İşğalı - 1993, 23 avqust
Erməni təcavüzü nəticəsində:
400 nəfərədək müharibə əlili
657 nəfər şəhid olmuşdur
181 nəfər əsir və itkindir
6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.
1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində
rayonun 78 yaşayış məntəqəsindən 22-si düşməndən azad edilib və hazırda
Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti, 51 kənd və rayon mərkəzi isə erməni
işğalı altındadır. Fizulinin azad olunmuş ərazilərində məcburi köçkünlər üçün
xeyli yeni qəsəbə salınıb. İşğaldan azad edilmiş 30 min kv.km ərazidə hazırda 55
mindən çox sakin yaşayır. Rayonun Horadiz qəsəbəsinə isə şəhər statusu verilib
və hazırda orada geniş miqyaslı bərpa işləri aparılır.
İşğaldan qədər rayonda 86 ümumtəhsil və 2 texniki-peşə məktəbi, 65 məktəbəqədər
müəssisə, 90 kitabxana, 79 klub, 2 muzey - 1 tarix-diyarşünaslıq muzeyi, 20
mədəniyyət evi - 9 musiqi məktəbi, xalq və dövlət dram teatrları, 20 kinoqurğu;
stadion, 7 xəstəxana, 16 həkim məntəqəsi, 685 çarpayılıq 13 xəstəxana, 40
feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri; 65
kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri olmuşdur.
Müharibənin əsas ağırlığını Qacar, Divannalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli,
Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli,
Dilağarda, Yağlıvənd, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər.
Avqustun 23-ü 1993-cü ildə ecazkar Füzuli torpaqları da girov düşdü, əsir alındı.
Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton
məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası,
11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə fəaliyyət göstərib. Fizulinin
kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və
heyvandarlıq olub.
Füzuli rayonu ərazisində onlarla tarixi və dini abidələr yerləşir ki onların da
çoxunun ermənilər tərəfindən dağıdılmasına dair faktlar var. Belə abidələrdən ən
məşhuru Azıx mağarasıdır.
Hər iki rayonun ərazisini qarət, talan, dağıntılara məruz qoyan ermənilər son
illər tez-tez yanğınlar da törədirlər. Işğal zamanı onlar müxtəlif vasitələrə əl
atmişdırlar. Məsələn, şahidlərdən biri sonralar o günlərdən birini öz ifadəsində
bu cür qeyd edir:
23 oktyabr 1993-cü ildə kənd qəbiristanlığında iki nəfəri dəfn etmək üçün 18
nəfər kənd adamlarından qəbir qazırdılar. Qəbiristanlıq kənddən 2-3 km. aralıda
olduğundan onlar yedək qoşulmuş traktorla gedirdilər. Təxminən saat 10-11 olardı.
Qəflətən Quruçay vadisindən bir erməni tankı göründü. Onun erməni tankı olmasını
üstündəki xaçdan bilmək olardı. Bir qədər dayanıb havaya atəş açdı, bir neçə
dəqiqədən sonra növbəti erməni tankı göründü. Onlar qəbiristanlığa atəş açdılar.
Qoşqu və traktor yandı. 11 nəfər elə oradaca həlak oldu. Elə həmin gün ermənilər
Horadiz-Daşburun yolunu kəsdilər. Yollarda olanların hamısını əsir götürdülər,
maşınlarını apardılar.
Kəşfiyyatçıların dediyinə görə ermənilər tankı dəmir yol relsi üzərində
arxasında 5-10 boş dəmir çən bağlayıb sürürlərmiş ki, vahimə yaradıb ətraf
kənddə olan camaatı qaçırsınlar.
|