Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan
Muxtar Respublikasında insanların ibadət yeri olan
məscidlərin inşasına da dövlət səviyyəsində xüsusi diqqət
yetirilmiş, bir sıra yeni məscidlər inşa olunmuşdur. Belə
məscidlərdən biri də Şərur şəhər məscididir. Şərur şəhərinin
mərkəzində yerləşən iki mərtəbəli məscid 2009-cu ildə inşa
edilmişdir.
Qədim və müasir Şərq memarlıq ənənələrini özündə birləşdirən
məscidin ümumi sahəsi 900 kvadratmetr, həyəti isə 0,5
hektardır. Məscidin birinci mərtəbəsinin hündürlüyü səkkiz
metr, ikinci mərtəbəsinin hündürlüyü isə üç metrdir.
Məscidin ümumi hündürlüyü iyirmi metrdir. Dörd sütunludur.
Divarlarının qalınlığı 80 santimetr olan məscidin üç günbəzi
vardır. Məsciddə 100 qadın, 300 kişi olmaqla 400 nə¬fər eyni
zamanda ibadət edə bilir. Zaldan əlavə məsciddə dörd otaq
mövcuddur. Girişi şimal-şərqdən olan məscid iki minarəlidir.
Minarələrin hündürlüyü 30 metrdir.