Xanəgah türbəsi Culfa rayonunun Xanəgah kəndində,
Əlincəçayın sahilində orta əsrlərə aid memarlıq abidəsidir.
Orta əsr Xanəgah yaşayış yerinin mərkəzindədir. Türbə
binasında qapı yerinin üstündən düşmüş kitabəli daş lövhə
türbənin içərisində saxlanılır. Kitabədə türbə binasının
şəhid əmir Seyid Əhməd əl-Oğul Şaminin oğlu, Sahib əl-əzəm
(vəzir) Hacı Məhəmmədin Qaraqoyunlu Cahanşah dövründə
(1435-1467) oğlu Əmirxan üçün tikdirdiyi göstərilir. Giriş
baştağının memarlıq elementləri Mömünə xatun türbəsinin
elementlərinə oxşayır. Türbə sərdabə planında düzbücaqlı
formada olub, daş və kərpicdən tikilmişdir. Bərkidici maddə
kimi əhəng qatılmış kəc məhlulundan istifadə edilmişdir.