Heydər məscidi müstəqillik dövründə Naxçıvan Muxtar
Respublikasında inşa edilən ilk məscidlərdən biridir. Məscid
Şərur rayonunun Aşağı Aralıq kəndində yerləşir. Özünəməxsus
memarlıq üslubuna malik olan iki mərtəbəli məscid 1996-cı
ildə inşa olunmuşdur.
419 kvadratmetr sahəsi olan ərazidə yerləşən Şərq memarlıq
elementlərini özündə əks etdirən, müasir üslubda inşa edilən
məscidin ümumi sahəsi 155 kvadratmetrdir. Məscidin həyəti
dini simvollar, nəbati və həndəsi naxışlarla bəzədilmiş
dəmir məhəccərlərlə əhatə olunmuşdur. Bu məscid Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin şərəfinə “Heydər
məscidi” adlandırılmışdır. Binanın günbəzində göy kaşılarla
“HEYDƏR MƏSCİDİ” sözləri, əsas giriş qapısının baş tərəfində
isə Qurani-Kərimdən ayələr yazılmış kitabə qoyulmuşdur.
Məscidin birinci mərtəbəsinin hündürlüyü beş metr, ikinci
mərtəbəsinin hündürlüyü isə üç metrdir. Məscidin ümumi
hündürlüyü on metrdir. Dörd sütunludur. Bir günbəzli
məsciddə altmış qadın, yüz kişi olmaqla yüz altmış nəfər
eyni vaxtda ibadət edə bilər. İki minarəli məscidin
minarələrinin hündürlüyü on beş metrdir