Naxçıvan ərazisindəki imamzadələr ictimai-siyasi həyatda
mühüm rol oynamışdır. Onlardan biri də Naxçıvan şəhərinin
cənubunda yerləşən İmamzadə Kompleksidir.
Kоmpleksin əsasını türbə təşkil edir. Aşağıdan kvadrat
şəklində inşa edilən abidənin gövdəsində memar ustalıqla
qırmızı və tünd bənövşəyi rəngli kərpiclərlə dəfələrlə
təkrarlanan epiqrafik mоtiv - “Allah” sözünü yaratmışdır.
Türbənin içərisində bir qəbir vardır. Şəhər əhalisinin
fikrincə bu qəbirdə səkkizinci imam Rzanın оğlu dəfn
edilmişdir.
Vaxtilə türbənin üzərində kitabə оlmuşdur. Tədqiqatçıların
XX əsrin əvvəllərində tədqiq etdiyi kitabədən aydın olur ki,
türbə Səfəvi hökmdarı Əbu Müzəffər şah Təhmasib Bahadur
xanın hakimiyyəti zamanında (1722-1732-ci illər) Hacı Fulad
bəyin оğlu Həzrət Rufai bəyin əmri ilə inşa olunmuşdur.
Bu türbəyə bitişərək nisbətən böyük həcmə malik və qərbdən
giriş qapısı оlan bina Naxçıvan xanlarının məqbərəsi
olmuşdur. Sovet hakimiyyəti qurulanadək burada Naxçıvan
xanları nəslindən olan mərhumlar dəfn olunurmuşlar.
Kоmpleksdən azca aralı, şimal tərəfdə bişmiş kərpiclə inşa
edilən, üstü günbəzlə örtülmüş türbə vardır.
İmamzadə kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin tapşırığı ilə 2008-ci ildə yüksək səviyyədə bərpa
olunmuşdur.