Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı—“Ay-Ulduz” medalı təsis edilsin.

2. “Ay-Ulduz” medalının şəkli və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 7 iyul 1992-ci il.

№ 201.

“AY-ULDUZ” MEDALININ TƏSVİRİ

“Ay-Ulduz” medalı aypara və səkkizguşəli ulduzdan ibarətdir, üz tərəfində ikitilli hamar şüalar təsvir edilmişdir.

Arxa tərəfin səthi hamardır və kontur üzrə qabarıq nazik sağanaqla əhatələnmişdir.

Arxa tərəfdə medalın mərkəzində qabarıq hərflərlə yazılmışdır: “Azərbaycanın Milli Qəhrəmanı”. Yuxarıdakı şüada medalın 1 mm hündürlüyündə nömrəsi göstərilmişdir.

Medal ilgək və halqa ilə zərli metal qəlibə birləşir. Qəlib hündürlüyü 20 mm, eni 26 mm olan beşbucaqlı lövhəcikdən ibarətdir, lövhəcik perimetr üzrə haşiyələnmişdir.

Qəlibin oturacağı boyunca kəsiklər açılmışdır, onun iç hissəsinə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun olan üçrəngli xara çəkilmişdir.

Qəlibin arxa tərəfində medalı paltara bərkitmək üçün yivli çiv və somun vardır.

Medal qızıldandır, çəkisi 21,5 qramdır


<< Geri