Əhalinin sayı 38,3 000 nəfər (2014),işğaldan əvvəl 33
800 nəfər
Ərazisi 802 km2
Azərbaycan Respublikasının cənub qərbində - Zəngəzur
dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşmişdir. Qərbdən 120 km
məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu,
şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Ən
hündür yeri Torağac yüksəkliyidir. (Dəniz səvviyəsindən 2003 metr yüksəklikdədir).
İqlimi mülayim kontinentaldır. Ərazisindən Həkəri və Bərgüşad çayları keçir.
Rayon inzibati vahid kimi 1933-cü ildə təşkil
edilmişdir, mərkəzi Qubadlı şəhəridir.
1963- cü ildə ləğv edilərək, ərazisi Zəngilan rayonuna
daxil edilmiş, lakin 1964-cü ildən yenidən müstəqil rayon statusu almışdır.
Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən
Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay (Bərgüşad),
Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su
mənbəyidir.
Rayon mərkəzi, 94 kənd
Qubadlı rayonunun kəndləri:
Abdalanlı
Alaqurşaq
Altınca
Armudlu (Qubadlı)
Aşağı Cibikli
Aşağı Mollu
Aşağı Xocamusaxlı
Bala Soltanlı
Balahəsənli
Ballıqaya (Qubadlı)
Başarat
Boynakər
Bəxtiyarlı
Cılfır
Davudlu (Qubadlı)
Deşdahat
Diləli Müskanlı
Dondarlı (Qubadlı)
Dəmirçilər (Qubadlı)
Eyvazlı (Qubadlı)
Çardaqlı (Qubadlı)
Çaytumas
Çərəli
Əbilcə
Əfəndilər
Əliquluuşağı
Əyin
Fərcan
Gödəklər (Qubadlı) |
Göyyal
Gürcülü
Hal
Hat
Hüseynuşağı
Həkərli
Həmzəli (Qubadlı)
Hərtiz
Xanlıq (Qubadlı)
Xıdırlı (Qubadlı)
Xocahan
Xoçik
Xəliloba
Xələc (Qubadlı)
Xəndək (Qubadlı)
İşıqlı (Qubadlı)
Kavdadıq
Kürd Mahrızlı
Qaraağac (Qubadlı)
Qaracallı (Qubadlı)
Qaraimanlı
Qarakişilər
Qaralar (Qubadlı)
Qaraqoyunlu (Qubadlı)
Qayalı (Qubadlı)
Qazyan (Qubadlı)
Qılıcan
Qiyaslı (Qubadlı)
Qundanlı
Qədili |
Ləpəheyranlı
Mahmudlu (Qubadlı)
Mahrızlı (Qubadlı)
Mehrili (Qubadlı)
Milanlı
Mirlər
Mollabürhan
Mollalı (Qubadlı)
Muradxanlı (Qubadlı)
Muğanlı (Qubadlı)
Məlikəhmədli
Məmər
Mərdanlı
Məzrə (Qubadlı)
Novlu
Padar (Qubadlı)
Poladlı (Qubadlı)
Saldaş
Saray (Qubadlı)
Sarıyataq
Seləli
Seytas
Tarovlu
Tatar (Qubadlı)
Teymur Müskanlı
Tinli (Qubadlı)
Ulaşlı
Yusifbəyli
Yuxarı Cibikli
Yuxarı Mollu
Yuxarı Xocamusaxlı
Zilanlı
Zor |
|
Relyefi
Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi
Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2010 m, Pirdağ-1316 m), Bərgüşad
silsiləsinin şərq (Hərtiz dağı – 1277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə
dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı
olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır.
Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen
çöküntüləri yayılmışdır. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların
qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə
edilir.
Təbiəti
Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır.
Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq,
palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı,
canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz
kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil
edilib.
İqlimi
İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta
tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə – 4 dərəcəyə qədər,
iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir.
|