Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik
Qafqazın cənub-şərqində, Araz çayının sol sahilindədir. Rayon 1993-cü ilin
avqust ayında Ermənistan tərəfindən işğal edilmişdir. Sahəsi 1050 km2-dir.
Əhalisi 65, 5 min nəfərdir (2011, Azərbaycanın digər rayonlarında
məskunlaşmışdır). Rayon şimaldan Xocavənd, şimal-şərqdən Füzuli, qərbdən Qubadlı,
cənub-qərbdən Zəngilan rayonları ilə, cənub və cənub-şərqdən İranla həmsərhəddir.
Rayonda 1 şəhər, 2 qəsəbə, 91 kənd var. Mərkəzi Cəbrayıl şəhəridir. |