Cəbrayıl rayonu Azərbaycanın tarixi abidələri, eyni zamanda dini təyinatlı
abidələri ilə zəngin rayonlarından hesab olunur. Rayonun köhnə qəbiristanlığında
qədim yazılar yazılmış bir lövhə parçası aşkar olunmuşdur. Həmin yerdə, yolun
qırağında isə iki başdaşı vardır. Başdaşılarının yuxarı hissəsində heyvan
təsvirləri - dağ keçiləri və Qobustan qayaüstü təsvirlərini xatırladan müxtəlif
tamqalar həkk edilmişdir. Cəbrayılın ətrafında müxtəlif bədii formaya malik
qəbirdaşları vardır, onlardan qoç heykəli olan ikisi Azərbaycanın digər dağətəyi
rayonlarındakı abidələrin analogiyasıdır.
Cəbrayıl rayonunda müxtəlif türbələr - Dağtumas kəndində XIII-XVI əsrlərə aid
türbə, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr), Xubyarlı kəndində XVI
əsrə aid səkkizguşəli türbə və onlarla başqa tarixi-dini memarlıq nümunələri
vardır.
Vahid Azərbaycan rəmzi kimi qəbul edilən Xudafərin körpüsü də Cəbrayıl rayonunda
yerləşir. Bu körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin
körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən,
karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır.
Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII
əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət
göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.
23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində
rayonun yaşayış məskənləri ilə yanaşı, tarixi-dini abidələri də məhv olunmuşdur.
Cəbrayıl rayonunun abidələri
Tarixi-dini abidələri
Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi
Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi
Məscid təpəsi (b.e.ə. III-II minillik) – Qalacıq kəndi
Şıxbaba türbəsi (XI) əsr – Şıxlar kəndi
Daş məqbərə (1307-1308-ci illər) – Şıxlar kəndi
Məscid kompleksi (XI əsr) – Çələbilər kəndi
Səkkizguşəli türbə (XI əsr) – Xubyarlı kəndi
Məscid kompleksi (XI əsr) – Çələbilər kəndi
Məscid (XIX əsr) – Paplı kəndi
Məscid (XI əsr) – Çələbilər kəndi
Məscid – Daşkəsən kəndi
Məscid (XIX əsr) – Mərzə kəndi
Məscid (XIX əsr) – Süleymanlı kəndi
“Dairəi türbə” – Şıxlar kəndi
Xanəgah – Xubyarlı kəndi
Xanəgah – Şıxlar kəndi
Türbə - (XIII-XI əsrlər) – Dağtumas kəndi
Ziyarətgahları
Xırda pir – Balyand kəndi
İspiri ocağı – Balyand kəndi
Zingir ocağı – Cəfərabad kəndi
Mazannənə, Mərmərnənə, ziyarətgahları – Xələfli kəndi
Hacı Qaraman ocağı – Dağtumas kəndi
Çaxmaq piri – Tinli kəndi
Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi
Qarı ocağı – Horolu kəndi
Pir Əhməd – Yarəhmədli kəndi
Lalə ocağı – Böyük Mərcanlı kəndi
Seyid ocağı – Əfəndilər kəndi
Çələbi ocağı – Horolu kəndi
Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi
Qara daş ziyarətgahı
Miri ei ziyarətgahı – Quycaq kəndi
Düldül ziyarətgahı – Balyand kəndi
Əfəndilər piri – Əfəndilər kəndi
Qərib Seyid ziyarətgahı – Tatar kəndi
Tumas ata ziyarətgahı – Dağtumas kəndi
Cəbrayıl ata ziyarətgahı
Ağoğlan ziyarətgahı
Xubyarlı piri – Xubyarlı kəndi
Qərər piri – Qərər kəndi
Sarı ocaq – Hoorlu kəndi
Qurbantəpə ziyarətgahı
İncirli piri ziyarətgahı – Şahəlli kəndi
Qasım Baba piri – Minbaşlı kəndi
Düldül ziyarətgahı – Gödəklər kəndi
Yel ziyarətgahı – Çaxırlı kəndi
Yel ziyarətgahı – Əmirarlı kəndi
Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi
Qara Molla ziyarətgahı – Daşkəsən kəndi
Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi
Dağdağan ocağı – Qumlaq kəndi
Çomaq ata ziyarətgahı – Dağtumas kəndi
Düldül ziyarətgahı – Hacılı kəndi
Tarixi memarlıq abidələri
“Dilər sarayı” – Dağtumas kəndi
Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi
Canqulu, Qumtəpə kurqanları (b.e.ə. III-II minillik) – Mahmudlu kəndi
“Şəhərşik qalıqları”, “Qışlaq yerləri” (b.e.ə. II minillik) – Şıxalalı kəndi
On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. əsr) – Qumlaq kəndi
On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. II əsr) – Qumlaq kəndi
Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi
Sirik qalası (-II əsrlər) – Sirik kəndi
Qala bürcü (-I əsrlər) – Sirik kəndi
Başıkəsik günbəz (XIII-XI əsrlər) – Xələfli kəndi
Qız qalası (XI-XII əsrlər) – Xələfli kəndi
Ərəb yazıları ilə qoyun abidəsi (X əsr) – Şıxalalı kəndi |