“Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Azərbaycan Respublikasının ən yüksək fərqlənmə dərəcəsi “Azərbaycanın Milli Qəhrəmanı” adı müəyyən olunsun.

  2. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
     

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Y. MƏMMƏDOV.

Bakı şəhəri, 25 mart 1992-ci il.

№ 331-XII.

<< Geri