E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Ənzəli - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
Oyunda püşkü tapmaq yolu ilə kim uduzarsa, o, belini əyir və qalan oyunçular üç-dörd metr aralıda sıraya düzülürlər (6 nəfər); hər biri əyilənin belindən atlanır, oyunçular hər dəfə aşağıdakı sözləri dönə-dönə deyir və dediklərinə əməl edirlər.

Birdə - Ənzəli hay ənzəli.
İkidə - Xan əkbəri
Üçdə - Xoruz banladı: qu-qulu-qu!
Dörddə - Yanbız əzərlər.
Beşdə - Taxta çıxarlar.
(Bu zaman oyunçu "yatan" oyunçunun belində oturur və soruşur: - Minim, ya düşüm?)
Əyilən: -Min və ya düş! - deyir. Oyun yenə davam edir.
Altıda - Əl, üst, baş dəyməsin.
Yeddidə - Tayəl keçərlər,
Səkkizdə - Papaq qoyarlar.
Doqquzda isə hamı əyilənin belinə minir, kim yıxılarsa, onun qulaqlarını dartırlar.

Oyun keçirilərkən kim bu deyilənlərə əməl edə bilməsə "yatan"ı əvəz etməli olur.


<< Geri