E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV NAXÇIVAN HAQQINDA


1990-cı ildə Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Sovetinin sessiyasında qəbul edilmiş tarixi qərarlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi... Məhz o sessiyada Naxçıvan MSSR-in adı dəyişdirildi, Azərbaycanın üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi... O ağır, o çətin anlarda bu qətiyyətli qərarlar həm Naxçıvanı qorudu, həm də Azərbaycanın gələcək müstəqilliyini şərtləndirdi.
 

***

1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti Naxçıvana da istiqamətləndirilmişdi. Ermənilərin məqsədləri Naxçıvanı da işğal etmək idi. Əgər o vaxt naxçıvanlılar ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə burada müqavimət göstərməsəydilər, o müdafiəni təşkıl etməsəydilər, düşmənə çox sanballı və çox möhkəm zərbə vurmasaydılar, Naxçıvanın taleyi çox təhlükəli ola bilərdi. ...Naxçıvanlılar Heydər Əliyevi qorudular. O isə öz növbəsində, Naxçıvanı qorudu.

 

***

1990-cı illərin əvvəllərində Bakıda rəhbərlikdə olan qüvvələrin antinaxçıvan siyasətini biz yaxşı xatırlayırıq. Onlar nəinki Naxçıvana kömək etmir, hətta Naxçıvanı da işğala məruz qoymağa hazır idilər. Nəyə görə?! Çünki Naxçıvana o vaxt Heydər Əliyev kimi dahi şəxsiyyət rəhbərlik edirdi... Bir tərəfdən, ermənilər, erməni qəsbkarları Naxçıvana hücum edirdilər. Digər tərəfdən, Azərbaycan rəhbərliyində oturan xainlər, milli satqınlar istəyirdilər ki, Naxçıvan Azərbaycandan tamamilə ayırsınlar. Amma naxçıvanlılar öz liderləri ətrafında, Heydər Əliyevin ətrafında birləşmişdilər. Naxçıvanlılar ermənilərə tutarlı cavab verdilər, onlan yerində oturtdular, öz torpaqlarını müdafiə etdilər.
 

***

1993-2003-cü illərdə müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev həmişə Naxçıvanın qayğıları ilə yaşamışdır. Dəfələrlə respublikaya gəlmiş, öz tövsiyələrini vermiş və Naxçıvanın inkişafı üçün çox önəmli qərarlar qəbul etmişdir.

 

***

Bu gün Naxçıvan uğurla və sürətlə inkişaf edən diyardır, respublikadır. Bütün şəhərlər abadlaşır, gözəlləşir, yeni mehmanxanalar, sənaye müəssisələri yaradılır. Enerji təhlükəsizliyi əsas məsələdir və bu gün bu, Naxçıvanda öz həllini tapır. Əminəm ki, gələcəkdə bu sahədə əlavə tədbirlərin görülməsi nəticəsində Naxçıvandan qonşu ölkələrə daha da böyük həcmdə elektrik enerjisinin ixracı mümkün olacaqdır.
 

***


Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl bilirdi.
 

***

Keçən il mən ilk dəfə Naxçıvanda olmuşdum. Bir ildən artıqdır ki, gəlmişdim buraya və bu müddətdə böyük dəyişiklikləri görürəm: yeni tikililər, müasir, çox böyük zövqlə tilikmiş binalar, abadlıq-quruculuq işləri... Blokada şəraitində yaşayan respublikanın belə böyük uğurlar əldə etməsində, əlbəttə ki, sizin hamınızın, hər birinizin əməyi var... Mən əminəm ki, gələcəkdə də bu gözəl işlər davam etdiriləcəkdir.
 

***


Mən, doğrudan da, çox şadam ki, bu gün yenidən Naxçıvandayam, sizinlə birlikdəyəm. Naxçıvan hər bir azərbaycanlı üçün çox əziz, doğma yerdir. Mənim üçün çox əziz, doğma yerdir. Mənim atamın vətənidir, mənim vətənimdir.
 

***

 

Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.

 

***

Naxçıvan Azərbaycanın qədim torpağıdır, Azərbaycanın strateji yeridir və hamımız çalışmalıyıq ki, Naxçıvanı hərtərəfli - həm iqtisadi, həm hərbi cəhətdən, həm də digər cəhətlərdən gücləndirək.

 

***

Naxçıvan çox dinamik şəkildə inkişaf edir, muxtar respublikada iqtisadi artım müşahidə olunur. Geniş quruculuq, abadlıq işləri aparılır, sosial infrastruktur yeniləşir, muxtar respublikanın rayonlarında da böyük işlər görülür.
 

***

Naxçıvan o yerdir, o şəhərdir, o respublikadır ki, Türkiyə ilə Azərbaycan arasında yeganə sərhəd buradadır. Naxçıvanın inkişafında, xüsusilə onun 1990-cı illərin əvvəllərində yaşanan böhranlı vəziyyətdən çıxmasında Türkiyə ilə olan əlaqələr, körpünün tikilməsi və bütövlükdə Türkiyədən alınan dəstək çox mühüm rol oynamışdır.

 

***

Naxçıvan strateji ərazidə yerləşir. Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır. Azərbaycanın müstəqilliyinin əldə edilməsində Naxçıvanın və naxçıvanlıların çox böyük əməyi olmuşdur.
 

***

Naxçıvanda iqtisadi inkişaf sürətlə gedir. Keçən il ümumi daxili məhsul artmışdır, bu il də artır, templər yüksəkdir. Bütün bu gözəl nəticələri biz Naxçıvanın dəyişən, gözəlləşən simasında görürük. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyətə malik olan diyardır, eyni zamanda, müasir şəhərdir, müasir respublikadır. Mən əminəm ki, gələcəkdə Naxçıvan daha da gözəlləşəcək, inkişaf edəcək və bütün işlər burada həmişə olduğu kimi, yüksək səviyyədə təşkil olunacaqdır.

 

***

Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet Ittifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...
 

***

Naxçıvanın möhkəmlənməsi, güclənməsi bizim üçün çox önəmlidir. Naxçıvan Azərbaycanın strateji yeridir, qədim Azərbaycan torpağıdır.

 

***

Naxçıvanın uğurlu inkişafı Azərbaycanın uğurlu inkişafı deməkdir. Bizim müstəqilliyimizin möhkəmləndirilməsi deməkdir. Burada gedən işlər məni çox sevindirir. Mən əminəm ki, bu gözəl ənənələr gələcək illərdə də davam etdiriləcək və Naxçıvan Muxtar Respublikası həm iqtisadi inkişaf sürətinə görə, həm də infrastruktur layihələrinin səviyyəsinə görə nəinki bu regionda, hətta dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.

 

***

Ulu öndər Heydər Əliyevin vətəni, bizim hamımzın doğma diyan olan Naxçıvan möhkəmlənməli, güçlənməlidir. Bu, bizim borcumuzdur, vəzifəmizdir.

 

***

Uzun illər ərzində Naxçıvan blokada şəraitində yaşayır və bu blokada bu gün də davam edir. Amma buna baxmayaraq Naxçıvan yaşayır, Naxçıvan inkişaf edir, Naxçıvanda böyük quruculuq işləri aparılır və Naxçıvanın uğurlu inkişafı ölkəmizin gücünü göstərir.

 

***

Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edildiyinə ehtiyacı olan səhifələri açılmalı, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan bu diyarın tarixi dolğun, obyektiv şəkildə xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir.

 

***

Naxçıvan qədim Azərbaycan torpağıdır. Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır


<< Geri