Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış
arxeoloq İdeal Nərmanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji
tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində
altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi
əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq
mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış
məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji
tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birici
yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi
abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut
etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə
malik olmuşdur. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində
tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda
ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan
yerlərdən biri olmuşdur. 80-cı illərin ortalarında rayonun Sarıçoban kəndi
yaxınlığında son Tunc və Dəmir dövrünə aid (e.ə. XIX-XIII əsrləri əhatə edir)
möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən
e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar bu abidənin varlı bir insanın qəbri
olduğundan xəbər verir. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma
quruluşunun dağılaraq sosial və əmək bərabərsizliyinin yaranmasına ən yaxşı
əyani sübutdur. Sonralar Azərbaycanda gedən tarixi proseslər nəticəsində ilk
dövlət qurumları formalaşmağa başlayıb. Belə dövlətlərdən biri də Şimali
Azərbaycanda yaranmış Albaniya quldar dövləti idi. Mənbələrin verdiyi məlumata
görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan biri yüksək
mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyuca
məskunlaşmışlar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət
quruculuğunda mühüm rol oynadığını bir daha əyani sübut edir.
Ağdam rayonunda çoxlu sayda tariximizin şahidi olan mеmarlıq abidələri var.
Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yеrləşən Üzərlik təpə
abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il),
Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd
kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ
xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr), şahbulaq
qalası və s. mеmarlıq abidələri bu yurdun qədim Azərbaycan torpağı olduğunu
təsdiq еdir. Tariximizin sirdaşı, еv ünvanı olan bu abidələr Ağdamın kеçmişinin
qaranlıqlarına işıq saçaraq dünənindən bu gününə soraq vеrir.
Xaçındərbənd kəndində 1314-cü ildə inşa edilmiş Qutlu Musa oğlu türbəsi,
Kəngərli kəndində XIV əsrə aid türbə, Ağdam şəhərində XIX əsrdə memar Kərbəlayi
Səfixan Qarabaği (1817-1910) tərəfindən inşa olunmuş məscid, Boyəhmədli kəndində
dua edən insan şəklində daş heykəl, Çəmənli kəndində məşhur övliyalardan olan
Seyid Lazım Ağanın məqbərəsi rayonun tarixi-dini abidələrinin zənginliyindən
xəbər verən milli-mənəvi sərvətlərimizdəndir.
Tarixi-dini abidələri
Məbəd (VI əsr) – Kəngərli kəndi
Məbəd (VI-VIII əsrlər) – Şahbulaq kəndi
Məbəd (XV əsr) – Maqsudlu kəndi
Məbəd (XVI əsr) – Salahlı – Kəngərli kəndi
Məscid (XIX əsr) – Boyəhmədli kəndi
Məscid (XVIII əsr) – Qiyaslı, Parpavənd kəndləri
Məscid (1898-ci il) – Ağdam şəhəri
Ziyarətgahları
Qutlu Musa oğlu türbəsi (1314-cü il) – Xaçındərbənd kəndi
Türbə (XIV əsr) – Kəngərli kəndi
Türbə (XVIII əsr) – Maqsudli kəndi
Şeyx Nigar türbəsi (XVIII əsr) – Parpavənd kəndi
Türbə (XIX əsr) – Ağdam şəhəri
Türbə (XVIII əsr) – Parpavənd kəndi
Türbə (XIX əsr) – Qarağac qəsəbəsi
Uğrulla bəyin türbəsi (XIX əsr) – Qarağac qəsəbəsi
Xanoğlu türbəsi (XIX əsr) – Ağdam şəhəri
Pənah xanın türbəsi (XIX əsr) – Ağdam şəhəri
Deşikli ocaq piri (ağac) – Qasımlı kəndi
Eşq Abdal piri – Üçoğlan kəndi
Əli pəncəsi (daş) – Yülbalı kəndi
Seyid Manafın qəbri – Tağıbəyli kəndi
Qara Piri ocağı – Papravəng kəndi
Cındırlı piri – Kəngərli kəndi
Seyid Lazım Ağanın məqbərəsi - Çəmənli kəndi
Daş heykəl – Boyəhmədli kəndi
Əli pəncəsi ziyarətgahı – Əliağalı kəndi
Tarixi memarlıq abidələri
Pənah xanın imarəti (XVIII əsr) – Ağdam şəhəri
İki sandığabənzər abidə (XVI əsr) – Ağdam şəhəri
İqamətgah (XVIII əsr) – Şahbulaq kəndi
Karvansara (XVIII əsr) – Şahbulaq kəndi
Bürc (XVIII əsr) – Şahbulaq kəndi
Sərdabə (XV əsr) – Ağdam şəhəri
Hatəm Məlik qalası (XII əsr) – Ağdam şəhəri
Ağdamın yaşayış əraziləri üzrə abidələri
Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində)
Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri)
Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də)
Kurqan – tunc dövrü (Üzümçülük sovxozu)
İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi)
Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəllikəndlərinin
arasında)
Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi)
Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə)
Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin
arasında)
Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə)
Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi)
Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal
qərbində)
Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30-40
m. şimalında)
İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi)
Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi)
Mahmudun körpüsü - XIX əsr ( Yusifcanlı kəndi )
Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m.
şərqdə)
Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı
Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında)
Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda)
Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa
oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin
şimal-şərqində)
Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində)
Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi)
Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd
kəndinin cənub-şərqində)
Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250
m. şərqdə)
Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə)
Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi)
Nekropol – orta əsrlər (Kənçərli kəndi)
Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlıkəndi)
Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km.
cənub-şərqdə)
Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə)
Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə)
Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi)
Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi)
Nekropol – qədim dövr (Seyidli kəndi)
Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi)
Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi)
Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində)
Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində)
Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi)
Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi)
Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km.
cənub-şərqdə)
Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən
2 km. cənub-şərqdə)
Sarıhacılı tayı yaşayış yeri – tunc dövrü (Sarıhacılı kəndindən 2,5-3 km. şərqdə)
Ağtəpə yaşayış yeri – tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
Çəmənli təpə kurqanı – eneloit, tunc dövrü (Çəmənli kəndindən 3 km. şərqdə)
Seyid Mustafa yaşayış yeri – eneloit (Bala Baharlı kəndindən 2 km. qərbdə)
Yaşayış yeri – e.ə.V-I minilliklər (Baharlı kəndi)
Yaşayış yeri – qədim dövr (Əhmədavar kəndi)
Qəhramanbəyli kurqanı – tunc dövrü (Qəhramanbəyli kəndi)
I və II Qoşatəpə yaşayış yeri – eneloit dövrü (Əhmədağalı kəndi)
Əhmədoğlu yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Məscidtəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Əzginlitəpə yaşayış yeri – eneloit (Əhmədağalı kəndi)
Vəlibəy təpələri (4 ədəd ) – eneloit, tunc dövrü və orta əsrlər (Əhmədağalı
kəndində 2 km şərqdə)
Yaşayış yeri – qədim dövr (Poladlı kəndi)
Qasımtəpə yaşayış yeri – ilk tunc dövrü (Qiyaslı kəndi)
Çinartəpə yaşayış yeri – tunc dövrü (Qarqarçayın sol sahilində )
Yaşayış yeri – e.ə. V-I minilliklər (Evoğlu kəndi )
Qaradağlı kurqanları – tunc dövrü (Qaradağlı kəndinin qərbində )
Bəyliktəpə kurqanı – ilk tunc dövrü (Qaradağlı kəndinin şimal-şərqində)
Xırmantəpə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
Hüseyntəpə kurqanları – ilk tunc dövrü (Çuxurməhlə kəndinin qərbində)
Çuxurməhlə kurqanı – ilk tunc dövrü (Çuxurməhlə kəndi)
Qaratəpə yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Şıxbabalı kəndinin cənubunda)
Gülablı kurqanları – son tunc, ilk dəmir dövrü (Gülablı kəndinin şımal-şərqində)
Maqsudlu kurqanları – tunc dövrü (Maqsudlu kəndindən 3 km şərqdə)
Töyrətəpə kurqanları – tunc və dəmir dövrü (Güllücə kəndinin şimalında)
Karvansara təpə və Çaparyeri yaşayış yeri – ilk orta əsrlər (Güllücə kəndinin
cənub-qərbində)
Yüzbaşlı təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndi)
Ağabəy təpəsi yaşayış yeri – eneloit (Yuxarı Yüzbaşlı kəndinin şımalında)
Abdüləzim təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 1,3 km şərqdə)
Şükürbəyli təpəsi yaşayış yeri – eneloit (Aşağı Yüzbaşlı kəndindən 2,3 km
şımal-şərqdə)
Sarıçoban kurqanları – tunc dövrü (Sarıçoban kəndinin qərbində)
Bəşirtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndi)
Böyüktəpə kurqanı və yaşayış yeri – tunc dövrü (Üçoğlan kəndi)
Kərimtəpə yaşayış yeri – eneloit (Üçoğlan kəndinin şımal-şərqində)
Qəbirstan təpəsi – tunc dövrü (Üçoğlan kəndi)
I və II Üçoğlan yaşayış yerləri və kurqanlar – tunc dövrü (Sarıçoban kəndi)
Qaçaytəpə yaşayış yeri və nekropol – tunc dövrü (Üçoğlan kəndi)
Güllütəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndindən 1 km. cənub şərqdə)
Kazımtəpə yaşayış yeri – eneloit (Alıbəyli kəndinin qərbində)
Sayadtəpə kurqanı – tunc dövrü (Səfərli kəndinin qərbində)
Səfərli təpələri yaşayış yeri – eneloit (Səfərlı kəndi)
Leyla təpəsi II yaşayış yeri – eneloit (Eyvazlı kəndi)
Nəsirbəy təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən cənub-qərbdə)
Kərimtəpə yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
Əhəd təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndinin şərqində)
Düyü təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 500 m. cənub- şərqdə)
Nazdıxan təpəsi yaşayış yeri – eneloit (Eyvazlı kəndindən 1,5 km. cənub-şərqdə)
Çullutəpə kurqanı – tunc dövrü (Çullu, İmamqulubəyli və Quzanlı kəndlərinin
arasında)
Həsəntəpə kurqanı – tunc dövrü (Çullu kəndindən qərbdə)
Sultanbud kurqanı – tunc dövrü (İmamqulubəyli kəndinin şimal-qərbində)
Pənah xanın imarəti – XVIII əsr (Ağdam şəhəri)
Pənah xanın türbəsi – XVIII əsr (Ağdam şəhəri)
Xanoğlu türbəsi – XVIII əsr (Ağdam şəhəri)
Türbə – XIX əsr (Ağdam şəhəri)
Sərdabə – XV əsr (Ağdam şəhəri)
Körpü – XIV əsr (Madaqiz kəndi)
Hatəm Məlik qalası – XII əsr (Ağdam şəhəri)
Məscid – 1868-ci il (Ağdam şəhəri)
Məbəd – VI-VIII əsrlər (Şahbulaq kəndi )
Məbəd – VI əsr (Kəngərli kəndi)
Məbəd – XIII əsr (Tərtər çayının yuxarı axarında)
Türbə – XVIII əsr (Papravənd kəndi)
Məscid – XVIII əsr (Papravənd kəndi)
İqamətgah – XVIII əsr (Şahbulaq kəndi)
Karvansaray – XVIII əsr (Şahbulaq kəndi)
Bürc – XVIII əsr (Şahbulaq kəndi)
Məbəd – XV əsr (Maqsudlu kəndi)
Türbə – XVIII əsr (Maqsudlu kəndi)
Məscid – XVIII əsr (Qiyaslı kəndi)
Məbəd – XVI əsr (Salahlı Kəngərli kəndi)
Məscid – XIX əsr (Boyəhmədli kəndi)
Türbə – XIV əsr (Kəngərli kəndi)
Türbə – XIX əsr (Ağdam şəhəri)
Uğurlu bəyin türbəsi – XIX əsr (Ağdam şəhəri)
Türbə – XIX əsr Ağdam şəhərinin 5 kilometrliyində, Qaraağac qəbiristanlığında)
Gavur Qala şəhərgahı – orta əsrlər (Ağdam şəhəri)
Qəbiristanlıq – orta əsrlər (Papravənd kəndi)
Qəbiristanlıq – orta əsrlər (Qızıllı Kəngərli kəndi)
Abıştəpə yaşayış yeri – orta əsrlər (Üçoğlan kəndi )
Qulu Musa oğlu türbəsi – 1314–cü il (Türbətli kəndi)
Üzərliktəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri)
Seyid Lazım Ağanın məqbərəsi – XX əsr (Çəmənli kəndi)
|