Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq
olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin
adlandırılmışdır.1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək
Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlı qüvvələri
tərəfindən işğal olunmuşdur. 05 yanvar 1994-cü ildə Azərbaycan Respublikası
silahlı qüvvələrinin hücumu nəticəsində rayonun 22 yaşayış məntəqəsi işğaldan
azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə 69800 nəfər rayon
sakini yaşayır. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon
sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər
əsir və itkindir. 6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı
verilmişdir.
Hazırda rayonda 45 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 16 qəsəbə və 82 kənd
yaşayış məntəqəsi vardır. 1 şəhər, 61 kənd rayonun işğal altındakı ərazilərində
yerləşir. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər,16 qəsəbə və 21 kənd
vardır. Rayonda 21 yerli özüunu idarə orqanı olan bələdiyyələr faəliyyət
göstərir.
|