Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 492) aşağıdakı dəyişikliklər edilsin:

  1. 1-ci və 2-ci bəndlərdə “Ay-Ulduz” sözləri “Qızıl Ulduz” sözləri ilə əvəz edilsin.

  2. Həmin Qanuna əlavə olunmuş “Ay-Ulduz” medalının təsviri aşağıdakı redaksiyada verilsin:

“Qızıl Ulduz” medalının təsviri

“Qızıl Ulduz” medalı üz tərəfində ikiüzlü hamar şüalar olan, 31,5 mm qabarit ölçülü səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır.

Arxa tərəfi hamar səthlidir, ortasında “Azərbaycanın Milli Qəhrəmanı” sözləri yazılmışdır. Yuxarı şüanın küncündə medalın nömrəsi həkk olunmuşdur.

Medal ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm olan Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinə uyğun üçrəngli beşkünc xara lentə birləşdirilmişdir. Lentin yuxarı kənarında qızıl suyuna çəkilmiş ensiz metal lövhə və paltara bərkidilmək üçün element vardır.

Medala üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı təsvir edilmiş, paltara bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur”.

II. “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 13, maddə 500) təsdiq edilmiş “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:

  1. 3-cü bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin: “xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı;”

  2. 6-cı bənddə “Ay-Ulduz” sözləri “Qızıl Ulduz” sözləri ilə əvəz edilsin...

<< Geri