E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR NAXÇIVAN HAQQINDA


Bu gün Naxçıvan 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinin qeyd olunması haqqında Sərəncamı Naxçıvanın çoxəsrlik inkişaf yoluna verilən böyük dəyərin nəticəsidir. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna rolu var. Ulu Öndərin həm sovet hakimiyyəti, həm də müstəqillik illərində göstərdiyi xidmətlər muxtar respublika da daxil olmaqla,Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük rol oynayıb. Heydər Əliyev Naxçıvan da daxil olmaqla, Azərbaycanın müstəqilliyinə öz möhürünü vurub. Sovet hökumətinin mövcud olduğu dövrlərdə Naxçıvanın adından ―Sovet Sosialist‖ sözlərinin çıxarılması bir qəhrəmanlıq idi. Məhz Heydər Əliyevin böyük nüfuzu sayəsində Naxçıvandan sovet qoşunları qansız-qadasız çıxarıldı və ordunun bütün texnikası, silah-sursatı Naxçıvana qaldı. Heydər Əliyev Naxçıvanda olmasaydı, onun taleyi Qarabağın taleyi kimi heç də yaxşı olmazdı. Bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır.
 

İsa Həbibbəyli,

Akademik
 

***

Naxçıvan bütün tarix boyu həmişə Azərbaycanın aynlmaz tərkib hissəsi olmuşdur. Naxçıvan diyarı Azərbaycana və dünyaya Heydər Əliyev kimi böyük dövlət xadimini bəxş etmişdir. Əsrlər boyu dövlətçiliyin, elmin və ictimai fikrin inkişafında qədim Naxçıvan diyarının böyük xidmətləri olmuşdur. Naxçıvan dünya sivilizasiyasının əsas mərkəzlərindən biridir. Məşhur Dünya tufanı hadisəsinin izləri bu qədim torpaqdadır. Bu gün müstəqillik dövründə də Naxçıvan Muxtar Respublikası Azərbaycan dövlətinin aynlmaz bir parçası olaraq bütün istiqamətlər üzrə yüksək səviyyədə inkişaf edir. Naxçıvan Muxtar Respublikası özünəməxsus hərtərəfli və dinamik inkişaf proseslərini uğurla davam etdirməkdədir.
 

Akif Əlizadə,

Akademik

 

***

Qədim Azərbaycan torpağı olan Naxçıvan diyarı tarixən böyük mütəfəkkirlər, tarixi şəxsiyyətlər, alimlər, memarlar yetişdirmişdir. Bu görkəmli simalar içərisində Heydər Əliyev fenomeni Azərbaycan tarixinin, o cümlədən Naxçıvan tarixinin ən parlaq səhifəsi və ən uca zirvəsi olaraq müstəsna əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, məhz, Naxçıvandan başlamışdır.
Naxçıvan tarix boyu elmi fıkrin inkişaf mərkəzlərindən olmuş, Azərbaycan elminə və dünya elminə böyük töhvələr verən alimlərin dünyaya göz açdığı bir bölgə olmuşdur.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin başladığı siyasi və iqtisadi kurs möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfındən bütün respublikamızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçırilməyə başladı.
 

Arif Mehdiyev,

Akademik

 

***

 

Sinəmdə o yerin dağ havasıdır,

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
 

Məmməd Araz,
Xalq şairi

 

***

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Bütün dövrlərdə Naxçıvan nəinki qonşu dövlətlər, həmçinin dünyanın digər dövlətləri üçün də çox böyük coğrafl-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir.

 

İsmayıl Hacıyev,

Akademik, əməkar elm xadimi
 

***

Naxçıvan bölgəsinin zəngin abidələri Azərbaycanın milli maddi mədəni irsinin ən parlaq nümunələri sırasındadır. Naxçıvan minilliklər ərzində coğrafi mövqeyi və tarixi ənənələri ilə vəhdət təşkil etməklə Azərbaycanın mühüm strateji əhəmiyyətə malik qədim bir bölgəsidir. Azərbaycanın qədim mədəniyyətlərinin, tarixi varisliyinin öyrənilməsində Naxçıvanın arxeoloji abidələrinin müstəsna əhəmiyyəti vardır. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan diyarı özünəməxsus təbii coğrafi şəraiti ilə tarixin bütün mərhələlərində insanların burada məskunlaşmasına səbəb olmuşdur.
 

Nəcəf Müseyibli,

Tarix elmləri doktoru, professor

 

***

 

Naxçıvan əzəli Azərbaycan-türk yurdu, qədim sivilizasiyaların qovuşduğu məkan, qədim mədəniyyətlərin mərkəzində dayanan diyardir. Naxçıvan Muxtar Respublukanın ərazisi müxtəlif dövrlərə aid maddi-mədəniyyət abidələri ilə çox zəngin olub, bəşəriyyətin əsas sivilizasiya mərkəzlərindən biridir. Vətənimizin ayrılmaz tərkib hissəsi, qədim mədəniyyətlərin mərkəzində dayanan, əzəli Azərbaycan-türk yurdu olan Naxçıvan sivilizasiyaların qovuşduğu bir məkandır. Araşdırmalar Naxçıvan Muxtar Respublikası ərazisinin müxtəlif dövrlərə aid maddi-mədəniyyət abidələri ilə çox zəngin olduğunu göstərir. Ərazinin bol sulu çayları, münbit torpaqları, əlverişli coğrafı mövqeyi, yeraltı və yerüstü sərvətləri qədim əkinçi-maldar tayfalarının burada erkən məskunlaşmasını təmin etmişdir. Tədqiqatlar göstərir ki, metalın, xüsusilə də tuncun kəşfi ilə yaşayış yerlərinin sayı çoxalmış, əhalinin sayı artmışdır. Naxçıvan Muxtar Respublikası yaradıldıqdan sonra, ərazinin Eneolit və Erkən Tunc dövrü abidələrinin tədqiqində irəliləyişlər nəzərə çarpır.
 

Abbas Seyidov,
Tarix elmləri doktoru, professor
 

***

Geosiyasi və geostrateji məkanda yerləşən qədim türk yurdu Naxçıvan öz coğrafi mövqeyinə görə daim dövlətlərin diqqət mərkəzində olmuşdur. Bunun səbəbini heç şübhəsiz ki, həm qədim mədəniyyət baxımından, həm də geosiyasi mövqe və dini-siyasi amillərlə izah etmək mümkündür. Əvvəla, Naxçıvan Türk Dünyasının qovşağıdır, Türkiyənin Azərbaycanla, ümumiyyətlə bütün türk dövlətləri ilə əlaqəsini gücləndirən yeganə koridordur.
 

Emin Şixəliyev,

Tarix üzrə fəlsəfə doktoru
 

***

Naxçıvan Azərbaycanın ən qədim diyarı olduğu kimi, həm də ən yeni, ən müasir diyardır. Tarixi yaddaşımızı təzələyib ümumiyyətlə bəşər sivlizasiyasının keçmişinə nəzər salsaq, ən erkən tarixi mərhələlərdə də yenə Naxçıvanın mərkəzi coğrafiya kimi qarşımıza çıxdığını görərik.

 

Hikmət Babaoğlu,

Professor
 

***

Azərbaycanın aynlmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası milli dövlətçiliyimizin müstəqil inkişaf tarixində ən müxtəlif çətinliklərlə üzləşərək, mürəkkəb, eyni zamanda şərəfli yol keçmiş, xalqımızın istiqlal uğrunda mübarizəsində, dövlət müstəqilliyinin əldə edilməsində fəal və əhəmiyyətli rol oynamışdır. Naxçıvan özünün inkişaf tarixinin bütün dövrlərində çox böyük strateji və geosiyasi əhəmiyyət kəsb etdiyi üçün qonşu dövlətlərin, eləcə də dünyanın digər dövlətlərinin diqqət mərkəzində olmuş, maraq dairələrinə daxil edilmişdir.

 

Ədalət Qasımov,

Tarix üzrə elmlər doktoru
 

***

Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunmuşdur. Bu iqtisadi rayonda zəngin təbii ehtiyatlar: molibden, mis-polimetal, filizlər, civə, daşduz, kobalt, dolamit, travertin, mərmər, titan, qızıl, kükürd, sement, tikinti materialları yataqları mövcuddur.
Naxçıvan iqtisadi rayonu çoxsahəli strukturu ilə fərqlənir.
Naxçıvan Muxtar Respublikası inkişaf etməkdə olan sənaye və çoxsahəli kənd təsərrüfatına malikdir.
Son illərdə Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatlar ardıcıl olaraq həyata keçirilmiş, torpaq islahatı başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır.
 

Rəna Sultanova,
İqtisad üzrə elmlər doktoru, professor
 

***

Naxçıvan Muxtar Respublikası ölkəmizin spesifik iqtisadi rayonlarından biridir. Qədim və zəngin təsərrüfatçılıq ənənələri, Avropa və Asiyanı, Qərblə İərqi birləşdirən tarixi İpək Yolunun üzərində yerləşməsi, ərazisinin müxtəlif təbii ehtiyatlarla zənginliyi Naxçıvan iqtisadiyyatının formalaşması və inkişafında mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikasında yeni istehsal güclərinin işə salınması ilə istehsal potensialının möhkəmləndirilməsi XX əsrin 70-80-ci illərində daha sürətlə baş vermişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin dövrdə ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında, sənayesində, tikintidə, sosial və xidmət sahələrinin inkişafında ciddi dönüş yaranmış, istehsal səviyyəsi və imkanları dəfələrlə artmışdır.
 

Müslüm Cabbarzadə,
İqtisad üzrə fəlsəfə doktoru, dosent
 

***

Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim diyar Naxçıvan Muxtar Respublikasında davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda yeni keyfıyyət mərhələsinə qədəm qoymuşdur. Mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına Azərbaycanın ayrılmaz tərkib hissəsi, qədim diyar Naxçıvan Muxtar Respublikasında davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda yeni keyfıyyət mərhələsinə qədəm qoymuşdur. Məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə, muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.

 

Asəf Qəribov,
İqtisad üzrə fəlsəfə doktoru, dosent
 

***

Ağır tarixi proseslərin məngənəsində muxtariyyət statusu əldə etmiş qədim Naxçıvan torpağı, son 20 il ərzində qeyri-adi inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində aparılmış tədqiqatların elmi nəticələri beynəlxalq elmi cəmiyyətlərə qədər inteqrasiya olunmuş, dünya tarixinə öz qədimliyi ilə yeni elmi töhfələr verən bu qədim torpaq, dünya əhəmiyyətli yeni tarixi faktlar ilə ortalığa çıxmışdır.
 

Firudin Rzayev,

Filologiya üzrə fəlsəfə doktoru
 

***

Naxçıvan diyarının bütövlükdə tarixinin öyrənilməsində milli-mənəvi mədəniyyət nümunələrinin, əsrlər boyu öz qiymətini saxlayan söz xəzinəsinin araşdırılmasının da böyük əhəmiyyəti vardır. Naxçıvanın zəngin söz sənətindəki ifadələr məna tutumu, deyim zərifliyi ilə seçilir. Onun çalar zənginliyinin etnoqrafık yozumu xalqımızın mənəvi dünyasına, təbiət və cəmiyyət hadisələrinə baxış-münasibətinə, eləcə də həyat və məişətinə dair müxtəlif məsələlərə aydınlıq gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, nəinki xalqın etnik-estetik yaddaşının qorunmasına, gələcək nəsillərə çatdırılmasına kömək edir, eyni zamanda etnik mənsubiyyətin müəyyənləşməsinə yardımçı olur, çox ciddi və bölgə üçün aktual olan məsələnin həllində əvəzolunmaz material verir. Respublikamızın digər bölgələrində olduğu kimi, Naxçıvan diyanın əhalisinin də çox vaxt yalnız özlərinə məxsus, lokal xarakter daşıyan, uzun əsrləri keçərək bu gün də yaşayan deyim dünyası, ata sözləri, öyüd-nəsihətləri, xalq ifadələri var.

 

Tofiq Babayev,

Tarix üzrə fəlsəfə doktoru

 

***

Azərbaycanın müstəqilliyini elan etməsindən sonra keçən on ildən artıq bir müddət ərzində Azərbaycanla Türkiyə arasında əlaqələr əsas prioritet məsələlərdəndir. Bu ölkə ilə siyasi, iqtisadi, mədəni əlaqələrin yaradılmasına hər zaman böyük diqqət yetirilir. Azərbaycanla Türkiyə arasında əlaqələrdə Naxçıvan Muxtar Respublikası özünəməxsus yer tutur. Naxçıvanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni əlaqələr ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründən başlayaraq (1991-1993) əsas prioritet məsələ olubdur.  Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kontekstində sonrakı illərdə də yüksələn xətlə inkişaf etdi.
 

Toğrul Xəlilov,

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

***

Azərbaycan tarixində folkloru, elmi, incəsənəti, memarlığı, hərb sənəti, dövlətçiliyi və digər sahələri ilə seçilən qədim Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühiti də mövcud olmuşdur. Ədəbiyyatımıza C.Məmmədquluzadə, Hüseyn Cavid, M.S.Ordubadi kimi nəhəng simalar bəxş edən Naxçıvan ədəbi mühitinin İslam Səfərli, Hüseyn İbrahimov, Adil Babayev, Məmməd Araz, Müzəffər Nəsirli, Hüseyn Razi, Əliyar Yusifli kimi görkəmli qələm sahibləri də öz yaradıcılıq dəst-xətləri ilə seçilmiş və ədəbiyyatımızda iz qoymuşlar.
 

Vaqif Məmmədov,
Tarix üzrə fəlsəfə doktoru, dosent
 

***

Hər bir xalqın ədəbiyyatı tarixən təkcə bir mərkəzdə ‒ ölkənin paytaxtında deyil, həmin dövlətin ərazisinin müxtəlif bölgələrində, ayrı-ayrı mədəni mərkəzlərdə də yaranır və inkişaf edir. Azərbaycan ədəbiyyatında Gəncə, Təbriz, Naxçıvan, Qarabağ, İamaxı, İəki, Lənkəran, Dərbənd, İrəvan, Tiflis, Bağdad və s. belə ədəbi mərkəz rolunu oynamışlar. Zaman keçdikcə milli ədəbiyyatların təşəkkül və yaranma proseslərində bu mərkəzlər ümummilli ədəbiyyata öz töhfələrini verib, onun daha da zənginləşməsində fəal iştirak ediblər. Naxçıvan ədəbi-mədəni mərkəzi də görkəmli alimlər, sənətkarlar, filosoflar, şairlər, rəssamları ilə tanınmışdır. Naxçıvanda yaşayan ədəbiyyatşünaslar Azərbaycanda müasir ədəbi prosesi də müntəzəm izləyir, onun aktual problemlərini, ayrı-ayrı görkəmli nümayəndələrin yaradıcılığını tədqiq edir, haqlarında məqalələr və xatirələr yazırlar.
 

Nigar Sadıqzadə,
Filologiya üzrə fəlsəfə doktoru
 

***

Böyük şəxsiyyətlər yurdu – Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Qardaş Türkiyəyə açılan yeganə qapı olan bu qədim diyarda aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, duz mədənində aşkar edilmiş daş duz parçasının içərisində daşlaşmış balıq silueti, Gəmiqaya yazılı abidələri, dağ suxurlarının və torpaq qatlarının öyrənilməsi və digər tapıntılar bu məmləkətin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.
 

Bəxtiyar Əsgərov,

Filologiya üzrə fəlsəfə doktoru
 

***

Ordubadı öz brilliantları ilə bərq verən, lakin yaşıl geyimli gözəl qadınla müqayisə etmək olar.

 

Nefedov,

Rus şairi
 

***

İqliminə, öz bağlarına, bitkilərinə, ətrafının gözəlliyinə görə Ordubad Azərbaycanın, hətta, Qafqazın ən dilbər guşələrindən biridir.
 

V.İ.Sısoyev,

Rus yazıçısı


<< Geri