Şah Abbas məscidi (XVI əsrə aid edilən Əylis məscidi)
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis
kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsidir.
Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə İran şahı I Şah
Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas
məscidi də adlanır). Mədrəsə binası ilə ¬bitişik olan tarixi
abidə Ordubad şəhərindəki Came məscidindən sonra bu günədək
qalan ikinci belə tikilidir. Məscid kompleksinə mədrəsə və
hamam da daxildir. Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi
son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda
bərpa edilmişdir.