İşğal
tarixi 1991, 31 avqust
238 nəfər şəhid,
146 nəfər əlil olmuşdur
Rayona dəymiş ziyan - 1,2
milyard ABŞ dolları (1993)
Ermənilər Qubadlıda 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və
talan ediblər. 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil
müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280
nəfər müəllim çalışıb.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13160 hektar dövlət meşə fondu
mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən
ibarət olan 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi
qorunurdu.Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min
hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında
nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.Qubadlı
rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı,
istismara cəlb olunmuş Hacılı tuf ehtiyatları 990 min m3 olan tikintiyə yararlı
Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq)
və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su
yataqları var idi. |