1918 |
Qara Əbülfəs oğlu Qarayev 1918-ci
il, fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət
professoru Ə.F.Qarayevin ailəsində anadan olmuşdur. |
1926 |
Azərbaycan Dövlət
Konservatoriyasının nəzdindəki musiqi məktəbinin şagirdi
olmuşdur. |
1930 |
Azərbaycan Dövlət
Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi
fəhlə fakültəsinin fortepiano sinfinə (profes. Q.Q.Şaroyevin
sinfi) daxil olmuşdur. |
1935 |
Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq fakültəsində professor
L.İ.Rudolfun sinfində oxumuşdur; |
Təhsil müddətində professor
Ü.Hacı- bəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə
dərs almışdır. |
1937 |
Azərbaycan Bəstəkarlar İttifaqına
üzv qəbul edilmişdir. |
1938 |
Moskva Dövlət
Konservatoriyasının tələbəsi olmuşdur (Professor A.P.Alek-
sandrovun sinfində); |
İlk böyük əsərini xor, simfonik
orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül
mahnısı” kantatasını bəstələmişdir; |
Moskvada keçirilən Azərbaycan
incə- sənəti ongünlüyünün iştirakçısı olmuşdur. |
1941 |
M.Maqomayev adına Azərbaycan Döv-
lət Filarmoniyasının bədii rəhbəri vəzifə- sində işləmişdir. |
1943 |
Birinci simfoniyanı yazmışdır. |
1944 |
Azərbaycan Bəstəkarlar
İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur; |
“Qafqazın müdafiəsi uğrunda”
medalı
ilə təltif edilmişdir. |
1946 |
P.İ.Çaykovski adına Moskva
Dövlət Konservatoriyasında D.D.Şostakoviçin bəstəkarlıq
sinfini bitirmişdir; |
Azərbaycan Dövlət Konservatoriya-
sının bəstəkarlıq sinfində müəllim işləmişdir; |
SSRİ Bəstəkarlar İttifaqı İdarə
Heyə- tinin katibi seçilmişdir; |
“Vətən” operasına görə SSRİ
Dövlət mükafatı laureatı olmuşdur (Cövdət Hacıyevlə
birlikdə); |
“1941-1945-ci illər Böyük Vətən
müharibəsində rəşadətli əməyə görə” medalı ilə təltif
edilmişdir. |
1948 |
SSRİ Bəstəkarlar İttifaqı İdarə
Heyətinin
üzvü seçilmişdir; |
Azərbaycan Dövlət
Konservatoriyasının dosenti olmuşdur; |
“Leyli və Məcnun” simfonik
poemasına görə Dövlət mükafatına layiq görülmüşdür; |
Ümumittifaq Sovet Bəstəkarlatının
I qurultayının nümayəndəsi olmuşdur. |
1949 |
Ü.Hacıbəyov adına İncəsənət
İnstitu- tunun musiqi bölməsinin rəhbəri seçilmişdir. |
1950-1953 |
Ü.Hacıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. |
1952 |
Sülh uğrunda Müdafiə Komitəsinin
üzvü seçilmişdir; |
Sovet mədəniyyət və incəsənəti
nümayəndə heyətinin tərkibində Alban Xalq Respublikasında
olmuşdur.
|
1953 |
Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Heyətinin sədri seçilmişdir; |
Ümumittifaq Sülh həmrəyliyi
tərəfdarlarının IV konferensiyasının nümayəndəsi seçilmişdir; |
Leninqrad Dövlət Kiçik (“Malıy”)
opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası
qoyulmuşdur. |
1954 -1982 |
SSRİ Lenin və Dövlət mükafatları
komitəsinin üzvü olmuşdur.
|
1955 |
Azərbaycanın Əməkdar incəsənət
xadimi adına layiq görülmüşdür. |
1955-1976 |
IV-IX çağırış SSRİ Ali
Sovetlərinin deputatı olmuşdur. |
1956 – 1973 |
Azərbaycan Bəstəkarlar
İttifaqının birinci katibi işləmişdir. |
1956 |
Azərbaycan Bəstəkarlarının
I qurultayına nümayəndə seçilmişdir. |
1957 |
Birinci Ümumittifaq Sovet
filmləri festivalının laureatı (“Bir məhəlləli iki oğlan”
kino musiqisinə görə) olmuşdur; |
SSRİ kinematoqraf işçilər
ittifaqının üzvü seşilmişdir; |
Ümumittifaq Sovet Bəstəkarlatının
II qurultayının nümayəndəsi olmuşdur.
|
1958 |
Azərbaycan SSR-nin Xalq artisti
fəxri adını almışdır; |
İkinci Ümumittifaq Sovet filmləri
festi- valının laureatı (“Uzaq sahillərdə” kinofilminin
musiqisinə görə) olmuşdur. |
V çağırış SSRİ Ali Sovetlərinin
deputatı olmuşdur. |
1959 |
SSRİ Xalq artisti fəxri adını
almışdır; |
Azərbaycan SSR Elmlər
Akademi-yasının həqiqi üzvü seçilmişdir; |
Ü.Haçıbəyov adına Azərbaycan
Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının
professoru olmuşdur; |
Moskvada Azərbaycan incəsənət
dekadasının iştirakçısı olmuşdur; |
Çexoslovakiada “Yeddi gözəl”
baletinin premyerasında iştirak etmişdir. |
1960 |
Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsinin üzvü seçilmişdir; |
Azərbaycan Kommunist Partiyasının
XXIV qurultayının nümayəndəsi olmuşdur |
1961 |
“Qırmızı Əmək Bayrağı” ordeni ilə
təltif olunmuşdur; |
Cənubi Afrika yazıçısı Piter
Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı
yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə
I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur; |
Leninqrad Kiçik (“Malıy”) Opera
Teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl”
baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb
Respublikasında səfərdə olmuşdur; |
Azərbaycan Kommunist Partiyasının
XXV qurultayının nümayəndəsi olmuşdur; |
SSRİ KP XXII qurultayının
nümayəndəsi olmuşdur; |
Azərbaycan KP MK üzv seçilmişdir. |
1962 |
SSRİ Ali Sovetinə deputat
seçilmişdir (VI çağırış); |
Azərbaycan Bəstəkarlarının İkinci
Qurultayının nümayəndəsi olmuşdur; |
SSRİ Bəstəkarlar İttifaqının
katibi seçilmişdir; |
P.İ.Çaykovski adına
skripkaçıların İkinci Beynəlxalq müsabiqəsinin juri üzvü
olmuşdur; |
Sovet mədəniyyət və incəsənət
nümayəndə heyətinin tərkibində Afrika ölkələrində olmuşdur; |
Sovet mədəniyyət və incəsənət
nümayəndə heyətinin tərkibində Amerikada olmuşdur. |
1963 |
“Yeddi gözəl” baleti Birləşmiş
Ərəb Əmirliklərində səhnəyə qoyulmuşdur; |
Leninqrad Kiçik (“Malıy”) Opera
Teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl”
baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb
Respublikasında səfərdə olmuşdur; |
“Yeddi gözəl” baleti CAR-da
səhnəyə qoyulmuşdur; |
Azərbaycan Kommunist Partiyasının
XXVI qurultayının nümayəndəsi olmuşdur. |
1964 |
SSRİ Böyük teatrının qastrolları
zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə
bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak
etmişdir. |
1965 |
Kamera orkestri üçün məşhur 3-cü
Simfoniyanı bitirmişdir; |
M.F.Axundov adına Respublika
mükafatı laureatı (“Antoni və Kleopatra” dram əsərinə
bəstələdiyi musiqiyə görə) olmuşdur; |
Aprelin 21-i Moskvada, iyunun 2-i
Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur. |
1966 |
SSRİ Ali Sovetinin deputatı (VII
Çağırış) seçilmişdir; |
Dirijorların İkinciÜmumittifaq
müsabiqəsində münsiflər heyətinin sədri olmuşdur; |
Sovet mədəniyyət və incəsənət
ustaları arasında İspaniyaya səfər etmişdir; |
Bakıda “Klassik süita”nın ilk
ifası
olmuşdur. |
1967 |
“İldırımlı yollarla” baletinə
görə Lenin mükafatına layiq görülmüşdür; |
Aprelin 21–də Qorki (indiki Nijni
Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə
simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur; |
“Lenin”ordeni ilə təltif
olunmuşdur; |
Monrealda keçirilən Beynəlxalq
sərgidə Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur; |
Moskvada keçirilən Azərbaycan
mədəniyyət və incəsənət həftəsində iştirak etmişdir. |
1969 |
III Simfoniyası Yaponiyada səslən-
mişdir; |
“Yeddi gözəl” baletinin və “Leyli
və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının
göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs
festivalına, sovet mədəniyyət və incəssənət ustaları
arasında Yaponiyaya səfər etmişdir. |
1971 |
Moskvada açılan Beynəlxalq Musiqi
Konqresinin yekun konsertində III Simfoniya böyük uğur
qazanmışdır; |
“Qoyya” filmininə yazdığı musiqi
ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik
Respublikasında səfərdə olmuşdur. |
1972 |
“Varşava payızı” çağdaş musiqi
festivalında və bəstəkarlar ittifaqları katibliklərinin
toplantılarında keçirilən balet artistlərinin İkincı
beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. |
1973 |
“İldırımlı yollarla” baleti
Odessa Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur; |
P.İ.Çaykovski adına V beynəlxalq
musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi
məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq
konqresdə iştirak etmişdir. |
1975 |
Leninqradda yaradıcılıq gecəsi
konserti keçirilmişdir. |
1976 |
III Simfoniya Praqa şəhərində
uğurla səsləndirilmişdir; |
“Gənc bəstəkarların
yetişdirilməsi” simpoziumunun işində iştirak etmiş, sovet və
italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı
İtaliyanın Pezaro şəhərinə səfər etmişdir. |
1978 |
60 illiyi münasibətilə Moskvada
müəllif konserti təşkil edilmişdir; |
Yaradıcılığına həsr olunmuş
televiziya filmi çəkilmişdir; |
SSRİ Ali Soveti Rəyasət Heyətinin
Fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq
görülmüşdür; |
Azərbaycan KP MK-nın Birinci
katibi Heydər Əlirza oğlu Əliyev bəstəkara təntənəli surətdə
Sosialist Əməyi Qəhrə- manının simvollarını: Lenin ordeni və
“Oraq və çəkic” qızıl medalını təqdim etmişdir; |
Ümumdünya müəllif hüquqları
agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş,
Moskva operetta teatrında “Çılğın qaskoniyalı” müziklinin
ilk tamaşası qoyulmuşdur. |
1979 |
“Don Kixot” filminə musiqi
bəstələmişdir. |
1982 |
Mayın 13-də Moskva şəhərində
vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur; |
Azərbaycan Dövlət kamera
orkestrinə bəstəkarın adı verilmişdir. |
1984 |
“Bəstəkar Qara Qarayev”
gəmisi dənizə buraxılmışdır. |
1989 |
8 illik orta musiqi məktəbinə
Qara Qarayevin adı verilmişdir. |
1991 |
Bakı şəhərinin “Avrora” metro
stansiyasının adı dəyişilərək böyük bəstəkarın xatirəsinə
“Qara Qarayev” stansiyası adlandırılmışdır; |
Bakı şəhərinin küçələrindən
birinə Qara Qarayevin adı verilmişdir. |
1998 |
“Qara Qarayev” poçt markası
buraxılmışdır. |
2007 |
Q.Qarayev adına Beynəlxalq Musiqi
Festivalı keçirilmişdir.
|
2010 |
6-10 dekabr tarixlərində Qara
Qarayev adına pianoçuların birinci Beynəlxalq Elmi-İfaçılıq
müsabiqəsi və “Fortepiano Qara Qarayev yaradıcılığında”
Beynəlxalq Elmi – İfaçılıq konfransı keçirilmişdir. |
2011 |
2-8 aprel tarixlərində Qara
Qarayev IV Beynəlxalq Müasir musiqi festival keçirilmişdir.
|
2013 |
14-19 apreldə Qara Qarayev V
Beynəlxalq Müasir musiqi festival keçirilmişdir; |
Qara Qarayev adına musiqi
məktəbinin bazasında Mərkəzi İncəsənət Məktəbinin
yaradılması haqqında qərar qəbul edilmişdir. |
2014 |
Bakının “28 May” küçəsində
bəstəkarın abidəsi ucaldılmışdır (heykəltaraş Fazil Nəcəfov); |
1973-1982-ci illərdə Moskva
şəhərində yaşadığı evin divarına vurulan xatirə lövhəsinin (heykəltəraş
H.Haqverdi, arxitektor P.Kozlov) açılış mərasimi olmuşdur. |
2017 |
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev "Görkəmli Azərbaycan bəstəkarı Qara
Qarayevin 100 illik yubileyi haqqında" sərəncam
imzalamışdır. |
2018 |
TÜRKSOY 2018-ci ili azərbaycanlı
bəstəkar “Qara Qarayev İli” elan etmişdir |