü keçirilib;
– Oktyabr ayının 14-də Bakıda İslam ölkələrinin mədəniyyət
nazirlərinin VI konfransında qəbul edilmiş qərara əsasən,
Naxçıvan 2018-ci il üçün ―İslam mədəniyyətinin paytaxtı elan edilib;
– Naxçıvan MR-də ―Nizam-intizam ili elan edilib. |
|
2010 |
Yanvar ayının
11-də Naxçıvan Avtomobil Zavodu istifadəyə verilib;
– Oktyabr ayının 5-6-sı tarixlərində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan MR-ə səfər
edərək Kəngərli rayon mərkəzində ümummilli lider Heydər
Əliyevin abidəsinin, Naxçıvan-Sədərək magistral yolunun,
Şərur rayonunun Yengicə və Maxta kənd orta məktəblərinin,
məhdud fiziki imkanlı insanlar üçün Heydər Əliyev Fondunun
dəstəyi ilə yaradılan Naxçıvan Regional İnformasiya
Mərkəzinin, Ordubadda Biləv Su Elektrik Stansiyasının,
Gəmiqaya daş məhsulları kompleksinin açılış mərasimlərində
iştirak edib, 2 nömrəli Sədərək orta məktəbinin yeni
binasını, Sədərək rayon mərkəzi xəstəxanasını istifadəyə
verib. Sədərək rayonunun Heydərabad qəsəbəsində tikilən yeni
binalarla tanış olub, Naxçıvan şəhərini içməli su ilə təmin
edəcək su təchizatı sistemlərinin birləşdiyi paylayıcı
qurğunu istifadəyə verib;
– Oktyabr ayının 6-da Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ
ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının
üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in
fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib; –
Naxçıvan Muxtar Respublikasında ―Yeniləşmə ili elan edilib. |
|
2011 |
Naxçıvan MR-də
―Turizm ili elan edilib;
– Fevral ayının 17-də Naxçıvan MR Ali Məclisinin
Naxçıvanşünaslıq Mərkəzi yaradılıb;
– Dekabr ayının 29-da Naxçıvan MR Ali Məclisinin dördüncü
çağırış dördüncü sessiyasında 2012-ci il: muxtar
respublikada ―Milli dəyərlər ili elan edilib.
|
|
2012 |
May ayının
30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Naxçıvan MR-ə səfər edərək akademik Zərifə xanım Əliyeva
adına Naxçıvan şəhər poliklinikasının, Naxçıvan Şəhər Gömrük
İdarəsinin inzibati binasının, Kəngərli rayonunda mədəniyyət
evinin, ―N saylı hərbi hissədə qərargah binasının, Naxçıvan
MR Fövqəladə Hallar Nazirliyinin yeni inzibati binasının,
Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfada Uşaq
Musiqi Məktəbinin, sərhəd komendantlığı və sərhəd
zastavasının açılışında iştirak edib;
– Oktyabr ayının 5-də Naxçıvanda Türkdilli dövlətlərin
gömrük xidməti rəhbərlərinin görüşü keçirilib;
– Dekabr ayının 22-də Naxçıvan MR Ali Məclisinin dördüncü
çağırış altıncı sessiyasında 2013-cü il ―Heydər Əliyev ili elan edilib; |
|
2013 |
Naxçıvan MR-də
―Heydər Əliyev ili qeyd edilib;
– Fevral ayının 28-də Gürcüstan Respublikasının Prezidenti
Mixael Saakaşvili Naxçıvana səfər edib;
– Dekabr ayının 28-də Naxçıvan MR Ali Məclisinin dördüncü
çağırış səkkizinci sessiyasında 2014-cü il ―Muxtariyyət ili elan edilib. |
|
2014 |
Yanvar ayının
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin
keçirilməsi haqqında Sərəncam imzalayıb;
– Aprel ayının 7-8-i tarixlərində Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan MR-ə səfər edərək Naxçıvan
Beynəlxalq Hava Limanının yeni inzibati binasını istifadəyə
verilməsi tədbirində iştirak edib. Naxçıvanda Gənclər
Mərkəzinin açılışında, Naxçıvan Şəhər Su Anbarı və
Sutəmizləyici Qurğular Kompleksinin, Naxçıvan-Şahbuz-Batabat
magistral avtomobil yolunun istifadəyə verilməsi mərasimində
iştirak edib;
– Naxçıvanda ―Arpaçay – 1 və ―Arpaçay – 2 Su Elektrik
stansiyaları işə salınıb; – Oktyabr ayının 24-də Naxçıvan
şəhərində Türkdilli dövlətlərin Əməkdaşlıq İurasının 3-cü
Biznes Forumu keçirilib;
Oktyabr ayının 28-də Naxçıvan şəhərində Türkdilli
dövlətlərin Əməkdaşlıq İurasının 3-cü Biznes Forumu
keçirilib;
– Noyabr ayının 28-də Göynük və Nəhəcir kənd inzibati ərazi
dairələri Babək rayonunun tabeliyinə verilib;
– Dekabr ayının 29-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ―Naxçıvan Muxtar Respublikasının Babək və Culfa
rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında Azərbaycan Respublikasının 2014-cü il 28
noyabr tarixli 1119-IVQ nömrəli Qanununun tətbiqi barədə
Sərəncam imzalayıb. |
|
2015 |
Oktyabr
ayının 30-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ―Naxçıvan Muxtar Respublikasının Babək rayonunun
inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi
haqqında Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr
tarixli 1342-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam
imzalayıb; – Dekabr ayının 1-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Naxçıvan MR-ə səfər edərək yenidən
qurulan İəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi
avtomobil yolunun, Naxçıvan Muxtar Respublika Xəstəxanasının
açılışında iştirak edib;
– Naxçıvan MR-də ―Kənd təsərrüfatı ili qeyd edilib; |
|
2016 |
Yanvar ayının
21-də Naxçıvan MR Xarici Kəşfiyyat Xidməti yaradılıb;
– İyun ayının 2-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ―Naxçıvan şəhərinin 2018-ci il üçün İslam
mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat
Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. |
|
2017 |
Yanvar ayının
11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Naxçıvan MR-ə səfər edərək Ordubad Su Elektrik Stansiyasının
təməlqoyma, Culfa rayon mərkəzinə və ətraf kəndlərə içməli
suyun verilməsi, Əlahiddə Ümumqoşun Ordusunun ―N saylı
hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət
Kompleksinin mərasimində iştirak edib. Prezidentin iştirakı
ilə Fövqəladə Hallar Nazirliyinin zabit və gizirləri üçün
inşa edilmiş yaşayış binası, Şahbuz şəhərinin və ətraf
kəndlərin içməli su sistemi istifadəyə verilib;
– Noyabr ayının 10-da Naxçıvan Dövlət Universitetinin 50
illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib;
– Dekabr ayının 20-də Türkiyə Respublikasının Baş naziri
Binəli Yıldırım Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. |
|
2018 |
May ayının
16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Naxçıvan MR-ə səfər edərək Naxçıvan şəhər Təmizləyici
Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati
ərazi dairəsində 6 saylı tam orta məktəbin açılışında
iştirak edib;
– Noyabr ayının 26-da Naxçıvan şəhərində türk İurası Gənc
Liderlərinin ilk forumu keçirilib;
– Noyabr ayının 26-sı Mavriki Respublikasının paytaxtı Port
Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması
üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında
qəbul edilən qərarla ―Yallı (Köçəri, Tənzərə), Naxçıvanın
ənənəvi qrup rəqsləri UNESCO-nun Təcili Qorunma Siyahısına
daxil edilib; ―Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
birinci mərhələsinin açılışı olub;
|
|
2019 |
Noyabr ayının
22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Culfa Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı
tədbirlər haqqında Sərəncam imzalayıb. |
|
2020 |
Türkiyə və
Azərbaycan arasındakı razılaşma ilə Iğdır-Naxçıvan qaz
xəttinin çəkilməsi və TANAP layihəsindən ötürüləcək qaz ilə
Naxçıvanın təmin edilməsi qərarlaşdırılıb;
– May ayının 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində ―Badamlı
Mineral
Sular Zavodu istifadəyə verilib; |
|
2021 |
May ayının
10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Naxçıvan MR-ə səfər edərək Əlahiddə Ümumqoşun Ordunun hərbi
aerodromunun, ―Azərxalça
ASC-nin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi
Hospitalının, Culfa Ordubad magistral avtomobil yolunun, ―Ordubad
rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin
açılışında iştirak edib;
– Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə
zolağının təqdimatı olub; |
|
2022 |
Dekabr ayının
22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ―Naxçıvan
Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyi haqqında Fərman imzalayıb;
– Dekabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ―Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin təyin
edilməsi haqqında Sərəncam imzalayıb;
– Azərbaycanla İran arasında ―İran ərazisindən keçməklə
Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
Muxtar Respublikası arasında yeni kommunikasiya
bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
|
|
2023 |
İyun ayının
5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ―Naxçıvan
Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair
2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi
haqqında Sərəncam imzalayıb;
– Sentyabr ayının 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Naxçıvanda Türkiyə
prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib.
Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olub;
– Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan
İğdır-Naxçıvan qaz
kəmərinin təməlinin qoyulması mərasimində iştirak ediblər;
– Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat
hərbi kompleksinin açılışında iştirak ediblər;
– Dekabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ―Naxçıvan Muxtar Respublikasının 100 illik
yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. |
|
2024 |
Fevral ayının
21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ―Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb;
– Fevral ayında Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Prezident Kitabxanasının Azərbaycan və ingilis
dillərində yaradılan ―Naxçıvan Muxtar Respublikası – 100
elektron layihəsi yenilənib;
– Fevral ayında 100 illik yubiley münasibətilə Azərbaycan
Milli Kitabxanasında ―Naxçıvan Muxtar Respublikası – 100
adlı geniş kitab sərgisi təşkil edilib;
– Fevral ayında AMEA-nın Tarix və Etnologiya İnstitutu
Azərbaycanın sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə
―Naxçıvan Muxtar Respublikası 100 il: uğurlar və
perspektivlər mövzusunda respublika elmi konfransı keçirilib;
– Mart ayında Türkiyənin İğdır şəhərində Naxçıvan MR-nın 100
illik yubileyinə həsr olunan fotosərgi açılıb;
– Aprel ayında 100 illik yubileylə əlaqədar Azərbaycan
Respublikası Mədəniyyət
Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və ―Şərq qapısı qəzetinin təşkilatçılığı, Naxçıvan MR-da Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə ―Naxçıvan
fotolarda adlı fotosərgi açılıb;
– Aprel ayında Azərbaycan Milli Kitabxanasında yaradılan ―Naxçıvan
Muxtar Respublikası – 100 adlı elektron məlumat bazası
onlayn rejimdə istifadəçilərə təqdim olunub;
– Azərbaycan Milli Kitabxanası tərəfindən ―Naxçıvan Muxtar
Respublikası adlı fundamental biblioqrafiya nəşr edilib;
– May ayının 2-də Naxçıvan Dövlət Universitetinin yenidən
təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında Baş nazir
Ə.Əsədov Qərar imzalayıb;
– May ayının 10-da, ümummilli lider Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümündə 100 illik yubiley münasibətilə
Naxçıvanda C.Məmmədquluzadə adına
Dövlət Milli Dram Teatrında ―Heydər Əliyev və Naxçıvan mövzusunda konfrans keçirilib;
– May ayının 22-də Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə
Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə
Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması
haqqında Baş nazir Ə.Əsədov
Qərar imzalayıb;
– İyun ayının 1-də dünyaşöhrətli alim, ABİ-ın Şimali
Karolina Universitetinin
Biokimya və biofizika fakültəsinin professoru, kimya üzrə
Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad
Nəcəfli ilə görüşüb;
– Sentyabr ayının 1-də Naxçıvan MR-nın Ali Məclisinə nəzərdə
tutulan növbədənkənar parlament seçkiləri keçirilib;
– Oktyabr ayında Ankarada Türk Dövlətləri Təşkilatının
yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi və 3
Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı
təntənəli tədbir keçirilib;
– Oktyabr ayının 8-10-da Naxçıvan MR Mədəniyyət Nazirliyinin
tabeliyində olan kitabxanaların əməkdaşları Milli
Kitabxanada təcrübə keçiblər;
– C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası 100 illik
yubileylə əlaqədar
virtual sərgi hazırlayıb;
– Bakı Xoreoqrafiya Akademiyası (BXA) kitabxanasının
təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının (NMR) 100
illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. |