İşğal tarixi -1993, 2 aprel
Köçkünlər - 53.340
nəfər
Rayon sakinləri hazırda Azərbaycanın 59 rayonunda
məskunlaşıb.
Həlak olanlar 511 nəfər
İtkin və girovlar 321 nəfər
Rayona dəyən ziyan 761 milyon ABŞ dolları
Rayona erməni təcavüzü nəticəsində 24279 uşaq zərər çəkmiş, onlardan 734 nəfəri
yetim qalmışdır.
4 nəfərə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilmişdir.
İşğal və nəticələri
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822
saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və
Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur.
Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə
yetirilməyib. İşğal nəticəsində Kəlbəcər rayonunda 130 yaşayış məntəqəsi, dünya
şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət
obyekti, 172 mədəniyyət obyekti, 1 muzey, 97 məktəb, 9 uşaq bağçası, 116
kitabxana, 43 klub, 42 mədəniyyət evi, 76 səhiyyə obyekti, 9 xəstəxana, 13 min
fərdi mənzil dağıdılıb, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə
maşın, texnika, avadanlıq talan olundu. 38 min hektar meşə sahəsi, təbii
ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan
Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq
şəraitində yaşayır.
Hazırda Kəlbəcər
rayonunda olan məcburi köçkünlər Bakı, Sumqayıt, Gəncə və Azərbaycanın 44 rayon
və şəhərində məskunlaşmışlar. İlk dönəmlərdə onlardan 116 ailə çadırda, 8988
ailə ictimai binalarda, məktəblərdə, 351 ailə yol kənarında və humanitar
təşkilatlar tərəfindən tikilmiş müvəqqəti yaşayış yerlərində yerləşdirilmişdir.
Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal
kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası,
Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu
kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində
Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı
kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü,
Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına Mədəniyyət Evi, Söyüdlü
yaylağında Seyid Əsədullanın ziyarətgahı və s. mədəni-tarixi abidəni
dağıtmışdırlar. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən
Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. |