Quqark qırğını
1988-ci ilin noyabr ayında Ermənistanın Quqark rayonunda ermənilər tərəfindən
15-i yandırılaraq 21 azərbaycanlı öldürülmüşdür.
Qarakənd faciəsi
1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi
yaxınlığında erməni terrorçuları Azərbaycan, Rusiya və Qazaxstanı təmsil edən
bir qrup yüksək vəzifəli dövlət məmuru və jurnalisti aparan "Mİ-8" vertolyotunu
gülləbaran etdilər. Nəticədə 22 nəfər tanınmış dövlət, ictitmai və hərbi xadim
qətlə yetirildi.
Xocalı soyqırımı
1992-ci il fevral ayının 25-26-da erməni silahlı
birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi
iləazərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı
xüsusi qəddarlıqla müşaiyət olunan genosid aktını həyata keçirdilər. Bu faciə
nəticəsində 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər
isə əsir götürülmüşdür. Onlardan bir çoxu əsirlikdən qayıtmamış və sonrakı
taleyi barədə hər hansı məlumat yoxdur. 366-cı alay Xankəndidən çıxarıldıqdan
sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni
separatçılarına verildi.
Ağdaban soyqırımı
1992-ci ilin aprel ayının 8-də Erməni işğalçıları Kəlbəcərin Ağdaban kəndinə
hücum edərək 67 nəfəri qətl etmiş,17 kənd sakini diri-diri yandırmışdır.
Qarabağ müharibəsi dövründə əsir düşmüş və girov götürülmüş azərbaycanlılar
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq,
312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz
nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb.
(Statistika 01.04.04 tarixədir.)
Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783
vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar
beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı
erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid
ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq
müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin
düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupunun üzvləri, eləcə də
Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir
götürülməsi barədə məlumatları təsdiq edir. Lakin sözügedən vətəndaşlarımızın
taleyi bu günədək naməlumdur.
Taleyi naməlum olan əsirlər
Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3
azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov
Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə
Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə
aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb. Erməni tərəfi Mehriban və onun
uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları
bu günədək gizlətməkdədir.
Hüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun
Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynov
bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı
danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin
düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il
tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova
teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara
Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad
edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən
də təsdiqlənib. Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu
günədək naməlumdur.
Rəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda
əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan (Orenburq şəhəri, Volqoqradskaya
küçəsi, ev 40/2, mən. 69) ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə
rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib.
1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsi ilə məktub alıb. Bu məktubda
R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş
edib. Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək
gizlətməkdədir.
Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, əsir və girov
götürülməsinə dair məlumat olan, lakin sonrakı taleyi naməlum qalan şəxslərin
siyahısında böyük əksəriyyət erməni əsirliyində öldürülüb, yaxud işgəncə və
xəstəliklərdən vəfat edib, az bir hissəsi isə indi də gizlədilərək ağır fiziki
işlərdə qul kimi istifadə olunur.
Azərbaycanlı əsirlərə qarşı törədilmiş cinayətlər
1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib.
Dövlət Komissiyasında olan məlumatlara görə, əsirlikdən qayıtmış vətəndaşlar
arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma
şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s.
xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin
səhhətində, psixikasında ömürlük iz qoyub.
Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o
cümlədən, uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz
işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr
verilib – onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb,
sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri
çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə
döyülüb, damarlarına benzin yeridilib, bədən hissələri kəsilib özlərinə
yedirilib, üzərlərində tibbi eksperiment aparılıb:
Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu
sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük
şikəst olub.
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal
Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan
naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub.
A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.
Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına
dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara
dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.
Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya
dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə 16 dişini çıxarıblar.
Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın
Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı
ay davamlı işgəncələrə məruz qalıb.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz
işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun
işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana
İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər
tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında
saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir
Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi
xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov
götürmüşlər.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni
girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq
yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli
Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə
döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab
verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş,
sinəsi qızdırılmış xaçla damğalanmışdır.
Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə yüzlərlə vətəndaşımız ermənilər
tərəfindən qətlə yetirilmiş, işgəncələrin təsirindən ölmüş, amansız rəftara
məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə
çatdırılmışdır. Erməni əsirliyində törədilmiş cinayətlərə dair faktlar Dövlət
Komissiyasına bu gün daxil olmaqdadır:
1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın
Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı
qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş
radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq
üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan
vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib
basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində
törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq
nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olub. Erməni hərbi
birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti
tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya
qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü
bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası
zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük
Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor
Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah
nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş
və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.
Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı –
Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə
digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş
körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı
işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd etmişdir.
Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları
onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7
yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə
üstünə benzin tökərək yandırmışlar.
İlham Nəsirov: 1992-ci il iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə başından,
boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir
götürülmüşdür. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və
onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı
bildirilmişdir. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen
Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdür. Bir ilə
yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan
Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır.
Qospitalın rəisi Ş.Arakelyanın 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı
məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya
diaqnozundan vəfat etmişdir.
Heydər Heydərov, Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı
işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat etmişdir.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin
qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm
döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə
şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən
güllələnmişdir. Bu barədə əsirlikdən azad edilmiş Zülfi İbrahim oğlu Məmmədov,
Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.
Bu, əsir və girov olmuş vətəndaşlarımıza qarşı törədilmiş cinayət faktlarının
bir qismidir. Amma tək elə bu faktlar əsir və girov olmuş vətəndaşlarımıza qarşı
hansı vəhşiliklərin, hansı cinayətlərin edildiyi barədə tam təsəvvür yaradır.
Ümumiyyətlə isə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət
Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ermənistanda və
işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlı əsir və girovlara qarşı
törədilmiş vəhşiliklər barədə çoxsaylı məlumatlar, şəhadətlər və prosessual
sübutlar əldə edilmişdir. Artıq 2002-ci ildə Dövlət Komissiyasının qərarı ilə
azərbaycanlı əsir və girovlara qarşı cinayət törətmiş ermənilərlə bağlı faktlar
üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası
Baş Prokurorluğuna göndərilmişdir. Başlanılmış cinayət işinin ibtidai istintaqı
göstərmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə Şuşa
həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında, hərbi hissələrdə,
polis şöbələrində və digər yerlərdə ermənilərin qanunsuz silahlı birləşmələrinin
üzvləri, həbsxana və təcridxana işçiləri qulluq vəzifələrini yerinə yetirərkən
əsir düşmüş hərbçilər və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki
şəxslərlə amansız rəftar edilib, onlar öldürülüb, yaxud özünüöldürmə dərəcəsinə
çatdırılıb, zorlanıb, ləyaqətləri mütəmadi alçaldılıb və digər işgəncələrə məruz
qalıb. İstintaq prosesində azərbaycanlı əsir və girovların kütləvi şəkildə
öldürülməsi, işgəncələr verilməsinin məhz Ermənistanın silahlı birləşmələrinin
hərbi qulluqçuları və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri tərəfindən
təşkil edildiyi və istiqamətləndirildiyi bir daha təsdiqini tapmışdır.
Əsirlikdə qətlə yetirilənlər
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan
Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını
tapdaladığını, o cümlədən "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il
tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı
şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə
vermək,insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut
edir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə
öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq
Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli
işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi
alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə
yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə
əyani sübutdur. Aşağıda bu faktların bir qismi göstərilir:
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992)
Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını
yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev,
Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin
1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi
olmuşdur.
1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın
Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı
qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş
radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq
üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan
vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib
basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində
törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq
nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni
hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan
Respublikası Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti
tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.
Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər
tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev,
Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək
Həsənova də olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli
oğlu Əhmədov şahidlik edirlər.
İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki
az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında
ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi
güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10
yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli
işgəncələrə məruz qoymuşlar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə
görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək
dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli
yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya
qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü
bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası
zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük
Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor
Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah
nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş
və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.
Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov
götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə
Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və
Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri
yandıraraq qətlə yetirmişlər.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5
azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi
istifadə edilərək öldürdüyünün şahidi olmuşdur.
Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər
girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.
Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən
işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.
18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə
girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə
görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il
təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.
1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz
saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin
kaxeksiya diaqnozundan vəfat etmişdir.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin
qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr
və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir
Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən
verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş
əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə
şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən
güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd cümşüd oğlu
Məmmədov və digərləri şahidlik edir.
Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Əziz oğlu
Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında
saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan
olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.
1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm
döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni
əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu
Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda
keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda
qabırğa sınıqları aşkar edilmişdir.
Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə
Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin
erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.
Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin
mayında Xankəndində qaracda saxlanılarkən qaracın sahibi Mero və Sarkisyan
Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif
dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.
|