Kos-kosa - Azərbaycanda
əsasən Novruz bayramında geniş yayılmış oyun növüdür.
Novruz bayramında Kosa və Keçəl personajları seçilir. Onlar məzəli
oyunlar göstərir, lətifələr danıçır və Kosa-kosa oyunu oynayırlar. Oyuna
qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə
götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin
evinə girsə o evə bərəkət girər və il boyunca əskik olmaz. Bəzi
bölgələrdə uşaqlar bəzilərində isə qadınlar tərəfindən oynanır. Kosanın
son günündə Səməni (Sem/Som) adı verilən bir mərasim keçirilir. Som eyni
zamanda Yula deyilən ruhun qoruyucusudur. Səməni bir növ halva olub,
bişirildikten sonra Novruz gecəsi bir qismi suya buraxılır..