E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV NAXÇIVAN HAQQINDA


...Naxçıvanlılar həmişə milli şüurla yaşamışlar. Millilik, azərbaycançılıq, milli şüur Azərbaycanda həmişə yüksək olmuşdur... Naxçıvanlılarda milli qürur, milli şüur, milli hisslər, milli mənlik bir tərəfdən bunları bu sərt iqlimdə daim çalışmağa, daim özünü yaşatmaga, eyni zamanda döyüşkən olmağa sövq edibdir. Naxçıvanlılar cəsarətlidirlər, döyüşkəndirlər.

***

Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.
 

***

Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivlizasiyasına dəyərli töhfələr vermişdir.
 

***

Blokada şəraitinə baxmayaraq, son dövrdə Naxçıvanda sosial-iqtisadi inkişaf vardır. Muxtar Respublika, onun iqtisadiyyatı inkişaf edir, quruculuq işləri gedir. Naxçıvan şəhəri abadlaşıb, onun siması çox dəyişibdir. Naxçıvanın əskidən, keçmişdən çox gözəl, özünəməxsus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ qədim zamanlardan şəhərin planlaşdırılması, küçələrin, evlərin, məhəllələrin yerləşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur.

***

Çox məmnunam ki, Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvan dayaqdır.
 

***

Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı. Təbii abidələri də təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də düz olardı deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var. Ona görə ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq, Azərbaycan xalqının tarixində, ümumiyyətlə Azərbaycan anlayışında çox böyük yer tutur.

***

Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binaları, yollar, körpülərdir, su hövzələri, su kəmərləridir.

 

***

Həm müstəqillyi əldə etmək, həm də Azərbaycanda iqtisadi islahatları həyata keçirmək, həm respublikamızı bazar iqtisadiyyatı yolu ilə aparmaq, həm də ölkəmizdə hüquqi, demokratik dövlət qurmaq üçün Naxçıvan ilk təşəbbüskarlardandır. Mən fəxr edirəm ki mən bu təşəbbüslərin iştirakçısı olmuşam.
 

***

İndi Naxçıvan böyük inkişaf yoluna düşübdür. İndi Naxçıvanda məktəblər tikilir. Azərbaycanın çox yerlərində məktəblər tikilmir, amma Naxçıvanda tikilir. Muxtar Respublikada xəstəxanalar tikilir. Yəni Azərbaycanın başqa bölgələrinə nisbətən Naxçıvanda ən çətin şəraitdə yaşayan insanlar quruculuq işləri ilə məşğul olurlar, zəhmət çəkirlər, fədəkarlıq, vətənpərvərlik göstərirlər.
 

***

İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin.
 

***

Keçmişdə olduğu kimi, bu gün də Naxçıvan Azərbaycanın əsas ərazisindən təcrid edilmiş vəziyyətdədir. Nəqliyyat çətin, təchizat işləri çətin... Belə bir vəziyyətdə Naxçıvanda son illərdə quruculuq işləri gedir – məktəblər tikilir, xəstəxanalar tikilir, yaşayış evləri tikilir. Bunlar bir daha onu göstərir ki, naxçıvanlılar ən çətin şəraitdə ruhdan düşmürlər, öz işlərini irəli aparırlar, qururlar, yaradxrlar.
 

***

Konstitusiyada Naxçıvan Muxtar Respublikasının Statusu müəyyən olunubdur, əbədi müəyyən olunubdur.
 

***

Mən 1993-cü ilədək sizinlə bərabər Naxçıvanda yaşadığım günləri heç vaxt unutmuram və heç vaxt da unutmayacağam. Mənim həyatımın müxtəlif səhifələri, çox şanlı-şöhrətli, eyni zamanda çox əzab-əziyyətli səhifələri var. Bunların hər biri mənim üçün əzizdir. Ancaq 19901993-cü ülərdə sizinlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onlan heç vaxt unutmayacağam.
 

***

Mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlğının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı, Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı ilə İrəvan xanlığı bir-birləri ilə çox sıx bağlı idi... Naxçıvan xanlığını siz dərindən öyrənəndə, mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda tapmadığınız tarixi materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var.

***

Mən ilk təhsilimi Naxçıvanda almışam. Əziz müəllimlərim Naxçıvanda mənə orta təhsil verib məni həyata buraxıblar. Ona görə Naxçıvan təhsili məktəbi mənim üçün əzizdir.
 

***

Mən fəxr edirəm ki, bir çox böyük dövlətlərin zəngin tarixə malik olan Universitetlərinin fəxri doktoruyam. Ancaq daha da çox fəxr edirəm ki, mən Naxçıvan Muxtar Respublikasının Yusif Məmmədəliyev adına Universitetinin doktoruyam.
 

***

Mən istərdim ki, burada Sizinlə daim yaşayım. Ancaq həyat buna imkan vermədi. Mən getdim, amma ürəyim buradadır.
 

***

Mən istərdim ki, Siz də, o cümlədən Naxçıvandan kənarda yaşayan naxçıvanlılar da naxçıvanlı adını şərəflə daşıyasınız.
 

***

Mən son vaxtlar Naxçıvanın inkişafı ilə əlaqədar bəzi tədbirlər həyata keçirmək barədə qərarlar vermişəm. Bunlar lazımdır. Nə üçün? Çünki Naxçıvanın vəziyyəti, onun coğrafı vəziyyəti və Naxçıvana qarşı ermənilərin daimi ərazi iddiası Naxçıvanı xüsusi inkişaf etdirmək məsələsini qarşımıza qoyur. Naxçıvan Azərbaycanın ən qədim torpaqlarından bırıdır. Naxçıvanda Azərbaycanın milli mədəniyyəti, memarlığını, rəssamlığını nümayiş etdirən abidələr vardır. Biz Azərbaycanın xüsusi ağır şəraitdə olan bir hissəsini gərək o qədər inkişaf etdirək ki, oradakı problemlər insanları narahat etməsin. Həmin insanlar orada daim yaşasınlar. Azərbaycan torpağını qorusunlar, saxlasınlar.
 

***

Mən üç il Naxçıvanda yaşamağımı və Sizinlə, Muxtar Respublikanın əhalisi ilə birlikdə işləməyimi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm.
 

***

Mən zamanın hökmünü nəzərə almaya bilməzdim. Mən öz prinsipimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə çətin vəziyyətində, çətin dövründə üzərimə düşən vəzifənin icrasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqıma tapşırmışam. Və xalqın iradəsini indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.
 

***

Mənim ağır dövrümdə Moskvadan qurtara bildim. Bakıda mənə yer vermədilər, nəinki yer vermədilər, məni oradan inzibati surətdə çıxardılar. Naxçıvana gəldim. Naxçıvan məni öz qoynuna aldı, qorudu, saxladı, mən də onları qorudum, mən də onları saxladım.
 

***

Müqəddəs Naxçıvan torpağı mənim üçün əziz bir yerdir. Mən bu torpağın qarşısında baş əyirəm.
 

***

Naxçıvan artıq 1991-92-93-cü illərdə olan Naxçıvan deyil. Naxçıvan indi tamamilə başqadır. Naxçıvanlılar bu haqqı qazanıblar. Naxçıvanlılar özlərinin dəyanətli, dözümlülüyü, qüdrəti, cəsarəti və mə’nəvi saflığı ilə bu haqqı qazanıblar.
 

***

Naxçıvan Azərbaycan tarixində çox böyük yer tutur. Atabəylər dövlətinin paytaxtı olubdur. Elə bunun özü Naxçıvanın nə qədər böyük tarixi əhəmiyyətə malik olduğunu göstərir... Möminə xatun türbəsi 800 ildir ki, bütün dünya səyyahlarını heyran edir. Yusif ibn Küseyr, Qarabağlar türbəsi, Əlincə qalası və bir çox belə abidələr – bunlar hamısı, Naxçıvanın qədim Azərbaycan torpağı və ən qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdıqlarını göstərir. Biz bu tariximizi nə qədər yaxşı təhlil edib dünyaya nümayiş etdirə bilsək, xalqımızın qədim mədəniyyətini bir o qədər də göstərəcəyik.
 

***

Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və “Kitabi-Dədə Qorqud”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir.
 

***

Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur.
 

***

Naxçıvan Dövlət Universitetinin bu gün mövcud olması Naxçıvanda min illər bundan öncə elmin, mədəniyyətin varlığının inkişafının məntiqi nəticəsidir. Naxçıvan Dövlət Universiteti Azərbaycanın ən dəyərli, qabaqcıl ali məktəblərindən biridir.
 

***

Naxçıvan gənclərinə arzu və tövsiyə edirəm ki, onlar indiki nəsillər kimi, bizim kimi Naxçıvanı qursunlar, yaratsınlar, inkişaf etdirsinlər, daha da yüksəltsinlər.
 

***

Naxçıvan məktəbində müəllimlərimin mənə verdiyi dərslər, o cümlədən başqaları ilə bərabər ana dili, ədəbiyyat dərsləri mənim bu günkü dilimin əsasını təşkil edir.
 

***

Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycanda dövlət müstəqilliyi milli azadlıq yolunda mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır.
 

***

Naxçıvan torpağına ləkə gətirən adamlara yol verməyin.
 

***

Naxçıvan yaşayıb, yaşayır, Naxçıvan blokada şəraitində əyilməyibdir, dözübdür, bundan sonrada yaşayacaqdır.
 

***

Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada Sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur.

 

***

Naxçıvanda insanlar çox yüksək təhsil alırdılar. Naxçıvanda məktəb çox deyildi, amma məktəbdə verilən dərslər və şagirdlərin dərsləri qavraması çox yüksək səviyyədə idi.

***

Naxçıvanda sağlam qüvvələr müstəqillik, azadlıq uğrunda mübarizə apardılar. Naxçıvanın müstəqilliyini də dünyaya nümayiş etdirdilər. Naxçı-vanda baş vermiş siyasi hadisələr Azərbaycanın müstəqilliyi üçün yol açdı. Amma eyni zamanda Naxçıvandan olan bəzi adamlar Naxçıvanı dağıtmağa, parçalamağa, bərbad etməyə də çalışdılar. O da həqiqətdir, bu da həqiqətdir, bunlar hamısı bizim tariximizdir. Ancaq ən xoşbəxt cəhət ondan ibarətdir ki, biz bunların hamısının öhdəsindən gəldik, bütün bu çətinliklərdən keçdik. Naxçıvan yaşadı, blokadaya, şaxtah aylara, günlərə dözdü, elektrik enerjisindən, qazdan olan məhdudiyyətlərə, çətinliklərə dözdü. Naxçıvan xalqı yaşadı və artıq bugünkü sabitlik gününə gəlib çıxdı.
 

***

Naxçıvanın böyük quruculuq potensialı var və bu potensialdan Naxçıvan bundan sonra daha da səmərəli istifadə edəcəkdir.
 

***

Naxçıvanın xüsusiyyətlərindən biri də burada milli ruhun, milli şüurun, Azərbaycançılığın çox yüksək səviyyədə olmasıdır.
 

***

Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. ...Ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar, - burada yaşıllıq azdır, - bu diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik... qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi, insanlar da məğrurdurlar.
 

***

Nəhayət, mənim üçün bir dəyərli xatirə də var. 1992-ci ilin oktyabr ayında biz burada ilk dəfə dövlət çevrilişinə cəhdlə rastlaşdıq. Bəli, Xalq Cəbhəsinin silahlı dəstələri gedib Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin, televiziyasının binalarını zəbt etdilər və Naxçıvanda olan hakimiyyəti devirməyə çalışdılar. O dövrdə xalq ilk dəfə artıq Xalq Cəbhəsini yox, bizi müdafiə etdi.
 

***

Saf mənəviyyatlı, qeyrətli, namuslu naxçıvanlıların qarşısında baş əymişəm və baş əyirəm.
 

***

Təbiidir ki, mən Vətənimi çox sevən adamam. 60 il bundan öncə burada dərs deyən müəllimlərimin adlarını da bu gün yadımdan çıxarmamışam.
 

***

Təsadüfi deyil ki, Azərbarcanda elə bu gün də, on il də, iyirmi il də, otuz il də bundan öncə böyük alimlərin, elmlə məşğul olan insanların, akademiklərin, professorların, unuversitetlərdə dərs verənlərin, yaxud Elmlər Akademiyasında, elmi-tədqiqat instutlarında çalışanların çoxu öz həyat yollarını Naxçıvanda başlayıblar.
 

***

Naxçıvan haqqında mənim ürəyim o qədər doludur ki, nə qədər desəm yenə də tükənməz.


<< Geri