E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Məktəb Bakı şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 20/IX-1978-ci il 36/418 №-li arxiv arayışına əsasən 1937-ci il sentyabr ayında Leytenant Şmidt adına zavodun nəzdində fəaliyyətə başlamışdır.

1940-cı il sentyabr ayından 8 №li 7 illik Uşaq Musiqi məktəbi kimi fəaliyyət göstərmiş.

1989-cu ildə məktəb dahi bəstəkar Qara Qarayevin adı verilmişdir.

2006-cı ildə məktəb 11-illik musiqi məktəbi statusunu alır.

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə məktəbin binası əsaslı olaraq yenidən inşa olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05/IX-2013-cü il tarixli 246 nömrəli qərarına əsasən məktəbə Mərkəzi İncəsənət Məktəbi statusu verilmişdir.

Hal-hazırda məktəb müasir avadanlıqlarla təchiz olunmuş musiqi ocağı kimi fəaliyyətini davam etdirir.

Məktəbdə təqribən 400 şagird fortepiano, skripka, violonçel, fleyta, klarnet, qoboy, truba, faqot, vokal, zərb alətləri (klassik, estrada), gitara, tar, kamança, qanun, xanəndə, nağara, qarmon, saz ixtisasları üzrə təhsil alır.

URL: http://qarayev-mektebi.az/

<< Geri