E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Novruz bayramı günlərində uşaqların bir yerə toplaşıb göstərdikləri oyun-tamaşa. Həmin oyun-tamaşalardan biri belə adlanır: "HADI, HUDU, KOR OĞLU KOSA, BİR DӘ MӘN".
Hadıydı, Huduydu, Kor oğlu Kosa idi, bir də mәn. Ova çıxmışdıq. Qabağımızdan bir dovşan qaçırdı. Hadıya dedim:

- Tüfәngin var?
Huduya dedim:
- Tüfәngin var?

Kor oğlu Kosaya dedim:

- Tüfəngin var?

Heç kimin tüfəngi olmadı. Özüm çaxmağıyox tufəngi çiynimdən aşırdım. Hadıya dedim:

- Ata bilirsәn?

Huduya dedim:

- Ata bilirsәn?

Kor oğlu Kosaya dedim:

- Ata bilirsәn?

Heç biri ata bilmәdi. Özüm çaxmaqıyox tüfənglә dovşanı yerə sәrdim. Hadıya dedim:

- Dovşanı soy!

Huduya dedim:

- Dovşanı soy!

Kor oğlu Kosaya dedim:

- Dovşanı soy!

Heç biri soymadı. Soymaq üçün bıçaq gәrәk idi. Hadıya dedim:

- Bıçağın var?

Huduya dedim:

- Bıçağın var?

Kor oğlu Kosaya dedim:

- Bıçağın var?

Heç birində bıçaq olmadı. Özüm tiyәsiyox bıçağın sapını cibimdәn çıxardım, dovşanı soydum, Hadıya dedim:

- Qazanın var?

Huduya dedim:

- Qazanın var?

Kor oğlu Kosaya dedim:

- Qazanın var?

Heç birinin qazanı olmadı. Özüm altıyox bir qazan tapdım. Hadıya dedim:
- Bişirə bilәrsәn?
Huduya dedim:

- Bişirə bilәrsən?

Kor oğlu Kosaya dedim:

- Bişirә bilәrsәn?

Heç biri bişirә bilmədi. Özüm altıyox qazanda dovşanın ətini qovurdum. Hamımız yedik, doyduq, һәlә artıq da qaldı. Artığını da bağladıq qurşağımıza, bir xoruz әmәlә gәldi. Bu xoruzu mindik, yola düzәldik, qabağımıza bir çay çıxdı. Çaydan tapdıq bir palan. Palanı sökdük. İçindən bir kitab çıxdı. Oxuduq, gördük, һamısı yalan.


<< Geri