E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Heydər Əliyev Muzeyi


Muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır. Ümumilikdə, muzeydə 4536 eksponat var.

Muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanmışdır.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 25

Tel.: +994 (36) 545-92-98

Elektron ünvan: aliyev-museum@nakhchivan.az


<< Geri