Ərazisi 707 km2

Əhalisi 31330 nəfər (12-19 yanvar 1989-cu il sa. )
            39106 (1 yanvar, 2009-cu il sa. )

XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparılmışdır. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdur. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 

Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl rayonları, cənubdan və şərqdən İran, qərbdən Ermənistanla həmsərhəddir.


1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal etmişlər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilmişdir. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalmışdır. 

Ərazisi orta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir.
Rayonda çöküntü suxurlarından başqa vulkanik materiallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı vardır.
Rayonun bitki örtüyü Araz palıdı bitən kerofit meşələr, mərkəzi hissədə və şimalda kolluqlardan ibarətdir.

Zəngilanın faunası bеlədir: rayоnun cənubunda охlu кirpi, cənub-şərqində çöl qabanı, ayı, cüyür yaşayır. Еləcə də ərazidə dağ кеçisi, tülкü, bоz dоvşan, canavar, quşlardan qırqоvul, кəкliк, mеşə хоruzu, gəlinciк, sərçə, qarğa, sağsağan, qumru, vəhşi göyərçin gеniş yayılmışdır.

Ərazisinə bir şəhər, 4 şəhər tipli qəsəbə, bir qəsəbə, 79 kənd daxildir.

Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir

Qəsəbələrin siyahısı:

Ağ Oyuq
Ağbənd
Bartaz
Həkəri(Zəngilan)
Mincivan

Kəndlər siyahısı:

Aladin
Ağakişilər
Ağbiz
Ağkənd (Zəngilan)
Aşağı Gəyəli
Aşağı Yeməzli
Babaylı
Baharlı (Zəngilan)
Bartaz (kənd)
Beşdəli (Zəngilan)
Birinci Alıbəyli (Zəngilan)
Birinci Ağalı
Birinci Muğanlı
Böyük Gilətağ
Bürünlu
Cahangirbəyli
Canbar
Dəlləkli (Zəngilan)
Dərə Gilətağ
Dərəli
Genlik
Günqışlaq
Hacallı (Zəngilan)
Havalı
Keçikli
Kolluqışlaq

Malatkeşin
Mirzə Həsənli
Məlikli (Zəngilan)
Məmmədbəyli
Məşədi İsmayıllı
Nəcəflər
Orta Yeməzli
Otuzikinci
Pirveys
Qarababa (Zəngilan)
Qaradərə
Qaragöl (Zəngilan)
Qaragöz (Zəngilan)
Qarqulu
Qazançı (Zəngilan)
Qıraq Müşlan
Quyudərə Xəştab
Rabənd
Rəzdərə
Sarallı Xəştab
Sarıl
Sarıqışlaq
Seyidlər (Zəngilan)
Sobu
Tatar (Zəngilan)
Tiri
Turabad

Vejnəli
Vəliqulubəyli
Vənətli
Xumarlı
Xurama
Yenikənd (Zəngilan)
Yusiflər
Yuxarı Gəyəli
Yuxarı Yeməzli
Zəngilan (kənd)
Zərnəli
Çöpədərə
Ördəkli
Üdgün
Üçüncü Ağalı
İkinci Alıbəyli (Zəngilan)
İkinci Ağalı
İkinci Muğanlı
İsgəndərbəyli
İçəri Müşlan
Şamlı (Zəngilan)
Şatariz
Şayıflı
Şəfibəyli
Şərifan
Əmirxanlı (Zəngilan)

Relyefi

Qərbdə dağlıq və şərqdə düzənlikdir. Ərazisində Yura, Təbaşir və Neogen-Antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və s.
 

<< Geri