Müstəqillik dövründə Naxçıvan ərazisində inşa edilən
məscidlərdən biri də Əbrəqunus məscididir. Məscid Culfa
rayonunun Əbrəqunus kəndində yerləşir. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə
2013-cü ildə inşa edilmişdir.
Bir mərtəbəli məscidin ümumi sahəsi 320 kvadratmetrdir.
Məscidin hündürlüyü 5,2 metrdir. Dörd sütunludur.
Divarlarının qalınlığı isə 40 santimetrdir. Bir günbəzli
məsciddə 220 nəfər eyni zamanda ibadət edə bilir. Girişi
şimaldan olan məsciddə zaldan əlavə 4 otaq mövcuddur. Bir
minarəlidir. Minarənin hündürlüyü 24 metrdir. Məscidə 1300
metrlik məsafədən içməli su xətti çəkilmişdir.