Əhalisi 174,6 min (2009)
Ərazisi  1154 km2


Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal şərq ətəklərində, Qarabağ düzündədir. Rayon şimaldan Tərtər, Bərdə, şərqdən Ağcabədi, cənubdan Xocavənd, cənub-qərbdən Xocalı və qərbdən Kəlbəcər rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 14 qəsəbə, 123 kənd var (2009). Mərkəzi Ağdam şəhəridir. Ağdam Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir.

Dəniz səviyyəsindən yüksəkliyi 410 mеtr, maksimum yüksəkliyi 1365 mеtrdir. İqlimi, əsasən, mülayim isti, quru subtropikdir. Dağətəyi yеrlərdə yüksəklik artdıqca iqlim mülayimləşir. Ən çox yağıntı dağətəyi sahələrə düşür. İllik yağıntı 300-500 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır.

<< Geri