Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin
şərəfinə inşa edilən məscidlərdən biri də Babək rayonunun
Çeşməbasar kəndində yerləşir. İki mərtəbəli məscidin birinci
mərtəbəsinin hündürlüyü üç metr, ikinci mərtəbəsinin
hündürlüyü isə 2,5 metrdir. Məscidin ümumi hündürlüyü altı
metrdir. Ümumi sahəsi 72 kvadrat metr olan məscid dörd
sütunludur. Divarlarının qalınlığı 70 santimetrdir. Məsciddə
120 nəfər eyni zamanda ibadət edə bilər. Girişi şimaldan
olan məscid bir günbəzli və bir minarəlidir. Minarənin
hündürlüyü on iki metrdir. Məscidin həyətində dini
mərasimlərin keçirilməsi üçün əlavə zal inşa edilmişdir.
Məscid 2015-ci ildə təmir olunmuşdur.