E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Novruz bayramı günlərində də uşaqların oynadıqları oyunlardan biridir.

Oyunun qaydaları:

Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk (qürrə) atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun uşaqlar yorulanacan davam edir


<< Geri