E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

MEYDAN MƏSCİDİ

 

Meydan məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dəstə kəndində yerləşən məsciddir.. Son vaxtlar məscid yenidən bərpa olunmuşdur. Bərpa zamanı məscidin üzərində qoyulan kitabədən aydın olur ki, “ Məscid 1989-1992-ci illərdə yenidən inşa edilmişdir”.

Məscid kənd məscidləri içərisində ən qədimi sayıldığından onun üzərində belə bir kitabə də qoyulmuşdur: “XI əsr abidəsi”. Kəndin mərkəzində inşa edilməsi səbəbindən əhali arasında “Meydan məscidi” kimi tanınan məscid kəndin əsas məscidi olmaqla Came məscidi funksiyasını yerinə yetirmişdir.

Məscidin daxildən ölçüləri belədir: uzunluğu 18,5 metr, eni 12,5 metr, (ümumi sahəsi: 230 m), hündürlüyü 4 metr. Məscidin tavanı 3x6=18 ağac sütunun üzərində dayanmışdır. Binanın şərq divarda qoyulan 4, cənub divarda qoyulan 4 və qərb divarda qoyulan 2 pəncərə işıqlandırmışdır.

Dəstə kəndindəki Meydan məscidinin kitabəsi

Məscidin qərbdən giriş qapısının baş tərəfində iki kitabə qoyulmuşdur . Boz rəngli daş lövhə (48x32sm) üzərində ərəb dilində, nəsx xətti ilə iki sətirdə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir: “Qurani-Kərim, LXXII-18. Bu məscidin bina olunmasını 19-cu ildə Əbdülxan Cavad oğlu əmr etdi”. Kitabənin tarixi mətndə 19-cu il kimi qeyd edilmişdir. Ancaq bir sıra tarixi faktlar, həmçinin kitabənin xətt xüsusiyyətləri onu hicri qəməri təqvimi ilə 19-cu ilə (miladi ilə 842-ci ilə) aid etməyə imkan verir. Ona görə də bəzi müsəlman epiqrafikası abidələrində tarixlər yazıların minliklərin buraxılması faktını əsaslanaraq kitabənin tarixini 1019-cu il (26.03.1610- 15.03.1611-ci il) kimi qəbul edirik.

 



<< Geri