Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət
tutmaq lazımdır. Əgər səməni göyərərsə niyyətin çin olacaq deməkdir.
Bayram günü və ya axır çərşənbədə müəyyən bir evə tərəf üz tutub getmək
lazımdır. Amma əllərlə qulaqlar bağlı olmalıdı. Və yaxınlaşdıqda evə
əlləri açıb ilk eşidilən 2-3 sözü yozmaq lazımdır.
Axır çərşənbədə niyyət tutub, gözləyirlər. Kim qapını açıb içəri girsə,
onun birinci sözünü niyyətə görə yozurlar.
Bayram günü ürəyində 1 arzu tutub səhərə qədər yatmırsan. Və ürəyində
tutduğun arzu 5 ildən sonra gerçəkləşməlidir.
Bayram günü göy üzündə 7 ulduz saymaq və onların düzülüşünə baxmaq
lazımdır. Göydə yaranan xəyali hərflə nişanlının adı başlamalıdır.
Axirinci chersenbe axshami bulaqdan, yaxud çaydan axar sudan “lal
su” gətirilir. Buna ona görə “lal su” deyirlər ki, bu suyu gətirməyə
gedən şəxs su gətirəcəyi qabı əlinə götürəndən ta suyu gətirib evdə,
iynə salınacaq qaba tökənəcən dinməməlidir (həmin su şər qarışandan
sonra gətirilir və bu suyu gətirən şəxs bir neçə adam tərəfindən
müşayiət oluna bilər).
Suyu qaba tökəndən sonra iki iynənin ulduzlu tərəfinə bir azca pambıq
dolayır, birini qız, birini oğlan deyə fikirdə tutur (falı açılan
şəxslər) və hərəsini bir tərəfdən üsulluca suya qoyurlar. Sonra həmin
iynələrin hərəkəti ilə müəyyən mülahizələr söyləyirlər.
Qovuşacaq adamlarda iynələr müxtəlif səmtlərə hərəkət etsələr də axırda
bir-birinə yaxınlaşıb bitişirlər. Əksinə olanda isə iynələr o tərəf-bu
tərəfə hərəkət edir və bir-birinə qovuşurlar. Iynə suyun dibinə çökürsə
- elə ilk dəfə qoyulanda, deməli, su “lal su” deyil. Su gətirən adam
üstündə danışmışdır. O, heç olmasa, “a” deyə səs çıxarmışdır.
Axır çərşənbə günü, axşamçağı qonşuların qapısını sakitce pusurlar.
Qapıya yaxınlaşərkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt
haqqında müəyyən mülahizələr söyləyirlər. (Bu səbəbdəndir ki, həmin
günün axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur).
Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s.
olarsa, hər şeyin yaxşı olacağı güman dilir. əksinə, “söndü”, “viran
qalsın” və s. kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Axır çərşənbə axşamı gec yatırlar. Yatanda işə əvvəlcədən hazırlanmış
duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su
görünür: içməyə kimsə su verir. Guya, həmin su verən adam yuxu görənin
qismətidir.
Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər. Saçlarından tel
qoparıb, nişan üzüyünü saça taxırlar. Niyyət tutub, üzüyü suyun üstündən
keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarına dəyir. Üzük neçə
dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən.
Axır çərşənbə gecəsi ürəyində niyyət tut yat. Gecə yarısı yuxudan dur və
şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını
görəcəksən. Amma gərək qorxmayasan. Qorxsan bu niyyətin baş tutmaz.(men
100% qorxacam:)
Ilin axır çərşənbə axşamı ana uşaqlarının başından tük qırır və axar
suya atır. Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə
çiləyirsən. Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin
ili uşaqlar xəstələnmir.
Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa
bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir
böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız
görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur,
mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.
Axır çərsənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur.
Səhər baxdıqda yumurtanın uzərində qırmızı cızıqlar olsa xoşbəxtlik,
qara cızıqlar olsa bədbəxtliklə qarşılaşmaq deməkdir. Bu isə maksimum
4il üçündür.
Paltara sap ilişəndə onu burub şəhadət barmağına dolaya-dolaya əlifba
sırası ilə hərfləri sadalayırlar. Hansı hərfi deyəndə sap dolanıb
qurtarırsa, sevgilinin adı o hərflə başlayacaq.
Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb
yandırılır. Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər
damcıladırsan suya. Alınacaq hərflə nişanlının adı başlamalıdı
Axır çərşənbədə alma yeyirlər, gece isə həmin almanın toxumlarını
sayırlar. On ədəd toxum dənəsini yastığın altına qoyub, yatırsan və
yuxuda qismətini görürsən
Ureyinde bir niyyet tutursan ve namelum sayda copleri duzub, “xeyir”,
“ser” deyib sayirsan. eger axirinci cop “xeyir” olarsa, meqsedine
catacaqsan. “Ser” olarsa, ureyinde tutdugun arzuya nail ola
bilmeyeceksen.
Axır çərşənbə axşamı qız ayağının sağ başmağını burub qapı ağzında
başının üstündən atır. Başmağın pəncə hissəsi üz üstə qapıya tərəf
düşsə, həmin qiz bu il nişanlanacaq.
Axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər
istənilməsini yoxlamaq üçün sapa bir neçə defe duyun vurub qiza verirler
ki, açsın. Qız aca bilsə, deməli, oğlan onu çox istəyir.Əgər aça
bilməsə, deməli, əksinə.
2 stəkan qoyulur. Stəkanlardan birini seçib arzu tutursan.Əgər suyu arzu
tutub seçdiyin stəkana tökərsən,arzun yerinə yetəcək.
Bu fala da ilin axır çərşənbəsi baxırlar. Özü də bu fala qızlar baxa
bilərlər. Qız sakit, heç kimlə danışmadan ləyənə su tökür. Əlinə bir
böyük güzgü alır. Həmin güzgüdə aya baxır. Sevdiyi oğlanın şəklini qız
görərsə bu onun xeyrinədir. Demək, təzə il onun üçün uğurlu olur,
mətləbi həyata keçir. Bütün bu vaxt qız danışarsa, fal düz çıxmaz.