30 avqust 1930-cu il tarixli Azərbaycan Rsepublikasi İcrayiə Komitəsi və Xalq Komissarlar Sovetinin Qərarı ilə təşkil edilmiş və 1-ci kateqoriyali rayonlarin siyahisina daxil edilmişdir. Rayon 1 şəhər və 93 kəndi əhatə edir. 31.08.1993-cü ildə Erməni hərbi birləşmələri tərəfindən işğal olunub.

34252 nəfər (01.07.2011-ci il tarixə) işgaldan əvvəl: 29903 nəfər (əhali etinik tərkibcə azərbaycanlılardan ibarətdir)

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində, Qarabağ yaylasının cənub şəqində yerləşir. Sahəsi 802 kvadrat kilometrdir.

Ermənistan Respublikası ilə (120 km) keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonu ilə (45 km), Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İnzibati Mərkəzi Qubadlı şəhəridir. (24.07.1990-cı ildə şəhər statusu almışdır.) Baki şəhərindən rayon mərkəzinə 380 km-dir.

Səthi, əsasən dağlıqdır. Ən hündür nöqtəsi Topağac yüksəkliyidir. (2010 metr) Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bərgüşad və Həkəri çayları arası) burada 450 metrədək alçalır. Əqiq və inşaat materilları yatağı var. Iqlimi, əsasən mülayim, isti quru subtropikdir. Çayları Bərgüşad, Həkəri və onların qollarıdır. Əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. 13160 hektar meşə sahəsi vardır. Kollu və seyrək meşəli çəmənlər üstünlük təşkil edir. Heyvanları; çöl donuzu, qonur ayı, cüyür, canavar, çaqqal, tülkü, vaşaq, boz dovşan, süleysin, oxlu kirpi, müxtəlif qum sıçanları və s. Quşları: qartal, boz kəklik, turac, qırqovul, bildirçin, leylək və s. 1966-cı ildə rayonda 20 min hektar sahəsi olan Qubadlı Dövlət Təbiət yasaqlığı yaradılmışdır.

Qubadlı rayonunun mədəniyyət müəssisələri

 

İşğaldan əvvəl

İşğaldan əvvəl Qubadlı rayonunda 180-ə qədər mədəni maarif müəssisələri fəaliyyət göstərirdi.

Bunlardan:

Mədəniyyət evləri - 12

o, cümlədən, rayon mədəniyyət evi - 1

kənd mədəniyyət evləri - 11

Klublar - 44

Kitabxanalar - 84

o, cümlədən, MKS - 1

kənd kitabxanası - 82

uşaq kitabxanası - 1

Kinoqurğular - 23 Avtoklublar - 7

Muzey - 1

Məscidlər - 7

Bunlardan əlavə rayonda 2 Uşaq Musiqi məktəbi də var idi: Qubadlı şəhərində Qubadlı rayon uşaq musiqi məktəbi və Mahmudlu kəndində Mahmudlu kənd Uşaq musiqi məktəbi.

Rayonda Mərkəzləşdirilmiş Kitabxanalar sistemi fəaliyyət göstərirdi.

Qubadlı rayonunda ilk kitabxana 1936-cı ildən fəaliyyətə başlayıb. Kitabxanaların mərkəzləşmə işi 1980-ci ilə təsadüf edir. Rayon Mərkəzi Kitabxanasında Metodika və biblioqrafiya, Kitabişləmə və komplektləşdirilmə, Mübadilə, Oxuculara xidmət şöbələri fəaliyyət göstərmişdir.

1993-cü ilin 31 avqust Qubadlının işğalı zamanı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondunda 600 minə yaxın kitab fondu, 2 mərtəbəli 24 otaqdan ibarət bina, oxu zalı, 21300 oxucu kontingenti olmuşdur.

İşğaldan sonra

İşğaldan sonra rayon Mədəniyyət və turizm şöbəsi 1 kitabxana, 1 tarix diyarşünaslıq muzeyi, 1 mədəniyyət evi və 2 uşaq musiqi məktəbindən ibarət strukturda fəaliyyətini qismən bərpa etmişdir. Son illər ərzində rayon İcra hakimiyyətinin səyi və təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və yerli imkan hesabına Sumqayıt şəhərindəki “28 May” mədəniyyət evində aparılmış əsaslı təmir, tikinti və yenidənqurma işlərindən sonra burada həmin müəssisələrin fəaliyyəti üçün normal iş şəraiti yaradılmışdır.

1993-cü il rayon işğal olunduqdan sonra Qubadlı rayon MKS öz fəaliyyətini Sumqayıt şəhəri Koroğlu Prospekti, “28 May” mədəniyyət evinin binasında bərpa etmişdir. Yenidən təşkil olunan zaman kitabxananın ilkin əsası 600 ədəd kitabla qoyulmuşdu. Bakı, Abşeron, Sumqayıt kitabxanalarından kitablar götürülmüş, fond yenidən komplektləşdirilməyə başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2004-cü il 12 yanvar tarixli sərəncamı ilə kütləvi nəşrlərin latın qrafikası ilə yenidən nəşr olunması işi sürətləndikdən sonra kitabxananın fondu günü-gündən zənginləşdirilmişdir.

Hazırda kitab fondu 26 min nüsxədən çoxdur. Yeni nəşr olunmuş kitablar kitabxanaya daxil olmaqdadır. Kitabxanada oxucuların sayı 3000 nəfərdən artıqdır.

Respublikamızda gedən ictimai-siyasi proseslər kitabxanada təbliğat vasitəsinə çevrilmişdir.

Mövcud vəziyyətə görə kənd kitabxana filialları öz fəaliyyətini davam etdirə bilməmişlər.

<< Geri