Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad
rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə
küçəsində yerləşən məsciddir.
Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında
Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir.
Qadınlar üçün giriş şərq tərəfdəndir. Таvan 5x2=10 dirəyin
üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar
üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb
divarda 2, cənub divarında isə 3 böyük pəncərə var.
Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara
rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu
ildə (1920-21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta
Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə
yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş
qapısının qarşısında balkon düzəldilmiş və minarə
hörülmüşdür. Memarlıq-konstruktiv quruluşuna görə XVII əsrə
aid edilir.