E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Bir neçə uşaq cəm olub sanama yolu ilə iki usta(başçı, dəstəbaşı və ya molla) seçirlər. Sonra ustalar (başçı, dəstəbaşı və ya molla) təyin olunduqdan sonra dəstələrə bölünmək üçün halaya gedərək oyun iştirakçıları olan oğlan və qızlar iki dəstəyə bölünüb bir-birindən 10-15 m aralı üzbəüz dayanır və əl-ələ tutub sıra dəstə düzəldirlər. Oyuna başlayan dəstə iştirakçıları bir-birilə deyişirlər:
1-ci dəstə: Qıy qılınc, qıy qılınc.
2-ci dəstə: Qıyma qılınc.
1-ci dəstə: Ox atdım.
2-ci dəstə: Oğru tutdum.
1-ci dəstə: Bənövşə.
2-ci dəstə: Bəndə düşə.
1-ci dəstə: Bizdən sizə kim düşə?
2-ci dəstə: Sizdən bizə
Adı gözəl, özü gözəl
Filankəs düşə (adı ilə deyilir).
2-ci dəstə elə uşaq seçməyə çalışır ki, ... onların səfini yara bilməsin. Adı çəkilən qaçaraq rəqib dəstənin səfini yarıb o biri tərəfə keçə bilsə, həmin dəstədən bir nəfəri özü ilə dəstələrinə əsir aparırdı. Hərgah keçə bilməsə, özü onların dəstəsinə qoşulmalı idi. Oyunçuların hamısını öz tərəfində saxlayan dəstə qalib hesab edilirdi. Göründüyü kimi, oyun uşaqları həyatla üzləşdirir, ətrafdakılarla, təbiətlə ünsiyyətə dəvət edir, onun bilik almasına, əmək vərdişləri əldə etməsinə, hərəkət fəaliyyətinin təkmilləşdirilməsinə kömək edir.


<< Geri