E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

XORTDANA MƏKTUB


Hörmətli, izzətli fəxrül-cənab ağa, Xortdan ağa!

Əvvəla, vücudi-zicudi-cənab şərif olsun! Saniyən, əgər bu tərəfin əhvalatını pürsiş eləsəniz əlhəmdüllah siz vücudi-bimislilərin duasının bərəkətindən zindəganlıq eləyib sizin ruhunuza duagü varıq.
Salisən, bəndeyi-həqirin bir az məşğələsi olmağa görə xidmətinizə gəlməkdə bir az təxir eləyirəm, inşallah bir səbəbi-xeyir olar, onda qulluğunuzda olaram. Bakıda belə səbəbi xeyirlər tez-tez olur, yəni müsəlmanlar atışan vaxt bir güllədir taraq adamın təpəsindən, o saat o xoşbəxt qulluğunuzda hazır olar. Rabiən, mənim bir qulluğum var.
Bağışlayın, hərçənd menim derdim senə məlumdur, ona görə ki, dünyada hər nə iş olsa ölülər bilər. Çünki onlar diridirlər, biz dirilər bunu hələ başa düşmürük. Xülasə, hər bir iş sizə məlumdur.

Yadındadır, “sirkə” mənim başıma nə müsibei gətirdi? Menim evimi yıxdı! Allah şeytana lənət eləsin! O məlun meni yoldan çıxartdı, gözəl-göyçək uşaqların anasmı üç talaqdan saldım! Bəli, sonra çox peşiman oldum… gedib ağlayıb uşaqların anasmnan barışdım, tövbə-istiğfar elədim. Qohum-qardaş, mollalar yığılıb dedilər ki, bu sənə Övrət ola bilməz və kəbin dübarə düşməz. Vay, vay! Bəs, neyləmək? Dedilər: gərək zövci-axer olsun, yeni bir neçə günlüyə övrəti verməli özgə ərə, sonra o boşansın, onda sən ala bilərsən.

Qaldım lap mat-məəttəl… Çox fikirdən sonra belə məsləhet gördük ki, bu övrəti verək qonşumuzdakı kor Hafizə… A başına dönüm, bu məlun kor arvadı boşamır. Nə qədər pul verirəmsə, təvəqqe eləyirik, kor deyin belə övrəti men deli deyilem boşayam.

İndi qalmışam əli qoynumda. Cadu-pitik bu məluna kar eləmir. Biçarə Hacı İsmayıl da cadu yazmaqdan, tas qurmaqdan lap yorulub. Əzizim Xortdan, ümid sənə qabb, sen gərək mərhum Pobedonosevlən dost olasan, çünki o mərhum müsəlmanların xeyirxahıydı və müsəlman ruhanilərimizin çox müddət rəisi olub. Amandı, təvəqqeelə o mərhumdan ki, bu barədə bir zakon düzəltsin ki, bizim uşaqların anasını kor Hafiz boşaya. Xülasə, bu əlim, bu ətəyin, menə bir çarə.

Dərdimənd

“Molla Nəsrəddin”, 18 may 1907, №19


<< Geri