Orta
əsrlər zamanı Naxçıvanda türk-islam mədəniyyəti abidələrinin
yaradılması ənənəsi sonrakı dövrlərdə də davam etmişdir.
Buna ən gözəl nümunə XIX əsrdə inşa olunmuş Cəlilkənd
buzxanasıdır. Bu buzxana Şərur rayonunun iri yaşayış
məskənlərindən olan Cəlilkəndin girişində yerləşir. Buzxana
dördkünc formalı binadan ibarətdir. Bina yuxarıda tağabənzər
formada tamamlanmışdır. Buzxananın girişi cənub tərəfdəndir.
Binanın divarları yonulmuş boz rəngli qaya parçalarından
inşa edilmişdir. İçərisində divarlar boyunca dördkünc
formalı səkilər inşa edilmişdir. Çox hissəsi yerin altında
yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən
düzəldilmişdir.
Ötən
dövrlərdə aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə
bərpa olunmuşdur.